Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Sosial / — 03 İyun 2026

    Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

Səhiyyə xidmətlərindən uzaq qalan kəndlər: Tibb məntəqələrinin olmamasına nə mane olur?

Tarix 15.08.24, 23:29

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın bir neçə kəndində tibb məntəqəsi yoxdur. Səhhətində qəfil problem yaranan, qan təzyiqi yüksələn, həşərat sancısından əziyyət çəkən və ya üstünə qaynar su dağılan kənd sakinləri ilkin tibbi yardım almaq üçün ya rayon mərkəzinə, ya da tibb məntəqəsi olan kəndə getməli olurlar. Bu isə həmişə mümkün olmur. Bəzən rayon mərkəzindən 30-50 kilometr uzaqda yaşayan xəstəni başqa yerə aparmaq üçün artıq çox gec olur.

Bəs kəndlərdə tibb məntəqələrinin olmamasının səbəbi nədir?

Ümumiyyətlə, bir kənddə tibb məntəqəsinin yaradılması üçün hansı şərtlər tələb olunur? Məntəqələrin olmaması nədən qaynaqlanır? Neçə kənddə tibb məntəqəsi yoxdur və yeni məntəqələrin açılması nəzərdə tutulurmu?

Bizim.Media bu suallara cavab tapmaq üçün Səhiyyə Nazirliyinə sorğu ünvanlayıb. Qurum bildirib ki, tibb məntəqələri müraciətlər əsasında aparılan monitorinqlərin nəticəsinə əsasən yaradılır.

"Səhiyyə Nazirliyinə respublika ərazisində hər hansı bir tibb məntəqəsinin tikintisi və ya əsaslı təmiri ilə bağlı müraciət daxil olduqda, nazirlik prosedurlara uyğun olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu göndərir. Sonra, həmin qurumun mütəxəssisləri ərazidə monitorinq aparırlar.

Monitorinqin nəticəsinə əsasən, müəssisənin inşası və ya əsaslı təmiri məqsədəuyğun hesab edilərsə, bununla bağlı Səhiyyə Nazirliyinə müvafiq rəy təqdim olunur. Göndərilən rəyə əsasən, Səhiyyə Nazirliyi tərəfindən tibb müəssisəsinin İnvestisiya Planına salınması üçün aidiyyəti üzrə müraciət edilir. Maliyyə vəsaiti ayrıldıqda isə müəssisənin inşası və ya əsaslı təmiri həyata keçirilir".




Xəbərin oxunma sayı : 823




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap