![]() |
|














Sabiq nazirin şirkəti dövlətin vergi borcunu ödəməkdən niyə yayınır? - Fazil Məmmədov müflis olub?
Tarix 01.09.21, 12:25 |
|

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər İdarəsi “Synergy Group” MMC-ni məhkəməyə verib. Musavat.com-un məlumatına görə, iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Zaur Pirverdiyevin icraatındadır. MMC 48 min manat vergi borcunu ödəməkdən yayınır.
“Synergy Group” MMC 50 milyon manatlıq nizamnamə kapitalı ilə 25 yanvar 2010-cu il tarixdə yaradılıb. Şirkətin qanuni təmsilçisi Elnur Xaləddin oğlu İsgəndərovdur. Elnur İsgəndərov Binəqədi Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Xaləddin İsgəndərovun oğludur. “Synergy Group” MMC-nin əsl sahibi isə keçmiş vergilər naziri Fazil Məmmədovdur. Yeri gəlmişkən, Xaləddin İsgəndərov Fazil Məmmədovun bacısının əridir.
Fazil Məmmədov nazir olduğu dönəmdə “Synergy Group” MMC Azərbaycanın ən iri holdinqlərindən biri kimi tanınıb. O, şirkətə istehsalat, tikinti, kənd təsərrüfatı, İKT, hotelçilik, təhsil, səhiyyə və bank işi sahələri üzrə iri yatırımlar edib. Fazil Məmmədov işdən çıxarıldıqdan sonra şirkətin işi axsayıb. 2019-cu ildə yayılan məlumata görə, sabiqlərin sırasına qoşulduqdan sonra bir müddət səhhətindəki problemlərlə məşğul olan keçmiş nazir yenidən əsas diqqətini “Synergy Group” MMC-yə yönəldib.
Kimsəyə sirr deyil ki, Fazil Məmmədov nazir işlədiyi dövrdə milyonlar toplayıb, çoxunu xaricə qaçırıb. O günlərdə Xaləddin İsgəndərov Binəqədinin icra başçısı idi və öz qanunsuz əməlləri ilə ad çıxarmışdı. Rəhbərlik etdiyi rayon o zaman vergilər naziri postunu tutan Fazil Məmmədovun patronajlığı altında idi. Xaləddin İsgəndərov özünü qətiyyən bir məmur və ölkə prezidentinin sadə şəkildə ifadə etdiyi kimi “xalqın xidmətçisi” olaraq aparmırdı.
Lüzumsuz lovğalıqlar, sərvət və vəzifənin verdiyi hakimiyyəti həddindən artıq nümayiş etdirmək, özünü ətrafındakı insanlardan yüksəkdə tutmaq, hər fürsətdə işçilərini aşağılamaq Xaləddin İsgəndərovun həyat tərzinə çevrimişdi. Xaləddin İsgəndərovun tək özünü deyil, ailəsini də mühafizəçilər ordusu qoruyurdu. Bir yerə gedərkən onu 6-7 maşın mühafizəçi maşını müşahidə edirdi. Xaləddin İsgəndərovun oğlu Elnur İsgəndərov da atasından geri qalmırdı. Atası kimi şəhərdə ən azı 4-5 maşının müşayiəti ilə hərəkət edirdi. Digər ailə üzvləri də xüsusi maşınların müşayiəti olmadan evi tərk etmirdilər.

Fazil Məmmədov isə əksinə, şəxsi həyatını və sərvətini gözə soxmağa çalışmırdı. Bu baxımdan onun patronajlığı altında olan rayonun başçısının hərəkətləri diqqət çəkirdi və haqlı olaraq Xalədin İsgəndərov “qudurğan məmur” imicini qazanmışdı. Bu gün isə Xaləddin İsgəndərovun oğlunun rəhbərli etdiyi MMC-nin dövlətə 48 min manat vergi borcunu ödəyə bilməməsi suallar doğurur.
Bəs Xaləddin İsgəndərov saxladığı 18 mühafizəçinin 3-5 aylıq maaşına bərabər vergini ödəməkdən niyə yayınır? Bu mövqe onun və patronu Fazil Məmmədovun özlərini müflis durumda göstərmək istəklərinə daha yaxındır. Vəzifədən çıxarılandan sonra hər iki şəxs özlərini var-yoxları “milliləşdirilmiş” məmur kimi təqdim etməyə çalışsalar da, buna kimsəni inandıra bilməyiblər.
17 il Vergilər Nazirliyinə rəhbərlik etmiş Fazil Məmmədov həmin dövrdə vergi şəklində yığılan vəsaitdən 4 milyard manata yaxınını büdcədən yayındıraraq ofşorlara yönləndirdiyi barədə xəbərlər yayılmışdı və həmin xəbərlər bu günə qədər təkzib edilməyib. Sabiq nazirin ata yurdu Şəmkirdə isə demək olar ki, hər tində bir müəssisəsi, fabriki, istixanaları, quşçuluq fabrikləri və s. biznes strukturları vardı. Onun qohum-qardaşının yaşadığı Şəmkir rayonunda salınan parka görə büdcədən nə az, nə çox, düz 830 milyon manat silinmişdi. Faktiki isə parkda görülən işlərin dəyəri 8 milyon manatdan da az olub.
Fazil Məmmədov nazirliyi dövründə Azərbaycan iqtisadiyyatına yönəlməli olan milyardları xarici ölkələrdə öz biznes şəbəkəsini yaratmağa sərf edib. Belə ölkələrdən biri də Ukraynadır.

Fazil Məmmədovun Ukrayna paytaxtında 5 ulduzlu hoteli, siqaret, təkər zavodu və böyük bazarı var. Hotel Kiyevin mərkəzində, “11 Mirrors Design Hotel” adlanır.
Kiyevdəki “Vladimirski” bazarı sabiq vergilər nazirinin böyük biznesinin kiçik bir parçasıdır. Kiyevdəki bazarlar arasında böyüklüyünə görə ilk üçlükdə olan bu bazarda paltar və meyvə-tərəvəz satılır.
Sabiq nazirin Ukraynanın kurort şəhəri Truskovetsdə də olduqca lüks hoteli var. Həmin hotel “Mir” adlanır. Nazirin hotelində ən müxtəlif kateqoriyadan nömrələr var. Bu nömrələr arasında “Prezident stili” kateqoriyasından olanlar xüsusi diqqət çəkir. Hotelin ölçücə ən böyük olan bu nömrəsi 126 kvadratmetrdir. Bunlar sabiq nazirin xaricdəki böyük biznesi haqda kiçik məlumatlardır.
Azərbaycanda vəzifədə olarkən sabiq nazirin kurasiyasında bir neçə rayon vardı. Binəqədi, Şəmkir, Gədəbəy və Yardımlı rayonları sabiq nazirin qeyri-rəsmi “qubernatorluğuna” daxil idi. Həmin dövrlərdə Gədəbəydəki istirahət mərkəzlərinin demək olar ki, hamısı Fazil Məmmədovun kurasiyasında idi.
Rayonda “Narzan” adlanan istirahət mərkəzi, “Eldorado” hoteli və çoxsaylı obyektlər Fazil Məmmədova hər gün milyonlar qazandırırdı. Fazil Məmmədov vergilər naziri postundan çıxarılandan sonra özünün və yaxınlarının adına rəsmiləşdirdiyi əmlakları digər şəxslərin adına keçirməsi haqda məlumatlar yayılmışdı. Məlum olmuşdu ki, Fazil Məmmədov nazir postunda ikən Şəmkirdə inşa etdirdiyi müxtəlif tikililəri “özgəninkiləşdirməklə” əlindən çıxarılmasını önləməyə çalışırdı.
Bütün bunlardan başqa, Fazil Məmmədov vəzifədən çıxarılandan sonra bir müddət ağır xəstə olması haqda məlumatlarla mətbuatın gündəmindən düşmürdü. Həmin günlərdə belə xəbərlərin Fazil Məmmədovun maraqlarına xidmət etdiyi deyilirdi.
2021-ci ildə isə Fazil Məmmədovun kürəkəni Əbdül Əliyevin sorağı İngiltərədən gəldi. Məlum oldu ki, 100 milyon manata yaxın vəsait xərcləməklə sabiq nazirin kürəkəni Londonda bir neçə mülk alıb.

Həmin xəbərə əlavə edilən sənədlərdən məlum olurdu ki, Fazil Məmmədovun kürəkəni Əbdül Əliyev az qala Londonun yarısını alıb. O, 2021-ci ilin aprelində Londonda dəyəri milyonlarla funt-sterlinq olan daha 4 bahalı əmlak müqaviləsi bağlayıb. Müqavilələr Britaniya paytaxtının işgüzar səmtlərindən olan Windmill Street-dəki 37, 38, 39 və 40 saylı binaları əhatə edir. Həmin ünvanlarda hazırda “The Lyric”, “Olives & Meze”, “Wok to Walk” restoranları, “West & End” daşınmaz əmlak agentliyi yerləşir. Əbdül Əliyev hələ ötən ilin iyulunda Nottinqem şəhərinin mərkəzində də dəyəri 1.5 milyon funt sterlinq (3,3 milyon manat) olan binanı (Long Row küçəsi 50, 51 və 52) satın almışdı.
Ötən ilin sentyabrında isə o, Britaniya paytaxtının Ladbroke Grove 131 və Ladbroke Crescent 25A ünvanlarında 1 milyon funt-sterlinq dəyərləndirilən iki binanı, eləcə də Croydon, Thornton Heath, Parchmore Road 84a ünvanında Lancaster Business Park-dakı keçmiş əyləncə mərkəzinin (Leisure Centre) ərazisi (LAN21656 saylı mülkiyyət sənədi) də satın almışdı.
Xüsusi olaraq qeyd edək ki, bütün bu əmlaklar Fazil Məmmədov vəzifədən çıxarılandan illər sonra əldə edilib. Əgər Fazil Məmmədov müflis durumdadırsa, onun kürəkəni milyonlarla manat dəyərində varidatı necə əldə edib? Əbdül Əliyev Fazil Məmmədovun müavini Namiq Əliyevin oğludur və varidat baxımından müavinin nazirdən bir pillə aşağı olması da təbiidir.
Belə bir halda, sabiq nazirin şirkətinin dövlətə 48 min manatlıq vergi borcunu ödəməməsi sıradan hal hesab edilməməlidir. Digər sahibkarlar kimi Fazil Məmmədovun da şirkətinin rəhbəri Elnur İsgəndərov vergi borcunu ödəməkdən yayınan biri kimi istintaqa cəlb olunmalıdır.
Xəbərin oxunma sayı : 1621
Gündəm
Xəbərlər
-
Səhiyyə Nazirliyində BMT-nin İqtisadi və Sosial Komissiyasının İcraçı katibi ilə görüş keçirilib
-
Polis əməliyyatlar keçirdi - 35 nəfər saxlanılıb
-
Polis əməliyyatlar keçirdi - 35 nəfər saxlanılıb
-
Deputat: Ermənistan Qərbi azərbaycanlıların qayıdış hüququnu tanımalı və təmin etməlidir
-
Koronavirusun təhlükəli ştamı yayılıb
-
“İran-İsrail münaqişəsi təkrarlanmamalıdır“ - Van İ
-
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edildi
-
Bakıda daha bir yol hər an ÇÖKƏ BİLƏR - VİDEO
-
Seren Serengil azərbaycanlı gənclə işbirliyi qurdu - Fotolar
-
“Dioqunun yoxluğu ilə barışmaq çox çətin olacaq“ - Məhəmməd Salah
-
Prezident Xankəndidə keçirilən Zirvə görüşündən görüntülər paylaşılıb - VİDEO
-
Tikinti materialları bazarında bahalaşma və durğunluq var - VİDEO
-
“Reo-Med Tibb Mərkəzi“də yoxlama - Pozuntular aşkarlandı
-
Amerikalıların 40-60 faizi Maskın yeni partiya ideyasını dəstəkləyir - Şok nəticələr
-
“Dedilər qaz, meyiti basdır” - Zərərçəkmişlər danışdı
-
Gənclərin qanlı hesablaşması - biri qətlə, digəri xuliqanlığa görə mühakimə olunur
-
Bakıda küçələrdə “kahinlər“ peyda oldu - VİDEO
-
Türkiyədə meşə yanğınları: 500-dən çox xəsarət alan var
-
Ən çox gəlir əldə edən türkiyəli məşhurlar - SİYAHI
-
Rusiya səfiri Ermənistan XİN-ə çağırıldı - Nota verildi
-
Gələn həftədən Azərbaycanda istilər başlayacaq - Xəbərdarlıq
-
Pezeşkianın Azərbaycan səfəri başa çatdı - FOTO
-
Müəllim olmaq istədi, 5000 manat pulu ələ keçirildi - Dələduzluq
-
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO
-
Şuşada İlham Əliyev liderlərin şərəfinə ziyafət verdi - FOTO
-
Tramp Çinə səfər edə bilər - “Bloomberg”
-
Prezident Xankəndidə Ərdoğanla görüşdü - FOTO
-
Əliyev, Pezeşkian və Ərdoğanın ən səmimi görüntüsü - VİDEO
-
Deputatlar daha 15 məsələni müzakirəyə çıxaracaq - Siyahı
-
Sadır Japarovun Azərbaycana səfəri başa çatıb - FOTO
-
“Əcəmi Mall”da qanunsuz tikintiyə kim icazə verib? - FOTOFAKT
-
“Virus hələ də bizimlədir” - Səhiyyə Nazirliyi xəbərdarlıq edir
-
Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatdı - FOTO
-
Əliyevlə Pezeşkianın görüşü oldu - Fotolar
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 5 günlük məzənnəni açıqladı
-
İtkin düşən 3 hərbçi Kəlbəcərdə dəfn edildi - FOTOLAR
-
Almaniya ordunu ikiqat gücləndirir - Könüllü hərbi xidmət qayıdır
-
Bakının ortasında kanalizasiya “fəlakəti“ - Qurumdan açıqlama
-
Liderlər çay süfrəsi arxasında - Fotolar
-
“ABŞ-ın dəstəyi ilə İsrail Yaxın Şərqin taleyini girov altına alıb“ - Məsud Pezeşkian
-
Küçədə soyundu, qadınlar şikayət etdi - Məhkəmə qərarı
-
Xankəndidə tarixi sammit yüksək səviyyədə təşkil olunub - Şahbaz Şərif
-
Baş prokuror Yardımlıda vətəndaş qəbulu keçirdi - FOTOLAR
-
Azərbaycanda şəxsiyyət vəsiqələrində dəyişiklik edilir - Milli Məclis təsdiqlədi
-
Kiçik çavuş həbs edilib - “TikTok”da tanış olduğu sevgilisini şantaj edirmiş
-
“Hindistan Pakistana qarşı sudan silah kimi istifadə edir“ - Şahbaz Şərif
-
Yağış yağacaq, külək güclənəcək - Sabahın havası
-
Avtomobil almaq istəyənlərin nəzərinə - Bu maşınlar bahalaşacaq
-
“Biz göstəriciyə görə dünyada ön sıralardayıq” - Prezident
-
“Qəbələ“ Futbol Akademiyasının fəaliyyəti məhdudlaşdırılıb - Açıqlama
-
“Vəsiyyətnamə yoxdursa, ögey şəxslər vərəsə ola bilməzlər“ - Ali Məhkəmə
-
“Azərbaycanın xarici valyuta ehtiyatları 74 milyard dollardan artıqdır” - Sahil Babayev
-
Naxçıvanda şok hadisə - Deputat sakini döydü
-
Xankəndidə Zirvə görüşü keçirilir - FOTO/CANLI
-
Prezident Xankəndidə qəbul keçirdi - FOTOLAR
-
Ərdoğan Azərbaycana səfərə gəlib - FOTO
-
“Tramp iyulun 7-də Qəzzada atəşkəs elan edəcək“ - İsrail mətbuatı
-
Şəxsiyyət vəsiqəsində nələr dəyişəcək? - VİDEO
-
Konstitusiya Məhkəməsinə 4 hakim təyin olundu - ADLAR
-
Merkel Trampla yaşadığı qalmaqaldan danışdı - VİDEO
-
Bu şəxslərə 6 min manat birdəfəlik müavinat veriləcək - Deputat açıqladı
-
Ceyhun Bayramov Pakistan XİN başçısı görüşdü - Xankəndidə
-
Pezeşkianın Azərbaycana səfərə gəldi - FOTO
-
Direktor yük maşınının altında qalıb öldü - TƏFƏRRÜAT
-
“Zəngəzura görə Paşinyanı devirmək istəyirlər“ - Çevriliş planının detalları + VİDEO
-
Tacikistan prezidenti Füzuli rayonunda belə qarşılandı - FOTO
-
Rusiya Ukraynaya kütləvi hava zərbəsi endirib: Kiyevdə çoxsaylı dağıntılar var
-
Məktəbdən çıxan müəllimənin başına torba keçirib qaçıranlar azadlığa çıxdı - TƏFƏRRÜAT
-
“ABŞ Ukraynaya hərbi yardım göndərməyə davam edir“ - Tramp
-
Azərbaycan-Özbəkistan əlaqələri strateji əməkdaşlıq modelinə çevrilib
-
Azərbaycan və Özbəkistan strateji tərəfdaşlıq modelini gücləndirir
-
Aygün Kazımova bu dəfə misirli xanım obrazında - FOTO
-
Klublarımızın yay planları: Kim gəlir, kim gedir?
-
Bu sahələrdə çox sayda işçiyə ehtiyac var - VİDEO
-
Putin və Tramp telefonda danışdılar - Ukrayna, Suriya, İran məsələləri müzakirə edilib
-
Azərbaycan, Özbəkistan və Qırğızıstan prezidentləri Şahbulaq qalasında olublar - FOTO
-
Moskvada 2 azərbaycanlı “qanuni oğru“ saxlanıldı - VİDEO
-
Fərid Əsgərov yeni vəzifəsində ilk dəfə görüntüləndi - VİDEO
-
Əsir və girovlarımızın başına nələr gətirilib? - Məhkəmə
-
Kurskda Rusiya generalı öldürüldü - Ukrayna ordusundan uğurlu əməliyyat
-
Səhiyyə nazirinin məhkəməyə verildiyi iş üzrə - QƏRAR
-
Vüqar Səfərlinin şikayəti rədd edildi - Ali Məhkəmədən qərar
-
“Razılaşdıq ki, birlikdə gələcəyik” - İlham Əliyev
-
Alatavadakı qalmaqallı mülk söküldü - Razılığa gəldilər
-
“18-ci sanksiyalar paketi Rusiya iqtisadiyyatının ürəyinə zərbə vuracaq“ - Leyen
-
Prezidentlər Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak etdi - Fotolar
-
“Sputnik-Azərbaycan“ işi: beş nəfər polis nəzarətinə verildi
-
İki dost dövlət arasında münasibətlər yüksək səviyyədə inkişaf etdirilir
-
Məktəbli qızları təqib etdi, həbs olundu - Məhkəmədə özünü belə müdafiə etdi
-
Zirvə görüşünün iştirakçıları “Zəfər“ şousunu izlədi - FOTOLAR
-
Bakıda bu yollarda təmirlə bağlı hərəkət məhdudlaşdırıldı - Siyahı
-
Abituriyentlərin şikayətləri araşdırılıb, bəzilərinin imtahan balları artırılıb - DİM-dən açıqlama
-
27 il hakimlikdən sonra Konstitusiya Məhkəməsindən getdi - Yerinə oğlu gəlir
-
Əl yükündə ölkəyə 547 karat brilyant keçirmək istədi - Fotolar
-
Azərbaycanda heyvanların sığorta xərci açıqlandı: Qoyunlar 7-11 manat, inəklər isə...
-
Masazır qəsəbəsində sənədsiz evlərin tikintisi davam edir - FOTO/VİDEO
-
Nazirlikdən küləkli hava ilə bağlı - Müraciət
-
ABŞ Azərbaycana yeni diplomat göndərir - Emi Karlo kimdi?
-
Bakıdakı yeni park belə olacaq - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycan və Özbəkistan həm tarix, həm də ortaq mədəni, mənəvi və dil kökləri ilə bir-birinə yaxın və bir o qədər də zəngindir
-
Xankəndidən Şuşaya kanatla gedəcəyik - 13 dəqiqəyə...
-
Bakıda inanılmaz hadisə: Həkim vətəndaşı QİÇS-ə yoluxma təhlükəsi ilə üz-üzə qoydu
-
Şahbaz Şərifin Azərbaycana səfəri başlayıb - FOTO
-
Azərbaycanda manata olan inam dolları üstələdi - 10 ilin statistikası
-
Əfqanıstanın Baş nazirinin müavini Füzulidə - FOTO
-
Konstitusiya Məhkəməsində 4 yeni hakim - ADLAR
-
Sadir Japarov Azərbaycana səfərə gəlib - FOTOLAR
-
Prezident “Xankəndi” Biznes Mərkəzinin açılışında - FOTOLAR
-
“Qala Sığorta”nın işçisinə “dümbələk” deyən şəxs cəzalandırıldı - TƏFƏRRÜAT
-
İlham Əliyev Xankəndidə qəbul keçirdi - FOTOLAR
-
Azərbaycanın bu saytları Rusiyada bloklandı - SİYAHI
-
Prezident Xankəndidə Zəfər parkında görülən tikinti işləri ilə tanış oldu - FOTOLAR
-
Agentlik sədri onu departament müdiri təyin etdi - FOTO
-
Futbol dünyası şokda - Ulduz futbolçu qəzada öldü
-
Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli qoyuldu - Fotolar
-
Bu yolda 2 aydır ki, “həyat donub“ - Təmir nə vaxt bitəcək?
-
Polisə işə düzəldəcəyini vəd etdi, külli miqdarda pul aldı - DƏLƏDUZLUQ İŞİ
-
"Adil Kərimli mənə dedi ki, artıq heç kəsə fəxri ad verilmir“ - Zemfira Sadıxova
-
Rusiya Poltavaya dron zərbələri endirib - Ölənlər var
TOP 10
ARXİV