![]() |
|














Rəislər dövlət vəsaitini necə taladıqlarını açıqladılar - “1 milyon 80 min manat ona çatdı...“
Tarix 22.02.24, 15:45 |
|

Fevralın 23-də, Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədovun cinayət işi üzrə məhkəmə araşdırmaları davam etdiriləcək. Nizami Məmmədovla müttəhimlər kürsüsünə Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvəllərinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadə əyləşdiriliblər.
Musavat.com xəbər verir ki, ötən prosesdə şahidlərin dindirilməsi davam etdirilib.
Hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində Nazim Süleymanov ifadə verib. O bildirib ki, Hərbi Hava Qüvvəllərinin hərbi hissəsində maliyyə xidmətinin rəisi, daha sonra isə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin təftiş şöbəsində baş təftişçi olub. Onun bildirdiyinə görə, iki hərbi hissədə yoxlamada iştirak edib.
Nazim Süleymanov qeyd edib ki, alver etdikləri şəxslərlə istintaq zamanı üzləşdiriliblər.
Prokuror Fuad Musayevin şahidə “mən sizin dediyiniz kimi alver ifadəsini işlətmək istəmirəm, sövdələşdiyiniz şəxslərlə üzləşmənizə səbəb nə olub” sualına şahid belə cavab verib: “Bəzi məbləğlər təsdiq edilmirdi. Buna görə də üzləşmə həyata keçirildi”.
Nazim Süıeymanov bildirib ki, maliyyə rəisi işlədiyi hərbi hissələrdən birində 3 dəfə təftiş aparılıb, 1 milyon 400 min manat əlavə vəsait müəyyən edilib: “Yoxlamaların sonunda təftişçi payını götürərək gedirdi. Mənim təftiş şöbəsinin rəisi Rafael Xələfovla əlaqəm olub. Maliyyə xidməti ilə bağlı onunla bəzi müzakirələr aparmışıq. 1 milyon manat civarında silinmiş vəsaitin 30-35 faizi mənə çatıb. Qalan pulu isə maliyyəçilər və təftişçilər götürüb”.
Nazim Süleymanov qeyd edib ki, onun tərəfindən dövlətə ümumilikdə 420 min manat ziyan vurulub. Həmin vəsaiti tam olaraq dövlət büdcəsinə ödəyib, hazırda təqaüdə çıxıb.
Vəkillərin suallarını cavablandıran Nazim Süleymanov bildirib ki, hərbi dəniz hava qüvvələrinin hərbi hissəsində maliyyəçi işləyən zaman Maliyyə və Büdcə İdarəsinin rəisi Namiq Poladov olub: “Namiq Poladovun dövründə də hərbi hissələrdə belə qaydada işlənilib. Təftişə gələn təftişçi sonda pul aparıb. Həmişə eyni qaydada iş görülüb. O vaxtda elə olub, sonra da eyni qayda ilə işləmişik”.
Nazim Süleymanov bildirib ki, 2020-ci ilin dekabrında təftiş şöbəsində baş təftişçi işinə başlayıb. Şahid Dövlət Təhlükəsizliyi Xidmətində Rafael Xələfovla üzləşməsindən danışıb: “Bu üzləşmə bəzi maliyyə rəqəmləri ilə bağlı idi. Biz 4-cü korpusda yoxlamaya getmişdik. 1 milyon 80 min manat vəsaitin silinməsi ilə bağlı məsələni Rafael Xələfov qəbul etmirdi. Biz üzləşdik, həmin zaman yadına düşdü və qəbul etdi. 1 milyon 80 min manatın ona çatdığını təsdiqlədi”.
Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə bundan əvvəlki proseslərdə Rafael Xələfovun Nazim Süleymanovla birlikdə yoxlamaya getmələri barədə verdiyi ifadəsini xatırladıb. Vəkilin səsləndirdiyi həmin ifadədən məlum olur ki, Rafael Xələfov Nazim Süleymanovla birlikdə korpusda apardığı yoxlama zamanı 380 min manat alıblar, 190 min yuxarı veriblər, 190 min manatı isə özü ilə Nazim Süleymanov arasında bölüşdürüblər.
Nazim Süleymanov Rafael Xələfovun bu ifadəsinin həqiqət olmadığını söyləyib: “Rafael Xələfov mənə pul verməyib. Əksinə, mən ona pul vermişəm”.
Daha sonra ifadə verən Emin Hüseynov bildirib ki, 3 hərbi hissədə maliyyə xidmətinin rəisi işləyib. Onun sözlərinə görə, işlədiyi hərbi hissədə əlavə vəsaitin 65 faizini Cəlal Kazımova verib.
Şahid deyib ki, onun tərəfindən dövlətə dəymiş ziyan 350 min manat olması müəyyən edilib, həmin vəsaitdən cəmi 17 min manat ödəyib. O, yaxın vaxtlarda qalan pulları da ödəyəcəyinə söz verib.
Şahid qismində dindirilən Cəmil Quliyev 5 hərbi hissədə maliyyə xidmətinin rəisi olub. Onun sözlərinə görə, hərbi hissələrdən birində 1 milyon manat əlavə vəsait silinib. Həmin vəsaitində 60 faizini korpusun maliyyə xidmətinin rəisi olmuş – Yaşar Rzayev və Nazim Süleymanova verib.
Daha sonra ifadə verən Eduard Hacıyev deyib ki, 519 min 810 manat ziyan müəyyən edilib. Onun sözlərinə görə, həmin puldan Cəlal Kazımova da verib: “Çünki rəisim Cəlal Kaızmov idi. Bundan əlavə xüsusi tapşırıqlar olub. Bu vəsaitləri də Cəlal Kazımova vermişəm. Məndən nə istəyirdi, verirdim. Amma xüsusi tapşırıqlarla bağlı vəsait kimə çatdığını bilməmişəm”.
Eduard Hacıyev qeyd edib ki, onun tərəfindən dövlətə 151 min manat ziyanın vurulması müyyən edilib və həmin vəsaiti tam olaraq dövlət büdcəsinə ödəyib.
Şahidin ifadəsi ilə bağlı arayış verən Cəlal Kazımov bildirib ki, heç bir xüsusi tapşırıqla bağlı pul almayıb: “Mənə bu şəxs heç bir vaxt pul verməyib. Namiq Poladov, Nərman Cabbarov yoxlama aparıblar. İndi ad çəkmək istəmirlər. Belə ifadələri burada səsləndirirlər”.
Məhkəmədə ifadə verən maliyyə xidmətinin rəisləri deyiblər ki, əsgərlərin, şəxsi heyətə aid vəsaitlər tam qaydasında paylanılıb, həmin vəsaitlərin mənimsəməyiblər.
“Mən 2006-cı ildən xidmətdə olmuşam. 2017-ci ildən isə Maliyyə xidmətinin rəisi vəzifəsini daşımışam. Əsgərin pulunu mənimsəmək ən pis işdir. Əsgərin puluna göz dikmək olmaz. Heç vaxt əsgərin pulunu mənimsəməmişəm” - deyə hərbi hissələrdən birinin maliyyə xidmətinin rəisi olmuş Ceyhun Məmmədov bildirib.
Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizədə bildirib ki, cəmiyyətdə belə bir fikir formalaşıb ki, əsgərlərin pulları mənimsənilib: “Amma araşdırlar zamanı belə bir fakt aşkarlanmayıb”.
Şahid qismində ifadə verən maliyyə xidmətinin rəisləri də deyiblər ki, əsgərlərin əməkhaqlarından bir manat da olsun mənimsənilməyib, onların vəsaitləri özlərinə tam ödənilib. Prosesdə şahid qismində çıxış edən maliyyə xidmətinin rəisləri qeyd ediblər ki, onlar tərəfindən mənimsənilən vəsaitlərin bir qismi ödənilib. Hər bir maliyyə işçisi ifadələrində dövlətə vurmuş olduqları ziyanı yaxın zamanlarda tam ödəyəcəklərinə söz veriblər.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvəllərinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər. Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.
Xəbərin oxunma sayı : 700
Hadisə
Xəbərlər
-
Saxlanılan Rusiya vətəndaşları barəsində həbs qətimkan tədbiri seçildi - FOTOLAR
-
İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO
-
Kimya müəllimləri sertifikasiyanın nəticələrindən narazıdırlar - VİDEO
-
Hökumət vergi güzəştini sona çatdırır? - “Vergi Məcəlləsinə dəyişiklik layihəsi artıq hazırdır“
-
Mutvali Şıxlinskinin niyə saxlanıldığı məlum oldu - İllər öncə qətlə yetirilən şəxs onun müavini olub
-
“Anti-Azərbaycan kampaniyası 600-ə yaxın hesabdan aparılır“ - Milli Məclis
-
Sahib Məmmədovun müşaviri və yaxın qohumu xaricə hansı vəsaitlə gedir? - İLGİNC İTTİHAM
-
Yekaterinburqdakı Azərbaycan diasporunun lideri və oğlu belə saxlanıldı - VİDEO
-
“AZERİŞIQ” ASC-də açıq TENDERLER niyə GİZLİ şəkildə keçirilir…..
-
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfəri edəcək - Bu tarixdə
-
Voronejdə azərbaycanlı iş adamı həbs edildi - VİDEO
-
Ruben Vardanyan hakim qarşısında - Məhkəmə prosesi
-
Zelenski İlham Əliyevə zəng etdi: Ukrayna Azərbaycana həmrəyliyini ifadə etdi
-
“Evə dünyanın xərcini çəkib təmir etdirmişik...” - 1 evi 2 nəfərə satan MTK rəhbərinin məhkəməsi
-
“Dəniz” Hospitalında estetik əməliyyat üçün qızılları girov alındı…- Şikayət
-
“Bakı Yem Fabriki“ndə maliyyə böhranı: Vergi borcu yarım milyona yaxınlaşır
-
“O, futbol tarixinin ən böyük məşqçisidir“ - Yürgen Klopp
-
“İşğal Azərbaycana 150 milyard ABŞ dolları dəyərində ziyan vurub“ - Samir Şərifov
-
“Ege Hospital“ qaydaları pozdu - Maliyyə sanksiyası tətbiq olundu
-
AZAL təyyarəsini vuran rus zabitinin etirafları - Sensasion iddia + Səs yazısı
-
“Sputnik Azərbaycan“ işi üzrə saxlanılanlar 4 aylıq həbs edildi - Məhkəmədən qərar
-
Həftə sonunadək yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
-
Rəsmi Bakıdan Rusiyaya:“Daxili işlərimizə qarışmayın!”
-
Pakistanda hökumət binasına və banklara hücum - Ölənlər var
-
İlqar Mustafayev bu şəxslərlə əlbir imiş - 12 milyonluq cinayət
-
Bu ilin birinci yarısında Azərbyacanda neçə nəfər qızılcaya yoluxub? - RƏSMİ
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Nazir Mərkəz direktorunu işdən çıxardı - Yeni təyinat
-
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SİYAHI
-
Miqrasiya Xidmətindən əcnəbilərə xəbərdarlıq - 31 iyula kimi vaxtınız var
-
İlahə İlyasovanın direktoru olduğu “T-Finans LTD” MMC-nin rəhbəri Minayə Həmidova haqqında məhkəmə qərarı
-
Fərid Əsgərova general-mayor rütbəsi verildi - Sərəncam
-
Bakıda Rusiya vətəndaşlarından ibarət dəstələr ələ keçdi: Narkotik tranziti, onlayn dələduzluq...
-
Kinostudiyanın ərazisində təmizləmə işləri aparılır - Birgə məlumat
-
2300-dən çox müəllim işdən çıxarılıb - RƏSMİ
-
Rusiyadan gətirilən məhsullar Azərbaycanda məhv edildi - Fotolar
-
Tərlan Əhmədzadə işdən çıxarılır - Vəzifəsindən kənarlaşdırıldı, məzuniyyətə göndərildi
-
Yasamal rayonunda qanunsuz tikinti: “Kəpəz“ MTK yenidən işə başlayıb?
-
“Sputnik Azərbaycan“ bağlı işdə yenilik - 7 nəfər saxlanıldı
-
“Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmasına dair rəsmi məlumat yoxdur“ - Səfir
-
Daha iki nəfər batdı - Birinin 91, digərinin 17 yaşı var... (VİDEO)
-
MY SHOPS”un satış müdirindən dələduzluq - 50 ədəd “Playstation” sifariş verib...
-
Baş Prokurorluqda cinayət işi açıldı - Rusiyada öldürülən azərbaycanlılarla bağlı
-
Yağış, leysan, dolu, 32 dərəcə isti - Sabahın havası
-
Sabiq diplomat hakim qarşısına çıxarılır - DTX tərəfindən saxlanılmışdı
-
Beyləqanda qanvermə aksiyası keçirildi - Fotolar
-
“Pulu Vasif Talıbovun oğlunun sürücüsünə verirdim” - Rəisdən ŞOK AÇIQLAMA
-
Səfərov qardaşlarının ölümü ilə bağlı ekspertiza nəticələri açıqlandı - VİDEO
-
Lənkəran şəhərində qanunsuz obyekt inşa edilir? - Açıqlama/FOTO
-
700 balın sirri: Niyə maksimum nəticə yoxdur?
-
Məsud Pezeşkian Xankəndiyə səfər edəcək - Bu tarixdə
-
Nohurqışlaqda meşədə köməksiz qalan şəxs xilas olundu - VİDEO
-
Azərbaycan səfiri Rusiya XİN-ə getdi - VİDEO
-
Səfərov qardaşları dəfn olundu - Fotolar
-
DTX əməliyyat keçirdi: Dövlətə xəyanət edən tutuldu
-
Lökbatanda beton zavodundan şikayət - VİDEO
-
Baş direktor vəzifədən azad edildi - Yeni təyinat
-
Azərbaycanda avro bahalaşdı - 4 ildən sonra
-
“Rusiya tərəfinin uydurduğu xəbər cəfəngiyyatdır“ - Seyfəddin Hüseynli
-
Tramp fərman imzaladı - Suriyaya qarşı sanksiyaları ləğv edildi
-
Bu gündən sosial müavinətlər və təqaüdlər artırılır - Fərman qüvvəyə minir
-
İnstaqramda kimlər nələr paylaşdı? - FOTOLAR
-
“Azərbaycan xalqına bir daha təşəkkürümü bildirmək istəyirəm“ - Ərdoğan
-
Mədəniyyət sektorunda yeni vergi güzəştlərinin tətbiqinə başlanılır - VİDEO
-
Uitkoff İranla müzakirələri davam etdirir - Ağ Ev
-
“NATO sammiti Ankarada keçiriləcək” - Ərdoğan
-
Arkadi Qukasyandan yeni ETİRAFLAR
-
İyulun 1-dən artırılan bəzi sosial müavinətlər nə qədər olacaq? - VİDEO
-
Hacı Zeynalabdin Tağıyev qəsəbəsində kanalizasiya problemi - VİDEO
-
Bu şəxslərə yeni mənzillər veriləcək - RƏSMİ
-
ABŞ və İsrailin İrana qarşı addımları bütün regionu təhlükəyə atıb - Pakistan XİN
-
Gömrükdə rüşvət qalmaqalı - Sabiq rəis 834 maşını ölkəyə necə keçirib?
-
Yekaterinburqda öldürülən azərbaycanlıların nəşi Vətənə gətirilib - VİDEO
-
Tələbələr üçün xoş xəbər: Müraciət vaxtı artırıldı
-
Deputatlar bu qanunlara dəyişiklik edəcək - SİYAHI
-
Fransanın radioaktiv tullantıları Azərbaycan sərhədində? - Xəzər üçün təhlükə
-
Azərbaycanda şok OLAY: 5 aylıq hamilə ola-ola başqasına ərə getdi - VİDEO
-
“Sputnik Azərbaycan”ın ofisində saxlanılanlar kimdir? - ADLAR
-
“Excelsior Hotel”də baş direktorla menecer arasında nə baş verir?
-
Bəylər Eyyubovun yerinə gələn Fərid Əsgərov kimdir? - DOSYE
-
“Kremlin yeni strateji hədəfi Odessadır“ - “Financial Times”
-
DİN-dən “Sputnik-Azərbaycan“dakı əməliyyatla bağlı açıqlama
-
Ərdoğan və Ersin Tatar Bakıya gəlir - Bu tarixdə
-
Bəylər Eyyubov vəzifədən azad edildi - Yerinə təyinat oldu
-
İyul ayında hava necə olacaq? - Aylıq proqnoz
-
Rusiya agentləri “Sputnik Azərbaycan“dan belə çıxarıldı - VİDEO
-
Elariz Məmmədoğlunun qızı məhkəmədə ifadə verdi - Milyonluq qalmaqallı iş üzrə
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
“İran komandirləri yoxa çıxıblar” - “Washington Post“
-
Salyanda dəhşətli cinayət: gecəyarısı arvadını xəyanətdə günahlandırdı, sonra isə...
-
Həbs edilən şəxs Namiq Abdullayevin adından necə istifadə edib? - DƏLƏDUZLUQ İŞİ
-
“Cəlal Harutyunyana general-leytenant rütbəsini Sarkisyan verib“ - Arayik Harutyunyan
-
“Veysəloğlu”nun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı” çərçivəsində növbəti məhsuldar görüş AQİSA ilə keçirildi - FOTOLAR
-
“Türk vətəndaşı olmağı çox istərdim” - Montello ilə yeni müqavilə bağlanılıb
-
Qohum nikahların qarşısı necə alınacaq? - Nazirlikdən açıqlama
-
İran “Starlink“ə qadağa qoydu: İstifadə edənləri həbs gözləyir
-
Bakıda 400 nəfərin gizlənə biləcəyi yeraltı bunker: Harda yerləşir?
-
"QayMaq Premium Qida" şirkətinin kərə yağından sellofan çıxıb - Video
-
Sabahdan məktəbli formalarının qiyməti aşağı düşür - CƏDVƏL
-
Prezidentdən Fikrət Məmmədovla bağlı - Sərəncam
-
“TikTok” üçün çox varlı alıcılarımız var” - Tramp
-
Hərbi prokuror bayram günləri sərhədlərdə - FOTOLAR
-
Şuşa və Xankəndiyə səfərlər müvəqqəti dayandırılır - Səbəb açıqlandı
-
Vilayət Eyvazov Astarada vətəndaş qəbulu keçirəcək - Bu tarixdə
-
Cümşüdün batdığı kanal bu qurumun balansında olub - Baş Prokurorluğun məlumatı
-
“Sputnik-Azərbaycan” agentliyinin ofisində əməliyyat keçirilir
-
Azərbaycan İsrailə neft satışını dayandırıb - İxracın 95 faizi Avropa bazarlarına yönəldilib
-
Bakıda orta aylıq əməkhaqqı 1386 manatdır - Rəsmi
-
Çimərliklərdəki istirahət məkanlarında qiymətlə - VİDEO
-
“Ermənistanda kilsəyə yönələn hücumlar narahatlıq doğurur“ - Lavrov
-
Həyət evlərində qalanlar həşəratlara qarşı bu dərmanlardan istifadə etsinlər - VİDEO
-
Şamaxıda kişi qətlə yetirildi - 31 yaşlı kürəkəni tutuldu
-
Rusiya bu istiqamətdə 50 min hərbçi toplayıb - Ukraynanın işi çətindir
-
“Dedilər işə düzəlmək üçün 5 min manat pul lazımdır“ - Məhkəmə işi
-
Sabahdan bu sosial müavinətlər və Prezident təqaüdləri artırılacaq - SİYAHI
-
“İranın gizli nüvə obyekti ola bilər” – Tramp
-
Azərbaycanda bu şəxslərin nikahı qadağan ediləcək - Sabahdan
-
Qeyri-iş günü bir də dörd aydan sonra olacaq - TARİX
-
Maştağada kanalda antisanitar vəziyyət - VİDEO
-
Az maaş, çox tələb: Gənclər niyə iş tapa bilmirlər?
TOP 10
ARXİV