“Deyirlər, pulu çoxdur, nə vecinə, özü üçün yaşayır“ - Röya Tətilə gedən Dilarədən bikinili paylaşım - FOTOLAR Röya yeni paylaşımıyla göz oxşadı - FOTO Pərvin və Dilarə çimərlik geyimində poz verdi - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 04 Oktyabr 2022

    “Deyirlər, pulu çoxdur, nə vecinə, özü üçün yaşayır“ - Röya

  • / Maqazin / — 25 Avqust 2022

    Tətilə gedən Dilarədən bikinili paylaşım - FOTOLAR

  • / Maqazin / — 17 Avqust 2022

    Röya yeni paylaşımıyla göz oxşadı - FOTO

  • / Maqazin / — 14 Avqust 2022

    Pərvin və Dilarə çimərlik geyimində poz verdi - FOTOLAR

  • / Maqazin / — 06 Avqust 2022

    Xalq artisti bikinidə belə poz verdi - FOTO

  • / Maqazin / — 01 İyul 2022

    “Yerimdə başqa insan olsaydı, indi villaları vardı“ - Nura Suri

Rusiya enerji sektorunda ABŞ şirkətini Türkiyə nəhəngi əvəzləyir - Dünyada analoqu yoxdur

Tarix 10.08.22, 19:18

Font ölçüsü : - / +
bitmap-img6


Rusiya "Novatek Arctic LNG-2" zavodu üçün ABŞ-ın "Baker Hughes" turbininə alternativ tapıb.

 "Kommersant" qəzeti xəbər verir ki, Şirkət Amerika avadanlığı əvəzinə Türkiyənin "Karpowership" şirkətinə üzən elektrik stansiyası sifariş edəcək.

Qeyd olunur ki, şirkət “Karpowership” şirkətindən qaz porşenli mühərriklərlə işləyən təxminən 300–400 MVt gücündə üzən elektrik stansiyası almalıdır.

Analitiklərin fikrincə, türk şirkətinin seçimi ağlabatan və mübahisəsiz görünür. “Kommersant”ın həmsöhbətləri üzən elektrik stansiyasının tikintisinin vaxtını açıqlamaqda çətinlik çəkiblər.

“Kommersant”ın həmsöhbətləri güman edirlər ki, eyni enerji təchizatı variantı LNG zavodunun ikinci və üçüncü xətləri üçün də qəbul ediləcək.

"Karadeniz Energy Group"a məxsusdur "Karpowership" dünyanın ən böyük üzən elektrik stansiyalarının operatorlarından biridir, şirkət əsasən öz gəmilərini ciddi enerji çatışmazlığı yaşayan ölkələrə tədarük edir. Şirkətin təxminən 4 GVt gücündə donanması Kuba, Yaxın Şərq, İndoneziya və Avfrikadan olan ümumilikdə səkkiz ölkədə fəaliyyət göstərir.

Müstəqil enerji eksperti Yuri Melnikov qeyd edir ki, "Karpowership" amerikalı “Baker Hughes” (BH) LNG zavodu üçün müqaviləli avadanlıq – LM9000 qaz turbinlərini tədarük etməkdən imtina etdikdən sonra NOVATEK bir sıra texniki çətinliklərlə üzləşib.

Qeyd edək ki, Rusiya Federasiyasına qaz turbinlərinin tədarükü birbaşa olaraq Avropa İttifaqı (Aİ) və ABŞ sanksiyaları ilə qadağan edilmir, baxmayaraq ki, Aİ-nin aprelin 8-də tətbiq edilən beşinci sanksiyalar paketi Rusiya Federasiyasına əsas qaz mayeləşdirmə avadanlıqlarının tədarükünü qadağan olunur.

BH üç "Arctic LNG-2" xətti üçün Boeing 777 üçün mühərrik əsasında 75 MVt-a qədər təxminən 20 LM9000 turbinini təmin etməli idi.

Birinci xətt üçün BH yeddi maşın təmin etməli idi, lakin "Kommersant" yazır ki, şirkət onlardan LNG prosesində istifadə ediləcək yalnız dördünü göndərib. Eyni zamanda, "Kommersant"ın həmsöhbətləri vurğulayırlar ki, LM9000 maşını öz dəst-xəttində təkmildir və ona qulluq etmək olduqca çətindir, istehsalçının dəstəyi olmadan və ehtiyat hissələrinin tədarükü olmadıqda, onun xidmətində problemlər yarana bilər.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyir ki, Türkiyənin adlı-sanlı gəmi tərsanələri var. "Amma üzən elektrik stansiyaları üzrə dünyada ad çıxartmağından indi xəbər tutdum", - ekspert əlavə edir.

Mütəxəssis vurğulayır ki, "Karadeniz Energy Group"a daxil olan "Karpowership" şirkəti üzən elektrik stansiyalarının idarə edilməsi üzrə dünyanın məşhur operatorları sırasındadır: "Şirkətin flotiliyasındakı gəmilərin elektrik istehsal etmək gücü 4000 MVt-dır. Bu Azərbaycanın elektrik stansiyalarının layihə gücünün təqribən 55%-i deməkdir. Şirkət pulu necə qazanır - enerji qıtlığı ilə üzləşən ölkələrə, sənaye obyektlərinə "momento more" elektrik enerjisini yerindəcə istehsal edib satır". 

"AzPolitika.info"



Xəbərin oxunma sayı : 880

loading...

Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap