“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Un məhsullarının bahalaşması digər məhsulların da qiymətini qaldıracaq? - AÇIQLAMA

Tarix 09.08.22, 17:55

Font ölçüsü : - / +
bitmap-img6


“Buğdanın qiyməti may ayında özünün maksimum qiymətinə çatıb. Belə ki, mayda 1 ton buğda 403, iyunda 380, iyulda 334, avqustda isə 328 dollar qiymətində olub”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib.

Onun sözlərinə görə, qiymətlərdəki bu eniş hələ də davam edir. Buna görə də qiymət artımının olacağı məsələsi hələlik şübhə altındadır:

“Un və un məmulatları və digər ərzaq məhsullarında qiymət artımının olacağı ilə bağlı hazırkı vəziyyətdə fikir bildirmək mümkün deyil.

Digər ərzaq məhsullarının qiymətinə gəldikdə isə müəyyən faktorlardan asılı olaraq qiymətlərdə artımı müşahidə edə bilərik. Buna səbəb mövsümü bitmiş məhsullar, eyni zamanda artıq dünya ölkələrinin taxıl əkininə yer ayırmasıdır.

Həmçinin inflyasiyanın daha çox təsir etdiyi məhsullardan biri istifadə olunan qida yağlarıdır. Onlar inflyasiyaya həssas olan ərzaq məhsulları qrupuna daxildir. Çünki əkin sahələrinin azalması ilə digər ərzaq məhsullarının qiymətində artım gözlənilə bilər”, - deyə E.Əmirov qeyd edib.

Onun sözlərinə görə, mövcud vəziyyətdə qiymət artımı ilə bağlı yaranan narahatlıq müvəqqəti xarakter daşıyır.



Xəbərin oxunma sayı : 586




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap