![]() |
|














Sənaye ilə təhsilin “yarımçıq münasibəti“: İlk addımı kim atacaq?
Tarix 26.05.25, 12:04 |
|

Müasir dövrdə ali təhsil müəssisələrinin yalnız bilik verən deyil, həm də innovasiya yaradan və sənaye ilə əməkdaşlıq edən strukturlara çevrilməsi vacib şərtlərdən sayılır. Lakin Azərbaycanda bu sahədə ciddi boşluqlar var və bu məsələ universitetlərin yaralı yerinə çevrilib.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov Bakıda keçirilən II Beynəlxalq Aqrar İnnovasiya Forumunda deyib ki, 2024-cü il ərzində universitetin sənaye sahəsindən əldə etdiyi gəlir ümumi gəlirin cəmi 6%-ni təşkil edib. Rektor həmçinin qeyd edib ki, bu, olduqca aşağı göstəricidir və universitet-sənaye əməkdaşlığının zəifliyini göstərir.
Universitet-sənaye əməkdaşlığının zəif olması təkcə təhsil sahəsinə deyil, ölkənin iqtisadi və texnoloji inkişafına da təsir göstərən amillərdəndir.
AzFakt.com"Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:
Güvən və koordinasiya problemi
Maraqlıdır, hazırda universitet-sənaye əməkdaşlığının inkişafına mane olan faktorlar nələrdir? Azərbaycan universitetləri sənaye sahəsindən əldə etdikləri gəlirləri artıra bilərmi?
Rüfət Əzizovun fikrincə, əməkdaşlığın zəif olmasının əsas səbəbi, sənayenin universitetlərə inanmaması, bu sahədə qarşılıqlı güvən probleminin olmasıdır. İkinci əsas problem isə koordinasiya çatışmazlığıdır. Yəni, sənaye nümayəndələri universitetlərin hansı imkanlara və resurslara malik olduğunu yetərincə bilmirlər.
"Bu sahədə yetərincə təcrübəmiz yoxdur"
Ali təhsil məsələləri üzrə ekspert pedaqogika üzrə fəlsəfə doktoru Vüsal Kərimli bildirib ki, universitetlərin sənaye və yaxud da iş dünyası ilə əlaqələri çox aşağı səviyyədədir. Bunun da müəyyən subyektiv və obyektiv səbəbləri var:
"Əsas səbəblərdən biri, təhsil sistemimizin sənaye ilə inteqrasiya olunmuş dünya təhsil modelinə keçidinin hələ tam baş verməməsidir. Bu keçid kifayət qədər mürəkkəb və zaman tələb edən prosesdir. Nəzərə almaq lazımdır ki, biz uzun illər Sovet İttifaqı sistemində yaşamış bir ölkəyik. O dövrdə universitetlərlə sənaye arasında sıx əməkdaşlıq modeli mövcud deyildi. Təhsil proqramları mərkəzdən planlaşdırılır və əmək bazarının real tələbləri ilə uyğunlaşdırılmırdı. Bu səbəbdən də ölkəmizdə sənaye-təhsil əməkdaşlığı sahəsində yetərli təcrübə formalaşmayıb. Ümumiyyətlə, ölkə olaraq elmi nəticələrin kommersiyalaşdırılması istiqamətində ciddi addımlar ata bilməmişik. Beynəlxalq Əqli Mülkiyyət Təşkilatında qeydiyyatdan keçmiş patentlərimizin sayı da qənaətbəxş deyil. Bu isə birbaşa sənayeləşməyə təsir edən əsas amillərdəndir".
"İnkişaf müşahidə olunur"
Mütəxəssis son illər bu sahədə müsbət dəyişikliklərin olduğunu vurğulayır: "Azərbaycan universitetləri üçün 2028-ci ilə qədər beynəlxalq reytinqlərdə - xüsusilə TOP800-də yer almaq kimi strateji hədəflər müəyyən edilib. Bu isə universitetləri daha rəqabətqabiliyyətli və əmək bazarına uyğun kadr hazırlığına yönəldir. Müasir dövrün əsas tələblərindən biri əmək bazarına uyğun ixtisaslı kadrların hazırlanmasıdır. Bu məqsədə çatmağın ən effektiv yollarından biri isə universitetlərlə sənaye sektoru arasında davamlı əməkdaşlıq əlaqələrinin qurulmasıdır. Universitetlər bu əməkdaşlıq sayəsində həm təhsil proqramlarını təkmilləşdirə, həm də tələbələrə real iş təcrübəsi qazandıraraq onların peşəkar inkişafına töhfə verə bilər".
"Azı 20-30 il vaxt lazım olacaq"
V.Kərimlinin sözlərinə görə, bu, sadə və tez başa gələn proses deyil. Bu tendensiyanın dəyişməsi üçün azı 20-30 il vaxt lazım olacaq. Təhsil modeli və sənaye ilə əməkdaşlıq bir göstərişlə və ya fərmanla qurula biləcək mexanizm deyil: "Bu istiqamətdə ciddi sistemli islahatlar həyata keçirilməlidir. Hazırda Azərbaycanın bir sıra ali təhsil müəssisələri publik hüquqi şəxs statusuna malikdir. Bu isə o deməkdir ki, onlar həm də xidmət təklif edə, sənayeyə birbaşa çıxış imkanları əldə edə bilərlər. Universitetlər öz texnoparklarını beynəlxalq praktikaya uyğun şəkildə yenidən qurmalı və işlək modellər tətbiq etməlidirlər".
"Əməkdaşlıqda hər iki tərəf maraqlı olmalıdır"
Təhsil eksperti Adil Vəliyev deyir ki, Azərbaycanda universitetlərlə sənaye arasında əməkdaşlıq çox vaxt formal xarakter daşıyır: "Əməkdaşlıq adı altında adətən yalnız sponsorluq və tədbirlərin birlikdə təşkili nəzərdə tutulur. Universitetlər müəyyən forum və tədbirləri tərəfdaş müəssisələrin sponsorluğu ilə keçirməyə üstünlük verirlər. Halbuki, bu əməkdaşlıqda hər iki tərəfin maraqlı olması vacibdir. Universitetlər üçün əsas məqsəd tələbələrinin işlə təmin olunması və təqaüd proqramlarından yararlanmaq imkanlarını genişləndirmək olmalıdır. Eyni zamanda, müəssisələr də universitetlərlə birgə konkret proqram və layihələr həyata keçirməlidir ki, bu əməkdaşlıq gələcəkdə ixtisaslı kadr təminatına töhfə versin".
Mütəxəssisin sözlərinə görə, əsas problemlərdən biri isə əmək bazarının tələbləri ilə universitet tədris proqramları arasında uyğunluğun olmamasıdır: "Müşahidələr göstərir ki, bu uyğunsuzluq hələ də qalır. Digər tərəfdən, universitetlərdə elmi-tədqiqat potensialı zəifdir. Tədqiqatlar əsasən laboratoriya və yeni formalaşmaqda olan texnoparklar çərçivəsində aparılır. Bir çox universitetlərdə bu sistemlər hələ yenicə qurulur. Düşünürəm ki, sənaye müəssisələri texnoparkların yaradılması, infrastrukturun gücləndirilməsi və tədris proqramlarının əmək bazarına uyğunlaşdırılması üçün universitetlərə dəstək göstərməlidir".
Əməkdaşlığın möhkəmləndirilməsini istəyiriksə...
A.Vəliyev vurğulayır ki, əgər universitet və sənaye arasında əməkdaşlığın möhkəmləndirilməsini istəyiriksə, bu prosesdə hər iki tərəf aktiv iştirak etməlidir: "Həm universitet rəhbərliyi, həm də sənaye müəssisələrinin rəhbərləri qarşılıqlı ehtiyacları dərindən bilməli və əməkdaşlıq təkliflərini obyektiv şəkildə dəyərləndirməlidirlər. Yalnız bu halda biri digərinin tələblərinə cavab verə bilər".
Xəbərin oxunma sayı : 445
Sosial
Xəbərlər
-
Qurban bayramında milyonlar qazanacaqlar - SİYAHI
-
“Akkord“ yaşayış kompleksində nə baş verir? -VİDEO
-
Daha bir məktəbdə pul yığıldığı iddia olunur - VİDEO
-
Minifutbol üzrə dünya çempionatı: 1/4 finalın bütün cütləri müəyyənləşdi
-
Əliyev, Ərdoğan və Şərif Laçını gəzdilər... - FOTOLAR
-
BMT-nin Baş katibi İlham Əliyevi təbrik edib - MƏTN
-
“Onu Balaxanının Eskobarı kimi tanıyırlar” - Narkotik işində maraqlı ifadə
-
“Azərbaycanla əlaqələrimizi yüksək qiymətləndiririk” - Tramp
-
Ərdoğanın Azərbaycana səfəri başa çatdı - FOTO
-
“İnsanlar məni görməzdən gəliblər” - Mahir Emreli
-
DTX-dən Müstəqillik Günü ilə bağlı paylaşım - VİDEO
-
“Biz Putinlə üçtərəfli görüşlərə hazırıq“ - Zelenski
-
Apreldə nağdsız ödənişlərin həcmi 9,3 milyard manatı ötüb
-
Tramp İlham Əliyevi təbrik etdi - Müstəqillik Günü münasibətilə
-
“ƏDV geri al“ kuryerə “stop“ dedi: Aylıq qazanc vurulan məbləği niyə məhdudlaşdırır?
-
“Pakistan düşmənə qalib gəlməyə müvəffəq oldu“ - Şahbaz Şərif
-
Araz Musayev vurulmazdan öncə bu vəzifəli şəxsi ittiham edib - “Üstümə adamlar yollayıb“
-
Ərdoğan Laçında Səməd Vurğunun Azərbaycan“ şeirini oxudu - VİDEO
-
“Tramp Rusiya-Ukrayna münaqişəsi barədə kifayət qədər məlumatlandırılmır“ - Kreml
-
Federasiya prezidenti Araz Musayev Türkiyədə güllələndi - VİDEO
-
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması böyük tarixi hadisə idi“ - Prezident
-
“Rusiya ilə Ukrayna arasında danışıqların yeni raundu tezliklə elan olunacaq” - Lavrov
-
“Ankara, Bakı və İslamabad arasında həmrəylik seçim məsələsi deyil“ - Ərdoğan
-
Laçında Müstəqillik Günü qeyd olunur - Liderlərin iştirakı ilə
-
Minifutbol üzrə dünya çempionat: 1/8 final mərhələsinə yekun vurulacaq
-
“Azərbaycan, Türkiyə və Pakistan hər zaman suverenlik və ədalətin tərəfində olublar“ - İlham Əliyev
-
Sahil Babayev Elvin Hacıyevə yüksək vəzifə verdi - FOTO
-
“Pakistanın bəxti gətirib ki, Türkiyə və Azərbaycan kimi səmimi qardaşları var“ - Şahbaz Şərif
-
Laçında Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Zirvə görüşü keçirildi - FOTOLAR
-
Avropa İttifaqı su böhranı ilə üz-üzə: 2030-a qədər istehlak 10% azaldılacaq
-
“Putin Qərbdən yazılı təminat istəyir” - “Reuters”
-
Mourinyo “Fənərbağça“dan gedir? - özü açıqladı
-
Azərbaycan və Türkiyə prezidentləri təkbətək görüşüb - Laçında
-
“Füzulidən sonra Laçında hava limanının açılması böyük addımdır“ - Ərdoğan
-
Hikmət Hacıyev rəsmi X hesabında Laçından görüntülər paylaşdı - VİDEO
-
Prezidentlər Kəlbəcər-Laçın avtomobil yolunda - FOTOLAR
-
Bakıda 30 dərəcə isti olacaq - Sabahın havası
-
Canlı oxuya bilməyən müğənniyə 70-80 min manatı kim verib? - VİDEO
-
“Avrasiya qitəsini sülh və sabitlik məkanına çevirmək vacibdir“ - Putin
-
Beyləqanda asfaltlanma işləri davam etdirilir - Fotolar
-
Kanada “Qızıl günbəz”ə görə ABŞ-nin 51-ci ştatı ola bilər - TRAMP
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir - CANLI YAYIM
-
Türkiyə Prezidenti Laçında belə qarşılandı - FOTO/VİDEO
-
Xəzər dənizində suitilərin kütləvi ölümünə səbəb nədir? - VİDEO
-
Azərbaycanda yeni meyvə və tərəvəzlər yetişdirilir: Bu fermerlərə 15 min ayrılacaq
-
Sabah bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ
-
Putin sülhdə maraqlı deyil, uzunmüddətli müharibəyə hazırlaşmaq lazımdır - Fridrix Merts
-
Mehriban Əliyeva Müstəqillik Günü münasibətilə paylaşım etdi - FOTO
-
Bakıda bu evlərin sahiblərinə kompensasiya ödənildi - VİDEO
-
Sosial şəbəkələrdə 500-700 manata təklif edilən donorluğun bu növü qanunidir? - VİDEO
-
Prezidentdən Müstəqillik Günü ilə bağlı paylaşım - FOTO
-
Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur
-
Dünyanın ən yüksək maaş alan məşqçiləri açıqlandı - Siyahı
-
“Laçında İlham Əliyevlə görüşməkdən şərəf duydum” - Şahbaz Şərif
-
“Avropanın Ukraynaya silah məhdudiyyətlərini aradan qaldırması eskalasiyadır“ - Kreml
-
Sertifikasiya ilə bağlı dəyişiklik olacaq - Nazirlik rəsmisi açıqladı
-
Deputatlar bu tarixdə toplanır: 10 məsələ müzakirə olunacaq
-
Prezident Şahbaz Şəriflə Laçında nahar masasında - FOTOLAR+VİDEO
-
Sabiq icra başçısının müsadirə olunmuş əmlakı ilə bağlı qərar - Təmin edilmədi
-
“Dövlət sifarişi ilə həyata keçirilən işlərin maya dəyəri əsassız surətdə şişirdilir“ - Palata
-
Müsabiqədə yüksək nəticə qazanmaq üçün 8000 manat verdi - Dələduzluqla üzləşdi
-
FHN-dən ticarət müəssisələrinin rəhbərlərinə çağırış - VİDEO
-
Prezident Laçın şəhərində uşaqlarla bir arada - FOTOLAR
-
“Müharibə gözləniləndən çox sürəcək” - Merts Rusiyanı ittiham etdi
-
Xala oğlu, yeznə və... - DSMF-dəki təyinatlarla bağlı şok iddia yayıldı, qurum isə...
-
İvanişviliyə 800 milyon dollar ödəməlidir - Azərbaycanla sərhəddə saxlanıldı
-
Prezident Bəylik kəndinə köçən sakinlərlə görüşdü - FOTOLAR
-
Azərbaycanda bir günə rekord evlilik - 25.05.2025
-
Dollar neçəyə olacaq? - İki günlük məzənnə açıqlandı
-
Prezident “Laçın” İstirahət Kompleksinin açılışında - FOTOLAR
-
Azərbaycana benzin idxalı artıb - Nazir səbəbini açıqladı
-
Laçın kanat yolunun təməli qoyuldu - FOTOLAR
-
Sahib Məmmədovun özünəməxsus kadr oyunları... - AHİK-də nələr baş verir?
-
Azərbaycanda iki məşhur milyonluq şirkət birləşir - Təfərrüat
-
Prezident Bəylik kəndinin açılışında - FOTOLAR
-
Şahbaz Şərif Laçında belə qarşılandı - FOTOLAR
-
Elgünün ölümündən 15 gün keçdi - Sirr pərdəsi açılacaqmı?
-
Vladimir Putin Prezident İlham Əliyevi təbrik edib - Müstəqillik Günü münasibətilə
-
“Tikinti şirkəti paraatlet Elmir Cəbrayılovu aldadıb“ - Baş Prokurorluq
-
Prezident İlham Əliyev Laçına getdi - Fotolar
-
Ötən il nə qədər gəlir və xərcimiz olub? - Büdcə
-
Sabah daha bir tarixi açılış olacaq - Onlar da gəlir
-
“Azər-Türk Bank” dörd ildir ki, büdcəyə dividend ödəməkdən yayınır - Nə baş verir?
-
Unikal məzmunun yalnız 25%-i tərcümə materialı ola bilər - Müsabiqədə yeni tələb
-
Bu restoranlarla bağlı tədbir görüləcək - Xəbərdarlıq edildi
-
“Netanyahu və Tramp arasında gərginlik yaşanıb“ - KİV
-
“Ülviyyə İlyasova, sən qanundan üstünsən“ - Qənirə Ataşova
-
Rayonlarda leysan olacaq, dolu düşəcək - Xəbərdarlıq
-
Trampla 1,7 milyonluq şam yeməyi... - Qonaqlar məyus oldu
-
Pirşağı çimərliyində suiti cəsədləri aşkarlandı - Fotolar
-
Ucarda 21 ton yük daşıyan avtomobil yandı - VİDEO
-
“Rusiyada kartof və bir sıra digər tərəvəz qıtlığı var” - Putin
-
Nazirlik əməkdaşı həmkəndlisini ölümcül döydü, həbs edildi
-
“İran nüvə proqramı ilə bağlı güzəştə hazırdır“ - Baqai
-
Qəbələyə çəkilən yeni yoldan - FOTOLAR
-
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir - WSJ
-
Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salındı - FOTOLAR
-
Müstəqil, qalib Azərbaycan hər kəsin qürur mənbəyidir
-
Xalqın milli-vətənpərvərlik ruhunun alovlanmasına təkan verən gün
-
İnstaqramda kimlər nələr paylaşdı? - FOTOLAR
-
“Qızıl buts“ mükafatının qalibi bilindi - Salah 3-cü oldu
-
Bakıda uşaqlar binanın damında velosiped sürür - VİDEO
-
Makron arvadının ona şillə vurmasından danışdı - VİDEO
-
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 107 ili tamam olur
-
Rusiya səfiri Finlandiya XİN-ə çağırıldı - Hava məkanın pozulmasına görə
-
Evlərə bu üsulla daxil olub dələduzluq edən şəxs saxlanıldı - VİDEO
-
“Bizi uşaqlara göstərib deyirdilər ki, düşmənlərinizdir” - Məhkəmə
-
Müdir müavini Pərvin Ağasiyev “Hunday” ilə piyadanı vurdu - Video
-
“Türkiyə Azərbaycanın əldə etdiyi nailiyyətlərdən qürur duyur“ - Ərdoğan
-
Bakının bu rayonda su kəsiləcək - XƏBƏRDARLIQ
-
Dünya çempionatı: Qazaxıstan ABŞ millisini məğlub etdi
-
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 107 ili tamam olur
-
İran İsrailə xəbərdarlıq edib - Cavab verməyə hazırıq
-
Nərimanovda obyektdə yanğın - VİDEO
-
Bu lisey və gimnaziyalara qəbul başlayır - SİYAHI
-
Ərdoğan İlham Əliyevi təbrik etdi - Müstəqillik Günü münasibətilə
-
Yol polisini təhdid edən sürücü həbs olundu - Anbaan video
-
Paytaxtın bu ərazisində qaz olmayacaq - Xəbərdarlıq
-
Gəlin qayının qızıllarını oğurlayaraq, atasına satdırdı - Məhkəmə
-
Əsgərin ölməsi faktı üzrə cinayət işi başlandı - RƏSMİ
TOP 10
ARXİV