“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Putin Qarabağ savaşı zamanı İlham Əliyevlə hər gün danışdığını açıqladı: “Onun atası görkəmli siyasi xadimi idi”.

Tarix 24.12.21, 15:00

Font ölçüsü : - / +
bitmap-img6


“Hesab edirəm ki, onun atası Heydər Əliyev nəinki bugünkü müstəqil, suveren "Azərbaycanın, həmçinin bizim hamımızın ümumi, keçmiş dövlətimiz, ümumi Vətənimiz – Sovet İttifaqının görkəmli siyasi xadimi idi”.

AzFakt.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin AzTV-nin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyi ilə əlaqədar hazırladığı “Prezident. Təkrarsız diplomatiya” adlı sənədli filmdə bildirib.

“O, Sovet İttifaqının böyük siyasi xadimi idi və əlbəttə, Vətəni Azərbaycan üçün də görkəmli siyasətçi idi”, - V. Putin söyləyib.

Azərbaycan-Rusiya münasibətlərindən danışan Kreml sahibi deyib: “Dövlətlərarası münasibətlər qurulanda həmin ölkənin birinci şəxslərinin arasında şəxsi əlaqələr həmişə əsaslı rol oynayır. Çünki bu, müəyyən atmosfer yaradır”

V.Putin daha sonra İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışıqlarına toxunub: “Bu çətin dövrdə biz, təbii ki, bir-birimizlə əlaqə saxlayırdıq. Demək olar ki, mən hər gün, bəzən isə gün ərzində bir neçə dəfə Ermənistan rəhbərliyi ilə, eyni zamanda Azərbaycan rəhbərliyi ilə əlaqə saxlayırdım.

Rusiya burada vasitəçi rolunda çıxış etdi və mən şadam ki, biz bu razılaşmalara nail ola bildik. Bu gün Rusiya sülhməramlıları sülhün qorunması kimi əsas vəzifəni yerinə yetirirlər. Amma təbii ki, bəzi hallar olurdu ki, yəni mən bir çox əvvəlki illərdən bəri davam edən ziddiyyətlərin və faciələrin dərinliyini nəzərdə tuturam, yəqin ki, bunlardan qaçmaq mümkün deyildi. Amma bizim məqsədimiz, son məqsəd ona yönəlmişdi ki, bu regionda insanlar özlərini rahat və inamlı hiss etsinlər, normal qarşılıqlı fəaliyyət üçün bütün maneələr aradan qaldırılsın, iqtisadiyyat inkişaf etsin, insanlar özlərini təhlükəsiz hiss etsinlər, yaxşı inkişaf perspektivlərinə malik olmaqla gələcəyə - özlərinə və övladlarına rahat baxa bilsinlər. Prezident Əliyevin siyasi müdrikliyi hərbi əməliyyatların dayandırılmasına da öz töhfəsini verdi”.



Xəbərin oxunma sayı : 889




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap