Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Oktyabr 2024

    Aygün Kazımova yeni görünüşü ilə heyrətləndirdi - VİDEO

  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir

Tarix 09.07.24, 8:00

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanın dünya dövlətləri ilə ikitərəfli, çoxtərəfli siyasi, iqtisadi, mədəni əlaqələri var. Bu əlaqələr dünyəvi, tolerant dövlətlərlə də, türkdilli dövlətlərlə də daha yüksək səviyyədədir. Azərbaycan işğalçı dövlətə qarşı siyasi mübarizə aparanda da, ərazilərini işğaldan azad etmək üçün ədalətli müharibəyə başlayanda da bu dövlətlər onun ədalətli mübarizəsini, sonda ədalətli müharibəsini dəstəklədi. Və Azərbaycan tarixi Zəfər qazandı.
     
Tarixi Zəfərdən sonra təşkil edilən bütün beynəlxalq tədbirlərdə də Azərbaycanın siyasi və hərbi uğurları ehtiramla xatırlanır.İyulun 6-da Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirildi. Bu görüş müxtəlif aspektləri ilə tarixləşdi. Görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında qeyd etdi ki, Türk Dövlətləri Təşkilatının ildə bir dəfə qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi Azərbaycanın təşəbbüsüdür. Həm də Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə səylər göstərmişdir.
     
Belə görüşlər müasirliklə gələcəyin vəhdəti kimi izlənilir; bu günün siyasi mənzərəsində sabahların siyasi proqnozu müəyyənləşdirilir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında qeyd etdi ki, "Türk Dövlətləri Təşkilatı dünya miqyasında güc mərkəzlərinin birinə çevrilməlidir. Türk dünyası böyük coğrafi məkanı əhatə edir, üzv ölkələrdə müsbət demoqrafik dinamika müşahidə olunur, hərbi potensial döyüş meydanlarında özünü dəfələrlə göstərmişdir. Zəngin təbii resurslar, onların nəqli üçün müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz limanları ilə birləşdirən nəqliyyat dəhlizləri, zəngin və qədim tarix, habelə mədəniyyət türk dünyasının böyük sərvətidir".
     
Son illərdə türk dövlətlərinin mənəvi birliyi istiqamətində müxtəlif səviyyəli görüşlər olub, tədbirlər keçirilib. Hər il Azərbaycanda noyabrin 8-nin Zəfər günü kimi qeyd olunduğunu xatırladan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında dedi: "2021-ci ildə Şuşa şəhəri "Azərbaycanın mədəniyyət paytaxtı" elan olunmuşdur. Qarabağ xanı Pənahəli xan tərəfindən Şuşanın təməlinin qoyulmasının 270-ci ildönümü ilə əlaqədar 2022-ci il Azərbaycanda "Şuşa İli" elan edilmişdir. TÜRKSOY tərəfindən Şuşa şəhəri 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı", ICESCO tərəfindən isə 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan olunmuşdur. Şuşa Bəyannaməsi də 2021-ci ildə məhz Şuşada imzalanmışdır". Həm də bildirdi ki, "İmzalanmış Qarabağ Bəyannaməsi, qəbul edilmiş qərarlar Türk dünyasının həmrəyliyini və eyni zamanda, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcəkdir". Bu kəlamlar da tarixi gerçəklik kimi dinlənildi...

Seyidrza Qubadov



Xəbərin oxunma sayı : 466




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap