“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

QİÇS-lə Mübarizə Mərkəzi yenə “Dadaş-N“ə tender verdi - Bu dəfə 424 min manat...

Tarix 03.02.25, 18:25

Font ölçüsü : - / +
bitmap-img6


Respublika QİÇS-lə Mübarizə Mərkəzi "Dadaş-N" şirkəti ilə satınalma müqaviləsi imzalayacaq. 

Qaynarinfo-nun məlumatına görə, şirkət Mərkəzin qanda insan immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizənin təkmilləşdirilməsi və İİV infeksiyası ilə mübarizə aparmaq məqsədilə birdəfəlik istifadə vasitə və malların satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib.  Bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 424 012,94 manatdır. 

"Dadaş-N" şirkəti 2016-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 500 manatdır. Şirkətin hüquqi ünvanı Ağdam rayonu Ağdam şəhəri, 20 yanvar küçəsi, Ağdam Sənaye Parkında yerləşir. MMC-nin qanuni təmsilçisi Dadaşov Nəsimi Cəfər oğludur. 

"Dadaş-N" şirkəti dövlət satınalmalarında fəal iştirak edir. Şirkətin əsas sifarişçilərindən biri də Respublika QİÇS Mərkəzidir. Mərkəz ötən il şirkətlə iki satınalma müqaviləsi bağlayıb. Bu müqavilələr əhalinin riskli qrupları arasında profilaktik xidmətlərin genişləndirilmasi ilə İİV epidemiyasına qarşı cavab tədbirlərinin gücləndirilməsi üçün birdəfəlik istifadə vasitələrinin satın alınması ilə bağlı olub. Müqavilələrin toplam maliyyə dəyəri 407 052,8 manatdır. 

"Dadaş-N" şirkəti haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. Bununla belə, şirkət iri layihələr həyata keçirir. Məsələn, 2022-ci ildə yayılan məlumata görə, şirkət Ağdam Sənaye Parkında 2 hektar ərazidə fabrik inşa edəcək. İnvestisiya dəyəri 9,5 milyon manat olan layihə çərçivəsində il ərzində 1 milyon kvadrat metrdən çox xalça istehsalı, 60 nəfərin daimi işlə təmin edilməsi nəzərdə tutulur. Bu məlumatda "Dadaş-N" MMC Ağdam Sənaye Parkının rezident şirkəti kimi təqdim edilib. 

Fabrikin inşa edilib-edilmədiyi bəlli deyil. Bəlli olan odur ki, "Dadaş-N" şirkətin rəhbəri Nəsimi Dadaşov bununla bağlı inzibati məsuliyyətə cəlb edilib. Səbəb isə Nəsimi Dadaşovun Azərbaycanda iş icazəsi olmayan İran vətəndaşı Nikrouz Forouzandehi fabrikin memarı və layihə rəhbəri kimi çalışdırması olub. 

Dövlət Miqrasiya Xidmətinin Yevlax Regional Miqrasiya İdarəsi Nəsimi Dadaşov barəsində İnzibati Xətalar Məcəlləsinin 578.1-ci maddəsi ilə protokol tərtib edilib. Məhkəmənin qərarı ilə iş adamı 15 000 manat məbləğində cərimə edilib.

Nəsimi Dadaşov həm də "Barama-N", "Sasar İstehsal Malları" və "Nəsimi 1965" şirkətlərinin qanuni təmsilçisidir. Bu şirkətlərin adına vergi sistemində rast gəlinmir. 



Xəbərin oxunma sayı : 622




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap