“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Prezidentin “Xalq artisti” adı verdiyi Nəsibə Abdullayeva kimdir? - DOSYE

Tarix 30.08.22, 15:17

Font ölçüsü : - / +
bitmap-img6


Nəsibə Abdullayeva Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında mədəni əlaqələrin inkişafında xidmətlərinə görə “Xalq artisti” fəxri adı ilə təltif edilib.

Oxu.Az xəbər verir ki, sevilən özbək müğənni Nəsibə Məlik qızı Yarməhəmmədova (Abdullayeva) 15 noyabr 1961-ci ildə Özbəkistanın Səmərqənd vilayətində anadan olub. Səmərqənd şəhərinin Boğişamol məhəlləsində anadan olan müğənni musiqi karyerasına 1980-ci illərdən başlayıb. Anası Xalçuçuk Xalimakulova əslən tacik, atası Məlik Yarməhəmmədov isə əslən iranlıdır. 

N.Abdullayeva yaradıcılığında Azərbaycan mahnılarına xüsusi yer verir. O, Azərbaycan estradasının sevilən müğənniləri Aygün Kazımovanın ifa etdiyi “Səndən nigaranam” və Faiq Ağayevin ifasında tanınan “Bağışlaram səni” mahnılarını özünəməxsus şəkildə ifa edib. 

Əvvəllər Cenevrədə yaşayan müğənni hazırda oğlanları ilə birlikdə Londonda yaşayır. Sənətçi iki dəfə ailə həyatı qurub, hər iki izdivacı azərbaycanlı bəylərlə olub. Birinci həyat yoldaşından iki oğlu var. Birinci həyat yoldaşı ilə ayrıldıqdan sonra müğənni ikinci dəfə ailə həyatı qurub. Müğənninin evli olduğu şəxsin atası Gədəbəydən, anası Səmərqənddəndir.

Qeyd edək ki, müğənni Azərbaycanda ən çox ifa etdiyi “Səndən nigaranam” və “Qara göz boy-boy” mahnıları ilə məşhurlaşıb. 



Xəbərin oxunma sayı : 1072




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap