“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Parklanma yerləri bayram günlərində də ödənişsiz ola bilər? - RƏSMİ AÇIQLAMA

Tarix 30.05.24, 10:15

Font ölçüsü : - / +
bitmap-img6


Həftənin bazar günləri Bakıda parklanma yerləri ödənişsizdir. Bəs bayram günlərində də bu yanaşma tətbiq edilə bilərmi?

Xezerxeber.az-ın məlumatına görə, bayram günlərində də bazar günü olduğu kimi parklanma yerlərinin əksəriyyəti boş olur. Lakin sürücülər adi günlərdə olduğu kimi ödəniş edirlər. Bəzi inkişaf etmiş ölkələrdə isə bayram günlərində də parklanma yerləri pulsuzdur.

Sürücülər bu yanaşmanın ölkəmizdə də tətbiq olunmasının tərəfdarıdırlar.

Ekspertlər də hesab edirlər ki, parklanma yerlərini bayram günlərində də ödənişsiz etmək olar.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, məsələ qanunvericiliyə əsasən tənzimlənir. Hazırda ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək saxlanılması üçün ödəniş tələb olunmur. Saat 22:00-dan 07:00-dək və həftənin bazar günləri də parklanma ödənişsizdir. Digər vaxtlarda, o cümlədən də bayram günlərində isə parklanmaya görə ödəniş tələb olunur. Lakin parklanma yerlərinin bayram günlərində pulsuz olması məsələsi hələ ki gündəmdə deyil.

Ətraflı süjetdə:





Xəbərin oxunma sayı : 673




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap