Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

Prezident “Formula 1”in rəsmilərini qəbul etdi - Fotolar

Tarix 15.09.24, 11:12

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 15-də “Formula 1”in prezidenti və baş icraçı direktoru Stefano Domenikalini, “Formula 1”in məsləhətçisi Flavio Briatoreni və britaniyalı supermodel Naomi Kempbelli qəbul edib.

AzFakt.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

***

Prezident İlham Əliyev sentyabrın 15-də Formula 1-in prezidenti və baş icraçı direktoru Stefano Domenikalini, Formula 1-in məsləhətçisi Flavio Briatoreni və britaniyalı supermodel Naomi Kempbelli qəbul edib.

AzFakt.com xəbər verir ki, Formula 1-in növbəti dəfə ölkəmizdə keçirilməsindən məmnunluğunu bildirən Prezident İlham Əliyev bu yarışların Azərbaycanın dünyada daha çox tanıdılması baxımından ildən-ilə böyük rol oynadığını qeyd etdi.

Dövlət başçısı Formula 1-in Azərbaycanda keçirilməsinə göstərdiyi dəstəyə görə Stefano Domenikaliyə və Flavio Briatoreyə minnətdarlığını bildirdi.

Söhbət zamanı gələcək planlar barədə fikir mübadiləsi aparıldı. Formula 1-in Azərbaycanda avtomobil idmanının inkişafı sahəsinə verdiyi töhfələr də vurğulandı. Həmçinin ölkəmizdə kartinqin inkişafı məsələlərinə toxunuldu.

Görüşdə COP29-un ölkəmizdə keçirilməsinin əhəmiyyəti qeyd edildi, ekologiya sahəsində davamlılıq məsələsində də Formula 1-in daha fəal olmasının önəmi vurğulandı.

Dövlət başçısı qonaqları COP29 tədbirində iştiraka dəvət etdi.

Bakının inkişafının onda dərin təəssürat hissi yaratdığını deyən Naomi Kempbell paytaxtda şahidi olduğu müasir infrastrukturu, o cümlədən məşhur memar Zaha Hadidin layihəsi olan Heydər Əliyev Mərkəzini məmnunluqla qeyd etdi.

Britaniyalı supermodel ölkəmizdə modanın inkişafına töhfə və azərbaycanlı dizaynerlərin fəaliyyətinə dəstək verməyə hazır olduğunu bildirdi.







Xəbərin oxunma sayı : 775




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap