Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Sosial / — 03 İyun 2026

    Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

Rusiyada bu ölkələrin şirkətləri milyardlar qazanır – Siyahı

Tarix 03.09.24, 11:36

Font ölçüsü : - / +
bitmap-img6


“Forbes” nəşri 2023-cü ilin nəticələrinə əsasən Rusiyada fəaliyyət göstərən 50 ən böyük xarici şirkətin illik reytinqini tərtib edib.

Yeniavaz.com xəbər verir ki, 50 ən böyük xarici şirkətin Rusiyadakı ümumi gəlirləri əvvəlki illə müqayisədə 31% artaraq 6,7 trilyon rublu (74,8 milyard dollar) ötüb.
Bildirilir ki, Rusiyada ən çox Çin şirkətləri fəaliyyət göstərir. 50 ən böyük xarici şirkətin siyahısında Çindən 11 şirkət var. Çinin “Chery” minik avtomobili istehsalçısı ilk dəfə olaraq “Forbes” jurnalına görə Rusiyada fəaliyyət göstərən 50 ən böyük xarici şirkətin reytinqinə başçılıq edib. “Chery”nin gəliri 2022-ci illə müqayisədə 4 dəfə artaraq 2023-cü ilin sonunda 590 milyard rublu (6,6 milyard dollar) ötüb. Şirkət Rusiya bazarında “Chery”, “Exeed”, “Omoda”, “Jaecoo” və “Jetour” brendləri altında 220 mindən çox avtomobil satıb.
Bundan əvvəl reytinqə Fransanın “Auchan” (2015-2019), “Renault” (2020) və “Leroy Merlin” (2023), ABŞ-nin “Philip Morris International” (2021) və Almaniyanın “Volkswagen Group” (2022) şirkətləri başçılıq edirdi.
Keçən ilin lideri – Fransanın məişət malları və təmir zənciri “Leroy Merlin” bu il siyahıdan çıxıb. Bunun səbəbi şirkətin Rusiya bazarını tərk etməsi göstərilir.
Bu ilki reytinq cədvəlinin ilk 10-luğuna “Chery”dən başqa, minik avtomobilləri istehsal edən daha iki Çin şirkəti – “Great Wall Motor” (5-ci sıra) və “Geely Automobile” (10-cu sıra) daxildir.
İki il əvvəl – 2022-ci il reytinqində siyahıda yalnız bir Çin şirkəti olub  – “Huawei Technologies”. 2024-cü ildə reytinqə ilk dəfə Çin avtomobil istehsalçıları “FAW Group” (13-cü sıra), “Changan Automobile” (16-cı sıra), “JAC Group” (49-cu sıra) daxil edilib. Bundan başqa elektronika və məişət texnikası istehsalçısı “Hisense” (38-ci sıra), tikinti holdinqi CRCC (44-cü sıra) də siyahıya daxil edilib.
ABŞ-də qeydiyyatı olan şirkətlərin sayı iki il ərzində 10-dan 7-yə qədər azalıb. Rusiyada fəaliyyətini davam etdirən ən böyük ABŞ şirkəti tütün istehsalçısı “Philip Morris International” (3-cü sıra) olub. Bu şirkətin illik gəliri 440 milyard rubldan çox (5 milyard dollar) olub.
Rusiyada fəaliyyət göstərən 50 ən böyük xarici şirkətin illik reytinqinə aşağıdakı ölkələrin şirkətləri daxil edilib:
Çin – 11
ABŞ – 7
Almaniya – 5
Belarus – 4
Türkiyə – 4
İsveçrə – 4
Fransa – 3
Böyük Britaniya – 2
İtaliya – 2
Avstriya – 1
Belçika – 1
Macarıstan – 1
Danimarka – 1
Tailand – 1
Finlandiya – 1
İsveç – 1
Cənubi Koreya – 1
Yaponiya – 1



Xəbərin oxunma sayı : 991




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap