Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Sosial / — 03 İyun 2026

    Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

Paraqvay və Uruqvay rəhbərləri Venesuela liderinə onu tanımadıqlarını deyiblər - Qalmaqal

Tarix 19.09.21, 10:23

Font ölçüsü : - / +
bitmap-img6


Paraqvay prezidenti Mario Abdo Benitez Latın Amerikası və Karib Hövzəsi Ölkələri Birliyinin (CELAC) zirvə sammtində Venesuela lideri Nikolas Maduroya onun hakimiyyətini tanımadığını bildirib. 

"Report" bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

"Nikolas Maduro hökumətinin tanınmaması barədə hökumətimin mövqeyi dəyişməyib və bunu birbaşa ifadə etməyi düzgün hesab edirəm", - Mario deyib.

Uruqvay prezidenti Luis Alberto Lakalle isə sammitdə Venesuela hökumətini tənqid edib. "Biz bəzi ölkələrdə tam demokratiyanın olmadığını, hakimiyyət bölgüsü prinsipinə riayət edilmədiyini görəndə sakit, lakin qətiyyətlə davranmalıyıq. Kuba, Nikaraqua və Venesuelada baş verənləri narahatlıqla izləyirik", - deyə o qeyd edib.

Maduro isə Paraqvay və Uruqvay prezidentlərini debata dəvət edib.

"Venesuela azadlıq və demokratiya mövzusunda bütün müzakirələrə açıqdır", - Maduro vurğulayıb.



Xəbərin oxunma sayı : 853




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap