“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Qubaya 17 sm qar yağıb - Faktiki hava

Tarix 20.01.25, 11:20

Font ölçüsü : - / +
bitmap-img6


Bəzi yerlərdə hava şəraiti arabir yağıntılı olub.

AzFakt.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, dağlıq rayonlarda qar yağıb, yağan qarın hündürlüyü Qubada (Qrız) 17 sm, Qaxda (Sarıbaş) 12 sm, Zaqatalada (Əlibəy) 10 sm, Qusarda (Laza) 5 sm, Altıağacda 4 sm, Daşkəsən, Xınalıq, Xaltanda 3 sm, Göygöl, Lerikdə 2 sm, Gədəbəydə 1 sm-dir.
“Belə ki, düşən yağıntının miqdarı Şabran 3 mm, Tovuz, Balakən, Şəmkir, Biləsuvar, Astara, Yardımlı, Gəncədə 2 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.
Qərb küləyi əsib, küləyin sürəti sarı xəbərdarlığa uyğun olaraq arabir Bakıda və Abşeron yarımadasında 15 m/s, Goranboyda 23 m/s, Neftçala, Mingəçevir, Daşkəsəndə 20 m/s, Naftalan, Bərdə, Şəki, Tərtərdə 18 m/s, Ağdamda 16 m/s-yə çatıb.
Balakən, Quba, Qusar, Qrız, Daşkəsəndə duman müşahidə olunub, dumanda görünüş 500-1000 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6, Aran rayonlarında 7 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 10, yüksək dağlıq ərazilərdə isə 15 dərəcəyədək şaxta qeydə alınıb”, - məlumatda deyilir.



Xəbərin oxunma sayı : 916




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap