“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Qarabağda yeni hidroloji stansiyaların tikintisi üzrə planlar açıqlandı

Tarix 12.10.21, 22:23

Font ölçüsü : - / +
bitmap-img6


2020-ci ildən etibarən Azərbaycan ərazisindəki çaylarda 25 avtomat hidroloji stansiya tikilib, ölkənin su ehtiyatlarına nəzarətin təmin olunması məqsədilə Qarabağda daha 10 stansiyanın tikintisi planlaşdırılır.

AzFakt.com xəbər verir ki, bunu Trend-ə müsahibəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin rəisi Mütəllim Əbdülhəsənov deyib.

Onun sözlərinə görə, bu işlər Nazirlər Kabinetinin 2020-ci ildə işə saldığı layihə çərçivəsində aparılır.

M.Əbdülhəsənov bildirib ki, Azərbaycanın azad edilmiş ərazilərində iki milyard kubmetrə yaxın su ehtiyatı mövcuddur: "Azad edilmiş ərazilərdəki bütün sular dövlət nəzarətindədir. Biz Qarabağda avtomat hidroloji stansiyasının tikintisini planlaşdırırıq”.

Şöbə rəisi, həmçinin bildirib ki, bu cür stansiyalar Araz və Oxçuçaya kimi trans-sərhəd çaylarında, eləcə də Tərtər, Köndələnçay, Həkəri, Xatınçay və bir sıra digər çaylar üzərində salınacaq: "Zərurət halında stansiyaların sayını artıracağıq. Bu stansiyaların tikintisi üzrə işlər dövlət büdcəsi hesabına aparılır və Nazirlər Kabinetinin layihələrindən birinin tərkib hissəsidir”.



Xəbərin oxunma sayı : 346




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap