“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Sosial şəbəkələrdə dərman tövsiyə edənləri bu cəza gözləyir - VİDEO

Tarix 16.07.25, 13:14

Font ölçüsü : - / +
bitmap-img6


Bəzi əczaçılar sosial şəbəkələr vasitəsilə vətəndaşlara dərman tövsiyəsi edirlər.

AzFak.com Xəzər TV-yə istinadən bildirir ki, xüsusilə "Tiktok" sosial şəbəkəsi vasitəsilə həm canlı yayımlar açaraq, həm də videolar paylaşaraq vətəndaşlara dərman tövsiyəsi edən əczaçı səhifələrinin sayı kifayət qədərdir. Bəs əczaçılarn xəstəni müayinə etmədən, analiz nəticələrini görmədən dərman məsləhət görməsi nə dərəcədə doğrudur?

Elə bəzi satıcıların özləri də bildirirlər ki, əczaçılar həkim deyillər. Onlar xəstəni müayinə etmədən, analiz nəticələrini görmədən dərman məsləhət görürlərsə, bu ciddi tibbi və etik qayda pozuntusudur.

Tibb üzrə elmlər doktoru Adil Qeybulla bildirir ki, hər kəsin bədəni və sağlamlıq vəziyyəti fərqlidir. Sosial şəbəkədə verilən tövsiyə onların vəziyyətinə uyğun olmaya bilər. Eyni zamanda yan təsirlərə və ya dərman qarşılıqlı təsirlərinə məruz qala bilərlər.

Səhiyyə Nazirliyi yanında Analitik Ekspertiza Mərkəzindən isə "Xəzər Xəbər"ə bildirilib ki, sosial şəbəkələrdə fərdi şəxslərin - hətta əczaçı olsalar belə - canlı yayım vasitəsilə dərman vasitələri tövsiyə etməsi və ya reklam etməsi qanunla qadağandır və yol verilən hal deyil.

"Dərman vasitələri yalnız həkim təyinatı əsasında istifadə olunmalıdır, özbaşına qəbuldan və sosial şəbəkələr vasitəsilə əldə edilən tövsiyələrdən çəkinmək lazımdır. Əgər resptlə satılan dərmanlar bu şəkildə reklam edilirsə, o zaman həmin şəxslərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilir", -deyə qurumdan bildirilib.

Daha ətraflı videomaterialı təqdim edirik.






Xəbərin oxunma sayı : 292




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap