Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Rusiya Ukraynaya hücum etməyə hazırlaşır – ABŞ kəşfiyyatı xəbərdarlıq etdi

Tarix 20.11.21, 15:47

Font ölçüsü : - / +
bitmap-img6


ABŞ kəşfiyyat agentlikləri NATO müttəfiqlərini xəbərdar edir ki, Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlarının qarşısını almaq üçün Qərbin çox az vaxtı var.

Bu barədə “New York Times” qəzeti cümə günü axşam məlumat yayıb. Qəzetin ABŞ Prezident Administrasiyasındakı mənbələrinin bildirdiyinə görə, Kreml Rusiya-Ukrayna sərhədi yaxınlığında cəmləşmiş qoşunlardan istifadəyə dair qərarı hələ qəbul etməyib. Lakin onların sayı və tərkibi Rusiya rəhbərliyinin niyyətləri ilə bağlı ciddi narahatlıq doğurur.

Cümə günü ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri, general Mark Milli Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı general Valeri Zalujnı ilə telefonla danışıb. Məlumata görə, onlar Rusiya ordusunun həmin rayonda həyəcanverici fəaliyyətini müzakirə ediblər.

Qəzet yazır ki, Amerika və Britaniya kəşfiyyat xidmətləri Vladimir Putinin ya Ukrayna ərazisinin böyük hissəsini ələ keçirmək, sabitliyi pozmaq, ya da hakimiyyətə Rusiyayönlü hökumətin gəlməyini təmin edəcək hərbi əməliyyat keçirmək variantını nəzərdən keçirdiyinə getdikcə daha çox əmindirlər.

Onların fikrincə, Putin Minsk sülh prosesinin səmərəsizliyindən əsəbiləşib. Avropanın Rusiyanın təbii qaz tədarükünə daha çox güvənməsi ona ümid verə bilər ki, avropalılar Rusiyanın Ukraynaya qarşı potensial hərbi əməliyyatına cavab olaraq kəskin tədbirlər görməkdən çəkinəcəklər.

Qəzetin yazdığına görə, ABŞ rəsmiləri Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlarına cavab vermək üçün avropalı müttəfiqlərlə birgə fəaliyyət planı təklif edir.

Sanksiyalar bu planın mühüm hissəsidir. Qərb mənbələrinin məlumatına görə, son vaxtlar Voronej vilayətinin Pavlovsk şəhəri yaxınlığında Rusiya ordusunun döyüş hissələri və hərbi texnikası, o cümlədən tanklar, haubitsalar və “İsgəndər” raketləri cəmləşib.



Xəbərin oxunma sayı : 940




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap