“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Pulu alıb sifarişi göndərmirlər - Ehtiyatlı olun!

Tarix 10.02.24, 22:19

Font ölçüsü : - / +
bitmap-img6


Son vaxtlar sosial şəbəkələrdə onlayn alış-veriş adı ilə saxta profil açanların sayının artması haqda paylaşımlar edilir.

AzFakt.com xəbər verir ki, bununla bağlı vətəndaşlar sosial şəbəkə hesablarında narazılıqlarını bildiriblər.

Həmin şikayətçilərdən biri də Elvar Yəhyayevdir. O, instaqramda “cutluk.geyim” adlı səhifədən məhsul sifariş edib.

Müştəri etdiyi sifarişlərə görə həmin səhifənin göndərdiyi 4286 52** **** 5704 kart nömrəsinə 48 AZN ödəniş edib. Lakin sifariş verdiyi məhsul çatdırılmayıb. Daha sonra o, sifariş etdiyi adamlarla əlaqə saxlamağa çalışsa da, buna nail ola bilməyib.

E.Yəhyayevin sözlərinə görə, zənglərə və mesajlara cavab verən yoxdur: “Ödənişi etməmişdən əvvəl dəqiqləşdirmə apardım. Onlar mənə TikTok səhifələrini göndərib dedilər ki, narahat olmayın, bütün sosial şəbəkələrdə fəaliyyət göstəririk, bizə inana bilərsiniz. Təəssüf ki, mən də etibar etdim. Hazırda heç bir şəkildə səhifəni idarə edənlərlə əlaqə saxlaya bilmirəm. Buna görə də Binəqədi Rayon Polis İdarəsinə müraciət etmişəm”.

Bununla yanaşı, bir neçə şikayətçi 5315 9921 **** **** hesab nömrəsinin sahibi, “brendshopping_aze” adlı instaqram səhifəsinin dələduzluğunun qurbanı olduğunu deyir. Bu kimi hallarla üzləşən vətəndaşlar qeyd edib ki, sözügedən saxta profillər haqqını istəyəni, irad bildirib tənqid edənləri “qara siyahı”ya atır. 

Çoxsaylı şikayətlərlə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. DİN-dən saytımıza bildirildi ki, şikayətlə əlaqədar zərərçəkən E.Yəhyayevin izahatı alınıb: “Həmin səhifənin adminlərinin müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir. Qeyd edək ki, DİN dəfələrlə onlayn platformalarda və sosial şəbəkələrdə istifadə olunan kiberdələduzluq metodları barədə vətəndaşlara xəbərdarlıq edərək onları diqqətli olmağa çağırıb.

Yaranmış fürsətdən istifadə edərək bir daha vətəndaşlara tanımadıqları şəxslərə, etibar etmədikləri səhifələrə onlayn qaydada ödəniş etməməyi tövsiyə edirik. Kibercinayətkarlıqla üzləşən şəxslər bu barədə polis orqanlarına məlumat verə bilərlər”.(qafqazinfo)



Xəbərin oxunma sayı : 706




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap