“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Vergi Xidməti və Gömrük Komitəsi əməkdaşlarına müqavimət göstərilib - Üzərilərinə maşın sürülüb

Tarix 08.09.21, 20:44

Font ölçüsü : - / +
bitmap-img6


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komisətisinin əməkdaşları müqavimətlə rastlaşıb. Hər iki qurumun mətbuat xidmətlərindən verilən məlumata görə, üçüncü şəxslər üçün mallar idxal edən “Fabrolik Tikinti” MMC-də nəzarət tədbirləri keçirilib. Lakin birgə nəzarət tədbirlərinin davam etməsinə baxmayaraq, sentyabrın 4-də həmin müəssisəyə aidiyyəti (qanuni təmsilçi və ya etibarnamə üzrə nümayəndə) olmayan Bəhlulov Osman İlqar oğlu Bakı Baş Gömrük İdarəsinin “İpəkyolu” gömrük postunda malların gömrük ərazisindən çıxarılmasına cəhd edib. 

Bu zaman O.Bəhlulov gömrük və vergi orqanı əməkdaşlarının birgə nəzarət tədbirlərinin həyata keçirilməsinə mane olub, vergi və gömrük orqanının vəzifəli şəxslərini təhqir edib, nəqliyyat vasitəsini vergi və gömrük əməkdaşlarının üzərinə sürərək gömrük postunun qarşısını bağlayıb və digər nəqliyyat vasitələrinin çıxışına maneə yaradıb.

O.Bəhlulovun qanunsuz hərəkətləri hüquq-mühafizə orqanlarının iştirakı ilə rəsmiləşdirilərək Səbail rayon Məhkəməsinə göndərilib və sentyabrın 6-da məhkəmənin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsinə əsasən, barəsində 10 gün müddətinə inzibati həbs qərarı verilib.

Qeyd edək ki, O.Bəhlulov bundan əvvəl də çoxsayda müəssisənin adına rəsmiləşdirilmiş üçüncü şəxslərə məxsus malların heç bir təmsilçilik hüququ olmadan gömrük ərazisindən çıxarılmasına cəhdlər edib.

Məlumat üçün bildirilməlidir ki, “Fabrolik Tikinti” MMC-də keçirilmiş operativ vergi nəzarəti zamanı müəssisənin rəhbəri dəvət edilib, araşdırma zamanı MMC-yə məxsus təsərrüfat subyektinin formal olaraq qeydiyyata qoyulduğu, riskli (əmtəəsiz) əməliyyatlar aparıldığı müəyyən edilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi bildirir ki, mövcud qanunvericiliyə əsasən, idxal olunan malların üçüncü şəxslərə sənədsiz təhvil verilməsinə, saxlanılacağı təsərrüfat subyektlərinin düzgün göstərilməməsinə yol verilmir və bu kimi hallar qanunvericiliyin tələblərinin pozulmasına gətirir. “Kölgə iqtisadiyyatı”nın artmasına şərait yaradan belə halların qarşısının alınması istiqamətində aidiyyəti orqanların birgə fəaliyyəti bundan sonra da davam etdiriləcək.



Xəbərin oxunma sayı : 1222




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap