Xatirə İslamdan dərin sinə dekoltesi - FOTO Roza əməliyyat etdirməyib, təbiidir - Özü deyir (VİDEO) “Keçmişlərini unudublar“ - Afaq Gəncəli “Anasına bax, qızını al“ - Fotolar
Axtar
 
  • / Maqazin / — 25 Noyabr 2021

    Xatirə İslamdan dərin sinə dekoltesi - FOTO

  • / Maqazin / — 19 Noyabr 2021

    Roza əməliyyat etdirməyib, təbiidir - Özü deyir (VİDEO)

  • / Maqazin / — 04 Noyabr 2021

    “Keçmişlərini unudublar“ - Afaq Gəncəli

  • / Maqazin / — 01 Noyabr 2021

    “Anasına bax, qızını al“ - Fotolar

  • / Maqazin / — 24 Oktyabr 2021

    “Onu görəndə utanırdım“ - İlk məhəbbətindən danışdı

  • / Maqazin / — 21 Oktyabr 2021

    Rəqqasə Aygün bədənini belə titrətdi - VİDEO

PA rəhbəri Samir Nuriyev Putinin xüsusi nümayındəsi ilə görüşdü - Nələr müzakirə edilib?

Tarix 25.11.21, 14:45

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy ilə görüşüb.

AzFakt.com xəbər verir ki, görüşdə dostluq və mehriban qonşuluq təməlləri üzərində qurulmuş Azərbaycan-Rusiya əməkdaşlığının strateji tərəfdaşlıq səviyyəsində hərtərəfli inkişafında iki ölkənin dövlət başçılarının xüsusi rolu vurğulanıb.

İkitərəfli münasibətlərin mühüm istiqamətlərindən biri olan humanitar sahənin əhəmiyyəti qeyd olunub və bu sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsinə dair qarşılıqlı niyyət bir daha ifadə edilib.

Görüşdə humanitar əlaqələrin vacib tərkib hissəsi olan mədəniyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub və bu sahədə birgə tədbirlərin keçirilməsinə dair fikir mübadiləsi aparılıb.

Azərbaycanda rus dilinə və rus mədəniyyətinə dövlət səviyyəsində göstərilən diqqət və qayğı yüksək qiymətləndirilib, ölkəmizdə təhsilin rus dilində aparıldığı 340-dan çox məktəbin fəaliyyət göstərdiyi qeyd olunub.

COVID-19 pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, Azərbaycan ilə Rusiya arasında humanitar sahədə əlaqələrin davam etməsi məmnunluqla vurğulanıb.

Söhbət zamanı, həmçinin diaspor və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Açıklama yok.
Açıklama yok.
Açıklama yok.



Xəbərin oxunma sayı : 448

loading...

Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda