“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Sabirabadda bələdiyyənin gölü icarəyə verməsi sakinlərin etirazına səbəb olub - VİDEO

Tarix 19.05.23, 23:16

Font ölçüsü : - / +
bitmap-img6


Sabirabadın Əliləmbəyli kəndinin ərazisində olan təbii göl başqa şəxslərə icarəyə verilib.

Xezerxeber.az-ın məlumatına görə, kənd sakinləri “Axmaz” gölünün icrayə verilməsinə etiraz edirlər.

Onlar “Axmaz”ın ümumi  istifadəyə qaytarılmasını tələb edirlər.

Bəs görəsən gölün icarəyə verilməsi qanunidirmi?

Sabirabadda 25 hektar ərazini əhatə edən “Axmaz” gölü rayonun Əliləmbəyli kəndi ərazisində yerləşməsinə baxmayaraq, vaxtilə ondan Bala-Həşimxanlı və Çöl-Ağaməmmədli kəndinin sakinləri də istifadə ediblər. Sakinlər qeyd edirlər ki, uzun illər həm “Axmaz”ın balığından tutublar, həm də yay aylarında su qıtlığı olan zaman ora yığılan sulardan nasoslar vasitəsilə əkin sahələrinin suvarılmasında istifadə ediblər.

İndi isə onlar göldən istifadə edə bilmirlər. Çünkü 25 hektarlıq “Axmaz” bələdiyyə tərəfindən bir vətəndaşa balıqçılıq və quşçuluğun  inkişafı məqsədilə icarəyə verilib.

Kənd bələdiyyəsindən isə bildirilib ki, həmin torpaq sahəsi bələdiyyə şurasının qərarı ilə 14 dekabr 2021 ci il tarixdə subicarəyə verilib. Vətəndaşların tələbi əsassızdır.

Gölü icarəyə götürən Araz Rəsulov da şifahi olaraq “Xəzər Xəbər”ə  bildirib ki, təbii “Axmaz” gölü 2007-ci ildə həmin dövrkü bələdiyyə sədri tərəfindən rayon sakini Şıxəliyeva Sahilə Əli qızına icarə müqaviləsi əsasında 99 illik icarəyə verilib. Həmin icarə müqaviləsi əsasında isə 2021-ci il 14 dekabr tarixində  1 nömrəli subicarə müqaviləsinə əsasən, sözügedən ərazi quşçuluq və balıqçılıq məqsədi ilə icarə müqaviləsinin qalan müddətinə onun icarəsinə verilib.




Xəbərin oxunma sayı : 1171




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap