“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Qızıl külçəyə görə saxlanıldılar - Gömrükçülər bu tarixdə məhkəməyə çıxarılır

Tarix 10.09.24, 12:00

Font ölçüsü : - / +
bitmap-img6


5 ədəd qızıl külçəyə görə saxlanılan Dövlət Gömrük Komitəsinin vəzifəli şəxslərinin məhkəməyə çıxarılma tarixi müəyyənləşib. 

Qaynarinfo-nun məlumatına görə, qaçaqmalçılıq yolu ilə 5 ədəd qızıl külçəni ölkəyə gətirməkdə təqsirləndirilən Dövlət Gömrük Komitəsinin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən saxlanılan vəzifəli şəxsləri - Mehdiyev Mənsur İlham oğlu, İbrahimov Əli Qüdrət oğlu və Dursunəliyev Pərvin Dursunəli oğlunun cinayət işi üzrə ibdtidai istintaq tamamlanıb, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

23.09.2024-cü il tarixində hakim Aytən Əliyevanın sədrliyi ilə hazırlıq iclası keçiriləcək. 

Qeyd edək ki, ibtidai istintaqla Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə təhkim olunmuş əməkdaşı Dursunəliyev Pərvin Dursunəli oğlu ilə həmin Baş İdarənin Skanlaşdırma şöbəsinin inspektoru Mehdiyev Mənsur İlham oğlunun tanışları İbrahimov Əli Qüdrət oğlu ilə əlbir olaraq 8 iyul 2024-cü il tarixdə Birləşmiş Ərəb Əmirliklərindən Əli İbrahimov tərəfindən alınan 190 min 400 manat dəyərində 5 ədəd qızıl külçənin hava limanının sərhəd buraxılış məntəqəsindən cinayətkar qrupun digər üzvlərinin köməkliyi ilə gizli şəkildə Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirməkdə şübhəli biliniblər.

Toplanmış sübutlar əsasında Pərvin Dursunəliyev və Mənsur Mehdiyevə Cinayət Məcəlləsinin 206.3.2 və 206.3.3-cü maddələri (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs və vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə), Əli İbrahimova isə həmin Məcəllənin 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb. 



Xəbərin oxunma sayı : 1063




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap