![]() |
|














Putin hücuma hazırlaşır, ya qorxudur? – “Qərb Putinin dediyi qırmızı xətlərə əməl etmək istəmir”
Tarix 25.11.21, 17:28 |
|

Havadan yenə müharibə qoxusu gəlir. Ötən yaz Rusiya Ukrayna ilə sərhədə minlərlə əsgər yığanda Kremlin yeddi ildən sonra böyük hərbi əməliyyata başlaya biləcəyi ilə bağlı xəbərlər, şayiələr yayıldı. Yeddi il öncə Moskva Ukraynanın Krım yarımadasını ilhaq edib, ölkənin şərqindəki separatçıları dəstəkləməyə başlamışdı.
Üstündən bir neçə ay keçəndən sonra bu qorxular yenidən, daha güclü şəkildə baş qaldırıb. “The New York Times”, “Bloomberg” kimi media orqanları Rusiyanın bu qış mümkün hücumu ilə bağlı xəbərdarlıq edirlər. Bəzi ekspertlər potensial hücumun 2014-cü ildən miqyasına görə daha böyük olacağını deyirlər.
Peykdən çəkilən fotolar belə bir ehtimalın mümkünlüyünü göstərir. ABŞ kəşfiyyat rəsmiləri və Ukrayna ordusunun aparıcı xadimləri Ukraynanın şimal və şərq hissəsinə doğru 92 minədək rus əsgərinin yığışdığını bildirir. Qüvvələrin çoxu Rusiyanın müttəfiqi Belarusla sərhədi yaxınlığındakı Yelnyada və Krımdadır.
CNN bu həftə xəbər yayıb ki, ABŞ Prezidenti Co Bayden administrasiyası Ukraynaya hərbi müşavirlər və silahlar daxil yeni avadanlıq göndərməyi nəzərdən keçirir. Dövlət katibi Entoni Blinken Vaşinqtonun Rusiyanın hərbi addımları sarıdan real narahatlığını dilə gətirib, ciddi səhv etməməklə bağlı Moskvaya xəbərdarlıq edib.
Moskva potensial hücum söhbətlərini əsassız adlandırsa da, rəsmilər və Kremlə yaxın təhlilçilər fərqli mesaj verirlər: Vaşinqton və Qərb Donbasdakı vəziyyət, NATO-nun Kiyevlə münasibətləri, Qərbin Şərqi Avropada, Qara Dənizdə, digər yerlərdə hərbi fəaliyyəti ilə bağlı narahatlığı yoluna qoymasa, Rusiya hərəkətə keçə bilər.
Rusiya Krım və Donbasa, ondan da qabaq 2008-ci ildə Gürcüstana hücum edəndə də təxribata çəkildiyini deyirdi. Kremlin Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev isə bu yaxınlarda Ukraynanı əfqan ssenarisi gözlədiyini söyləyib. O, Qərbdən göndərilən silahların sabitsizlik yaratdığını desə də konkret dəlil göstərməyib.
Təhlilçilərin fikrincə, oxşar mesajların hədəfi həm Qərbə siqnal göndərmək, həm də rusiyalıları potensial hərbi hücuma hazırlamaq ola bilər. “Bu mesaj daha çox böyük əməliyyat öncəsi rusiyalılara ünvanlanıb”, – Kiyevdən təhlilçi Mixaylo Honçar “Current Time”a müsahibəsində deyib.

Bəs niyə indi? Ola bilsin, Rusiya rəhbərliyi regiondakı təlatümlü vəziyyətdən faydalana biləcəyini düşünür. Elə regionda gərginliyin artmasına da Moskvanın öz hərəkətləri səbəb olub. Təhlilçilər deyirlər ki, indi Rusiyanın Ukraynaya hücumuna vahid reaksiya ortaya qoyulmaya bilər. Polşa əsasən Yaxın Şərqdən gələn miqrantlarla əlləşir. Moldova təbii qaz böhranı vaxtı Rusiyanın onu şantaj etdiyini, Moskva isə Kişinyovun ödənişi etmədiyini bəyan edib.
Üstəlik, belə narahatlıqlar da var ki, Moskva NATO-nun təlimlərinin və digər hərbi əməliyyatlarının qəsdən provokativ olduğunu deməklə gərginliyi artırmağa çalışır. Göstərmək istəyir ki, Qərb Putinin dediyi qırmızı xətlərə əməl etmək istəmir. Rusiya aydın şəkildə bəyan edib ki, Ukraynanın NATO-ya üzvlüyü qırmızı xəttdir. Son vaxtlar isə alyansın Kiyevlə hərbi əməkdaşlığını genişləndirməsinə qarşı çıxır.
Moskvanın məqsədlərinə gəlincə, bir hədəf Ukraynada nüfuzunu gücləndirməkdir. 2014-cü ildə Donetsk və Luqanskda münaqişəni qızışdıran Rusiyanın məqsədi getdikcə bu ölkənin hökumətinə, xarici siyasətinə daha güclü təsir göstərmək, onun heç vaxt NATO-ya qoşulmamasını təmin etmək idi. Rusiyanın bir keçmiş deputatı və diplomatı deyir ki, Donbası alaraq Ukraynanı itirmək Kreml üçün məğlubiyyət olar.
“RAND Corporation” mərkəzindən Samuel Çarap “Politico” dərgisində bu barədə yazıb: “İndiki qoşunyığma göstərir ki, Moskva məğlubiyyətin yaxınlaşdığına inanır. Buna görə eskalasiyaya gedir".
Rusiya, ola bilsin ki, Ukrayna ərazisinə hücuma hazırlaşır və buna hərbi gücü də var. Rusiyanın bu halda itirəcəkləri isə azından Qərbin yeni sanksiyaları, Avropaya qaz nəql edən "Şimal axını-2" kəmərinin iflası ola bilər. Yeddi il öncəylə müqayisədə daha təcrübəli və təchiz olunmuş Ukrayna qüvvələrinin əks hücumunun yüzlərlə, minlərlə rus əsgərinin meyitinin vətəninə göndərilməsi ilə sonuclanacağı da mümkün ssenaridir.
Bəs onda, Rusiya Prezidenti Vladimir Putin hədə-qorxumu gəlir? Bu sualın aydın cavabı yoxdur. Krımın ilhaqından sonra Qərb təhlilçiləri Rusiyanın potensial yeni hücumuyla bağlı dəfələrlə xəbərdarlıq ediblər, belə bir hücum gerçəkləşməyib. Bu səbəbdən indiki hərbi güc nümayişi Moskvanın Qərbə təzyiqi saxlamaq siyasətinin tərkib hissəsi ola bilər. Putin sərhədləri yaxınlığında NATO-nun hərəkətlərindən dərin narahatlıq iddialarının arxasında durduğunu göstərmək istəyir.
“Məncə, əsas ideya Rusiyanın bunu edə biləcəyini göstərməkdir”, – təhlilçi Honçar deyib.
(azadliq.org)
Xəbərin oxunma sayı : 985
Dünya
Xəbərlər
-
İnstaqramda kimlər nələr paylaşdı? - FOTOLAR
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
“Lavrov İsa Məsihin vaxtından xarici işlər naziridir...“ - NATO BAŞ KATİBİ
-
Aşurada bu ünvanlarda qan vermək mümkün olacaq - Siyahı
-
“Bütün layihələri yığışdırın, atam bu yeri qardaş ölkəyə verib” - İlham Əliyev
-
“Nə təcili yardım, nə də xəstəxana harayımıza çatır“ - ŞİKAYƏT/VİDEO
-
Araz Ağalarov da hədəfə alındı - Barəsində icraat başladıldı
-
Öldürdüyü müdirinin axtarışlarında iştirak edibmiş - Füzulidəki cinayətin ŞOK TƏFƏRRÜATI
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - FOTOLAR
-
Leyla Əliyevanın poetik dünyası” kitabının təqdimatı keçirilmişdir - FOTO
-
Nəsimi rayonunda obyektlər piyada səkisini zəbt edib - VİDEO
-
Prezidentlər “Sea Breeze” istirahət mərkəzində olublar - FOTOLAR
-
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması DƏYİŞDİRİLİR
-
Köçkünlərin yaşadığı 185 mənzil əsl sahiblərinə qaytarıldı - RƏSMİ
-
Makronun arvadının kişi olması iddiasına Trampdan REAKSİYA: “Mən Bricitə yaxından baxmışam“
-
Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir - İlham Əliyev
-
Vəzifəli şəxs cəzalandırıldı - 1400 manata sürücülük vəsiqəsi alacaqmış...
-
Bakıda Özbəkistan səfirliyinin yeni binası açıldı - FOTOLAR
-
Azər Qasımlı barəsində cinayət işi məhkəmə baxışına verilib - Vəkilin vəsatəti təmin edilməyib
-
Şəxsiyyəti müəyyənləşdirilən daha üç itkin şəhid dəfn olunacaq - ADLAR + FOTO
-
Binəqədi rayonunda qanunsuz tikintiləri Hacıbaba Babayev himayə edir? - VİDEO
-
“Telefonda oyun oynamaq istəyib, anası vermədiyi üçün bıçaqlayıb” - Video
-
Ağ Şəhərdə “Özbəkistan” parkının təməli qoyuldu - Fotolar
-
Əli Əsədov Əfqanıstanın Baş nazirinin müavini ilə görüşdü - FOTO
-
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı - Rəsmi Bakıdan moskvaya etiraz
-
İyulun ilk ongünlüyündə ölkə ərazisində hava mülayim keçəcək - PROQNOZ
-
Azərbaycanla Özbəkistan arasında imzalanmış sənədlər mübadilə edildi - Fotolar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Binəqədidə partlayışda ölənlərin yaxınlarına 30 min manat təklif edilib - MƏHKƏMƏ
-
Peterburqda azərbaycanlı iş adamının evinə basqın - VİDEO
-
Ötən il tikinti şirkətlərinə 288 mln. manat ödənilib - “Kirayə mənzillərə“ görə
-
Beyləqanda Azərbaycan Polisi Günü qeyd olundu - Fotolar
-
140 manatlıq müavinət: Kimlər faydalana biləcək?
-
“Mor-mor” suları bu antisanitar vəziyyətdə hazırlanır? - VİDEO
-
Prezidentlər iclasda iştirak etdilər - FOTOLAR
-
ABŞ bir müddət Ukraynaya sursat tədarük etməyəcək - “The New York Times”
-
Dr.Ella necə estetik əməliyyatlar icra edir? - Araşdırma
-
Şavkat Mirziyoyevin rəsmi qarşılanma mərasimi oldu - FOTO
-
Nazir Qubada vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
Külək, yağış, 33° isti... - Sabahın havası
-
DİN-in Polis Akademiyasında “Məzun Günü” keçirilib - VİDEO
-
İnformasiya agentliklərinə dair tələblər sərtləşdirilir - Nələr olacaq?
-
Rusiya mediasında Azərbaycana qarşı kampaniya başladılıb - RƏSMİ
-
Ersin Tatar Azərbaycana səfərə gəlib - FOTOLAR
-
Konstitusiya Məhkəməsinin 3 hakimi yola salınır - ONLAR KİMDİR?
-
Azərbaycanlıların ölümündə əli olduğu deyilən rus polislər - FOTO
-
Mirziyoyev Azərbaycana səfərə gəlib - FOTO
-
Şahin Şıxlinskini saxlayanlar ondan nə soruşublar? - Özü danışdı
-
PKK yaxın günlərdə silahları təhvil verəcək - Hakim partiya sözçüsü açıqladı
-
Abşeron rayon Qobu qəsəbəsində qanunsuz tikintiyə icazə verib? - VİDEO
-
“Ziyəddin Səfərov evdən aparılarkən tam sağlam olub“ - Baş Prokurorluq
-
Media Reyestrində olmayan media subyektləri - Onları cərimələr gözləyir
-
Bəzi qadınlar üçün pensiya yaşı azaldıla bilər - VİDEO
-
“Azərbaycan və Rusiya üçün dostluq münasibətləri olduqca vacibdir“ - Zaxarova
-
Hakan Çalhanoğlu “od püskürdü“: “İnter“in prezidenti və kapitanı cavabını aldı
-
Qohum evlilikləri ilə bağlı qadağa əvvəlcədən nişanlı olanlara da aiddir? - VİDEO
-
Avronun manata qarşı bahalaşması davam edir - Rəsmi məzənnələr açıqlandı
-
“Mənə təxribatçı suallar verdilər” - Rusiyada hücuma məruz qalan azərbaycanlı qadın
-
İsrail Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşıb - Tramp
-
Şahin Şıxlinski sərbəst buraxılıb - VİDEO
-
Azərbaycan Polisi 107 yaşında - FOTO
-
Elçin Şıxlı həbs olunan qohumundan danışdı - “Biabırçılıqdır”
-
Saxlanılan Rusiya vətəndaşları barəsində həbs qətimkan tədbiri seçildi - FOTOLAR
-
İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO
-
Kimya müəllimləri sertifikasiyanın nəticələrindən narazıdırlar - VİDEO
-
Hökumət vergi güzəştini sona çatdırır? - “Vergi Məcəlləsinə dəyişiklik layihəsi artıq hazırdır“
-
Mutvali Şıxlinskinin niyə saxlanıldığı məlum oldu - İllər öncə qətlə yetirilən şəxs onun müavini olub
-
“Anti-Azərbaycan kampaniyası 600-ə yaxın hesabdan aparılır“ - Milli Məclis
-
Sahib Məmmədovun müşaviri və yaxın qohumu xaricə hansı vəsaitlə gedir? - İLGİNC İTTİHAM
-
Yekaterinburqdakı Azərbaycan diasporunun lideri və oğlu belə saxlanıldı - VİDEO
-
“AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..
-
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfəri edəcək - Bu tarixdə
-
Voronejdə azərbaycanlı iş adamı həbs edildi - VİDEO
-
Ruben Vardanyan hakim qarşısında - Məhkəmə prosesi
-
Zelenski İlham Əliyevə zəng etdi: Ukrayna Azərbaycana həmrəyliyini ifadə etdi
-
“Evə dünyanın xərcini çəkib təmir etdirmişik...” - 1 evi 2 nəfərə satan MTK rəhbərinin məhkəməsi
-
“Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət
-
“Bakı Yem Fabriki“ndə maliyyə böhranı: Vergi borcu yarım milyona yaxınlaşır
-
“O, futbol tarixinin ən böyük məşqçisidir“ - Yürgen Klopp
-
“İşğal Azərbaycana 150 milyard ABŞ dolları dəyərində ziyan vurub“ - Samir Şərifov
-
“Ege Hospital“ qaydaları pozdu - Maliyyə sanksiyası tətbiq olundu
-
AZAL təyyarəsini vuran rus zabitinin etirafları - Sensasion iddia + Səs yazısı
-
“Sputnik Azərbaycan“ işi üzrə saxlanılanlar 4 aylıq həbs edildi - Məhkəmədən qərar
-
Həftə sonunadək yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
-
Rəsmi Bakıdan Rusiyaya:“Daxili işlərimizə qarışmayın!”
-
Pakistanda hökumət binasına və banklara hücum - Ölənlər var
-
İlqar Mustafayev bu şəxslərlə əlbir imiş - 12 milyonluq cinayət
-
Bu ilin birinci yarısında Azərbyacanda neçə nəfər qızılcaya yoluxub? - RƏSMİ
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nazir Mərkəz direktorunu işdən çıxardı - Yeni təyinat
-
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SİYAHI
-
Miqrasiya Xidmətindən əcnəbilərə xəbərdarlıq - 31 iyula kimi vaxtınız var
-
İlahə İlyasovanın direktoru olduğu “T-Finans LTD” MMC-nin rəhbəri Minayə Həmidova haqqında məhkəmə qərarı
-
Fərid Əsgərova general-mayor rütbəsi verildi - Sərəncam
-
Bakıda Rusiya vətəndaşlarından ibarət dəstələr ələ keçdi: Narkotik tranziti, onlayn dələduzluq...
-
Kinostudiyanın ərazisində təmizləmə işləri aparılır - Birgə məlumat
-
2300-dən çox müəllim işdən çıxarılıb - RƏSMİ
-
Rusiyadan gətirilən məhsullar Azərbaycanda məhv edildi - Fotolar
-
Tərlan Əhmədzadə işdən çıxarılır - Vəzifəsindən kənarlaşdırıldı, məzuniyyətə göndərildi
-
Yasamal rayonunda qanunsuz tikinti: “Kəpəz“ MTK yenidən işə başlayıb?
-
“Sputnik Azərbaycan“ bağlı işdə yenilik - 7 nəfər saxlanıldı
-
“Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmasına dair rəsmi məlumat yoxdur“ - Səfir
-
Daha iki nəfər batdı - Birinin 91, digərinin 17 yaşı var... (VİDEO)
-
MY SHOPS”un satış müdirindən dələduzluq - 50 ədəd “Playstation” sifariş verib...
-
Baş Prokurorluqda cinayət işi açıldı - Rusiyada öldürülən azərbaycanlılarla bağlı
-
Yağış, leysan, dolu, 32 dərəcə isti - Sabahın havası
-
Sabiq diplomat hakim qarşısına çıxarılır - DTX tərəfindən saxlanılmışdı
-
Beyləqanda qanvermə aksiyası keçirildi - Fotolar
-
“Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” - Rəisdən ŞOK AÇIQLAMA
-
Səfərov qardaşlarının ölümü ilə bağlı ekspertiza nəticələri açıqlandı - VİDEO
-
Lənkəran şəhərində qanunsuz obyekt inşa edilir? - Açıqlama/FOTO
-
700 balın sirri: Niyə maksimum nəticə yoxdur?
-
Məsud Pezeşkian Xankəndiyə səfər edəcək - Bu tarixdə
-
Nohurqışlaqda meşədə köməksiz qalan şəxs xilas olundu - VİDEO
-
Azərbaycan səfiri Rusiya XİN-ə getdi - VİDEO
-
Səfərov qardaşları dəfn olundu - Fotolar
-
DTX əməliyyat keçirdi: Dövlətə xəyanət edən tutuldu
-
Lökbatanda beton zavodundan şikayət - VİDEO
-
Baş direktor vəzifədən azad edildi - Yeni təyinat
-
Azərbaycanda avro bahalaşdı - 4 ildən sonra
TOP 10
ARXİV