“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Türk astronavt yerə qayıtdı - Hansı mühüm təcrübələri öyrəndi? (VİDEO)

Tarix 10.02.24, 13:00

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyənin ilk astronavtı Alper Gezeravcı Yerə qayıdıb.

AzFakt.com xəbər verir ki, Gezeravcı və 3 astronavtı "SpaceX"-in Dragon kosmik gəmisi ilə orbitə çıxaran "Falcon-9" raketi yanvarın 19-u saat 00:49-da Florida ştatındakı Kennedy Kosmik Mərkəzindən uğurla buraxılmışdı. Bu, Türkiyə üçün tarixi bir an idi, ilk dəfə bir türk astronavtı kosmosa gedirdi. Qeyd edək ki, Dragon kosmik gəmisi təxminən 36 saat davam edən kosmos səyahətindən sonra yanvarın 20-də saat 13:40-da Beynəlxalq Kosmik Stansiyaya yaxınlaşıb.

Alper Gezeravcı Beynəlxalq Kosmik Stansiyada öz cədvəlinə uyğun olaraq 13 təcrübə həyata keçirib. Bu təcrübələr arasında - MYELOID, MYOCA, UYNA, MESSAGE kimi əhəmiyyətli işlər var.  Məsələn, MYELOID təcrübəsi kosmosda qalma zamanı məruz qalınan kosmik radiasiya, qravitasiya dəyişiklikləri və digər çətin amillərin astronavtların immun sisteminə və qan təzyiqinə necə təsir etdiyini üzə çıxaran bir təcrübədir.

MIYOKA təcrübəsi kosmos və müdafiə sənayesinə qurğuşunsuz lehimləmə ilə bağlı kritik məlumat verəcək tapıntıların əldə edilməsinə xidmət edir. UYNA isə Türkiyənin kosmos, aviasiya və müdafiə sənayesi üçün yeni nəsil materialları inkişaf etdirmə qabiliyyətinə kömək edəcək mühüm bir təcrübədir. MESSAGE isə funksiyaları hələ kəşf edilməmiş genləri və onların cazibə qüvvəsi olmayan mühitdən təsirlənən immun sistemi ilə əlaqəsini araşdırır. Alper Gezeravcı bu təcrübələrin bir çoxunu uğurla həyata keçirib.

Kosmosda keçirdiyi 18 gün və 13 müvəffəqiyyətlə tamamlanan təcrübədən sonra bir neçə dəfə təxirə salınan Yerə dönüş dünən baş tutub.Axiom-3 (Ax-3) komandası Dragon kapsulu ilə Beynəlxalq Kosmik Stansiyadan (BKS) ayrılıb.Təxminən 48 saat davam edən səyahətdən sonra Axiom-3 komandası Yerə enib.



Xəbərin oxunma sayı : 589




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap