“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Sahil Babayevin “sevimlisi“ növbəti tenderi uddu - “Nur-SS”lə bağlı müəmma

Tarix 12.04.21, 16:19

Font ölçüsü : - / +
bitmap-img6


Dövlət Sosial Müdafiə Fondu (DSMF) “Nur-SS” MMC ilə satınalma müqaviləsi imzalayıb. 

AzFakt.com hit.az-a istinadla xəbər verir ki, maliyyə dəyəri 195 475.26 AZN təşkil edən müqavilədə Çap və mətbəə məhsullarının satın alınması nəzərdə tutulur.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarına görə, “Nur-SS” MMC 29 oktyabr 2004-cü il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində qeydiyyata alınıb.

Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Haqverdiyev küçəsi, ev 13, mənzil 9-da yerləşir. MMC-nin qanuni təmsilçisi isə İbrahimov İbrahim Ədalət oğludur.

Araşdırmalarımız zamanı məlum olub ki, “Nur-SS” MMC əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan qurumların elan etdiyi tenderlərin qalibi olur. Məsələn, 2020-ci ildə “Sosial Xidmətlər Agentliyi” publik hüquqi şəxsi “Nur-SS” MMC ilə maliyyə dəyəri 1 709 103 AZN olan müqavilə bağlayıb.

Müqavilədə Sosial Xidmətlər Agentliyinin aparatı və filialları üçün digər maşın və avadanlıqların satın alınması nəzərdə tutulur. 

Həmin ildə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti də avadanlıq almaq üçün “Nur-SS” MMC ilə 478 578 manatlıq müqavilə imzalayıb.

Adı çəkilən hər iki qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabedir. Nazirliyin özü də “Nur-SS” MMC ilə satınalma müqaviləsi bağlayıb.  Maliyyə dəyəri 206 675 manat olan müqavilədə maşın və avadanlıqların satın alınması nəzərdə tutulur. 

Maraqlıdır ki, “Nur-SS” MMC həm çap məhsulları, həm də maşın və avandanlıqlar satır. 

Şirkət milyonluq tenderlərin qalibi olsa da, açıq mənbələrdə barəsində məlumat çox azdır. Şirkətin hətta internet səhifəsi də yoxdur. 

MMC-nin qanuni sahibinə gəlincə, İbrahim İbrahimovun adı kredit borcu ilə bağlı məhkəmə işində keçir. 2015-2016-cı illərdə “Unibank”ın iddiasına əsasən kredit borcunun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair məhkəmədə İbrahim İbrahimov cavabdeh qismində cəlb olunub. Kredit borcuna görə məhkəməyə verilmiş bir şəxsin milyonluq layihələri necə həyata keçirdiyi də çox maraqlıdır.



Xəbərin oxunma sayı : 343




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap