“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Uşaqlar üçün soyuqdəymə və qızdırma dərmanları pulsuz veriləcək? - RƏSMİ CAVAB

Tarix 10.01.25, 21:27

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda bu ildən ambulator şəraitdə resept əsasında istifadə olunan dərman vasitələri icbari tibbi sığorta hesabına qarşılanacaq.

Yeni proqram çərçivəsində təmin ediləcək dərmanların siyahısı ictimaiyyətə açıqlanacaq.

Bəs, siyahıda uşaqların qızdırma, soyuqdəymə və digər xəstəliklər üçün istifadə etdiyi dərmanlar yer alacaqmı?

Bu məqsədlə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə sorğu ünvalandıq. Qurumdan BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, ambulator şəraitdə resept əsasında istifadə olunan dərman vasitələrinin icbari tibbi sığorta hesabına qarşılanması ilə bağlı "Tibbi sığorta haqqında" Qanuna dəyişiklik Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə ötən ilin sonu təsdiq olunub:

"Qanunun tələbindən irəli gələn tapşırıqların icra edilməsinə, mexanizmlərin yaradılmasına yarım ilə yaxın vaxt tələb olunur. Belə ki, ambulatorda dərman təminatına bu ilin 2-ci yarısı başlanılması nəzərdə tutulub.

Ambulator şəraitdə resept əsasında istifadə olunan dərman vasitələrinin mərhələli qaydada icbari tibbi sığorta ilə qarşılanması nəzərdə tutulub. 2025-ci ildə ürək-damar sistemi xəstəlikləri, növbəti illərdə isə həzm və tənəffüs sistemi xəstəlikləri üçün dərman vasitələrinin sığortaya daxil edilməsi planlaşdırılır.

Yenilənən Xidmətlər Zərfində təminata alınan dərmanların əsas təsiredici maddəsi və dozası, yəni dərmanın tərkibi qeyd olunacaq. Buna əsasən icbari tibbi sığorta hesabına qarşılanan dərmanlarla bağlı pozitiv siyahı hazırlanacaq. Bu siyahıya yalnız ambulator şəraitdə həkim tərəfindən resept əsasında yazılan dərmanlar daxil ediləcək. Pozitiv siyahıda dərmanların brend adları və qiymətləri olacaq".



Xəbərin oxunma sayı : 940




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap