Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım
Axtar
 
  • / Maqazin / — 23 İyul 2024

    Tünzalə Ağayeva dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 13 İyul 2024

    “Kim bunu mənə qadağan edə bilər?“ - FOTO

  • / Maqazin / — 11 İyul 2024

    Aygün Kazımovanın dəniz kənarında istirahəti - VİDEO

  • / Maqazin / — 10 İyul 2024

    Boşanma xəbərləri yayılan Ayseldən maraqlı - Paylaşım

  • / Maqazin / — 08 İyul 2024

    Nigar Camal geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 08 İyul 2024

    Əməkdar artist Cıdır düzündə poza verdi - FOTOLAR

Qazaxın işğal altındakı kəndlərinin son görüntüləri - VİDEO

Tarix 10.12.23, 14:52

Font ölçüsü : - / +
bitmap-img6


Qazaxın yeddi, Sədərəyin isə bir - Kərki kəndi 30 ildən çoxdur ki, işğal altındadır. Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının əsas müddəlarından biri bu kəndlərin geri qaytarılmasıdır.

“Xəzər TV” Qazaxın işğal altında olan kəndlərinin ən son görüntülərini yayıb.

Bir vaxtlar səkkiz minə yaxın əhalinin yaşadığı kəndlər indi xaraba qalıb.

Məlumata görə, Qazaxın işğal altında olan Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli kəndləri Ermənistan tərəfindən işğal edilib.

Bu kəndlər keçmiş münaqişə zonasından yüzlərlə kilometr uzaqlıqda yerləşir. İşğal zamanı, yəni 1990-cı ilin martında ən dəhşətli hadisələr Bağanis Ayrm kəndində yaşanıb.

Ermənilər kənddəki bir ailənin 39 günlük körpəsindən 79 yaşına qədər 5 üzvünü diri-diri yandırıb.

1992-ci il martın 8-də isə Xeyrimli, aprelin 27-də Barxudarlı və Sofulu, iyunun 8-də Yuxarı Əskipara, həmin ayın 11-də Qızıl Hacılı, 14-də isə Aşağı Əskipara kəndləri işğal edilib.

Barxudarlı və Sofuludakı 230 evin hamısı talan edilərək yandırılıb. Barxudarlı sözünün mənası “Arzusuna yetişmiş, xoşbəxt” olsa da, bu kəndin xoşbəxt günlərindən əsər-əlamət qalmayıb.

Ermənilər bu kənddə yerləşən mövqelərindən müxtəlif vaxtlarda Bala Cəfərli və Xanlıqlar kəndini atəşə tutublar.

Yaşıl meşələri, uzunömürlü ağacları ilə zəngin olan Qızıl Hacılı kəndindən qalan isə sadəcə məhv edilmiş təbiətdir. Böyük hissəsi hazırda Ermənistanın işğalı altı altında olan kənddə yaşayış yoxdur.

Ötən əsrin 90-cı illərində işğal zamanı Ermənistan tərəfi strateji yüksəkliklərdə mövqe tutub. Həmin mövqelərdən Qazaxın yaşayış olan digər kəndləri atəşə tutulub.

Qazaxın yeddi kəndi hazırda Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının müşahidəsi altındadır. Burada olan postlar, müşahidə məntəqələrində xidmət gücləndirilib. İcevan -Tbilisi magistralı vizual olaraq aydın şəkildə görünür.

Ərazinin ən hündür nöqtəsi olan Odundağ zirvəsi Ermənistanın Noyemberyan rayonunu vizual müşahidəyə imkan verir. Azərbaycan sərhədçisi burada istənilən təxribatın qarşını almağa tam hazırdır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:






Xəbərin oxunma sayı : 802




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap