“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Toyuma Kəmaləddin Heydərovu da dəvət etmişəm - Elçibəyin oğlu

Tarix 23.07.21, 19:26

Font ölçüsü : - / +
bitmap-img6


"Toyuma dəvət edilənlərin siyahısını özüm hazırlamışam, ancaq yaxın qohumları çağırmışam, kənardan heç kimi dəvət etməmişəm”.
 
Bunu Modern.az-a yaxın günlərdə toya hazırlaşan mərhum prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev deyib. O, qohumlarından əlavə olaraq, bir neçə yaxın dost-tanışını da toya dəvət etdiyini, onların bəzilərinin xaricdən gələcəyini söyləyib:
 
"Toyda cəbhəçilərdən heç kim olmayacaq, heç kimi çağırmamışam. Sadəcə yaxın dostlarımdan bir neçəsini dəvət etmişəm. Bu qərarı həm də pandemiyaya görə qəbul etdim. Qaydalara əsasən, qonaq sayı az olmalıdır. Bu səbəbdən toya çağırılacaq qonaq sayını artıra bilmirəm”.
 
Fövqəladə Hallar Nazirliyində çalışan Ərturqut Əliyev nazir Kəmaləddin Heydərovu da toyuna dəvət edib:
 
"Kəmaləddin müəllim tərəfindən dəvətimin necə qarşılandığını bilmirəm, dəvətnamə çatıb, yoxsa çatmayıb, heç onu da bilmirəm. Amma Kəmaləddin Heydərovun adına dəvətnamə yazmışam”.
 
Xatırladaq ki, Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev ailə həyatı qurur. Ötən gün Naxçıvanda qız toyu olub, iyulun 30-da isə Bakıda oğlan toyu baş tutacaq.
 
Ərturqut Əliyevin həyat yoldaşı Aytək Yusifli Elçibəyin qohumu və silahdaşı olmuş Mirhadi Yusiflinin qızıdır.



Xəbərin oxunma sayı : 514




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap