“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

Sel və daşqın gözlənilir - Əhaliyə çağırış edildi

Tarix 15.06.24, 14:03

Font ölçüsü : - / +
bitmap-img6


Son günlər dağlıq və dağətəyi rayonlarda yağan intensiv yağışlar nəticəsində Böyük Qafqaz, Kiçik Qafqaz, Qarabağ və Şərqi Zəngəzur ərazisindən axan çaylarda sululuq artıb.

AzFakt.com xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətının Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev bildirib.

O qeyd edib kı, yağan intensiv xarakterli leysan yağışlar nəticəsində iyunun 14-də Şəki rayonu ərazisindən axan Damarçınçaydan, Xızı rayonu ərazisindən axan Ataçaydan, Şabran rayonu ərazisindən axan Gilgilçaydan, İsmayıllı rayonu ərazisindən axan Göyçaydan, Ağsu rayonu ərazisindən axan Ağsuçaydan, iyunun 15-də gecə isə Şamaxı və Qobustan rayonları ərazisindən axan Pirsaatçaydan sel keçib.

"Ölkə ərazisində gözlənilən qeyri-sabit, yağıntılı hava şəraiti iyunun 17-si axşamadək davam edəcək”.

Asif Verdiyev sel təhlükəsi olan Balakən-Şəki, Quba-Qusar, Qazax-Gəncə, Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur ərazisindən axan çaylarda baş verə biləcək sel və daşqınla əlaqədar həmin ərazilərdə çayların sahilində yaşayan və orada istirahət edən vətəndaşlara diqqətli olmaları üçün çağırış edib.

O vətəndaşlardan mümkün qədər çayların sahilindən uzaqda eyni zamanda, təhlükəsiz yerlərdə durmalarını, sel hadisəsi zamanı çayların yaxınlığında dayanıb prosesi izləməmələrini tövsiyə edib:

"Nəzərə almaq lazımdır ki, bu, çox təhlükəlidir. Axının istiqamətinin hər an dəyişə biləcəyi heç kimə məlum deyil. Sel hadisəsi başlayan kimi dərhal həmin ərazi tərk edilməlidir”.



Xəbərin oxunma sayı : 901




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap