Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Videosu ilə gündəm olan qazi ilə bağlı rəzillik - FOTO və VİDEOFAKT

Tarix 06.06.21, 1:26

Font ölçüsü : - / +
bitmap-img6


"Baku TV”nin efirində yayımlanan və qısa zamanda izləyicilərin diqqətini çəkən, böyük marağa səbəb olan Birinci Qarabağ Müharibəsi qazisi Elnur Əfəndiyevin ailəsindən hazırlanan reportaj geniş rezonans yaradıb.

Sözügedən reportajdan sonra "Qafqazinfo” saytı Elnur Əfəndiyevin əslində müharibə iştirakçısı olmadığı, əlilliyinin başqa səbəbdən olması ilə bağlı material yayıb. Materialda yer alan iddialara görə, Elnur Əfəndiyev müharibə əlili adından istifadə edərək müxtəlif imtiyazlar əldə edib. Hətta bu iddiaları səsləndirən müəllif "Baku TV”ni məlumatları araşdırmadan yaymaqda və cəmiyyətdə yanlış fikir yaratmaqda ittiham edib.

Məsələ ilə bağlı Baku.TV "Qafqazinfo"-da dərc olunan materiala cavab yazısı ilə çıxış edib və sənədlər təqdim edib.

Cavab yazısında bildirilir:

"Maraqlıdır ki, kimisə araşdırmadan, dəqiq olmayan informasiya yaymaqda ittiham edən müəllif özü də iddialarını, hansısa səbəblərdən rəsmi sənədlər, dövlət qurumlarına verilən sorğuların cavablarına əsasən deyil, bir neçə şəxsin, qeyri-hökumət təşkilatının nümayəndələrinin açıqlaması əsasında qurub. Halbuki, "Qafqazinfo” saytı Müdafiə Nazirliyinə və Dövlət Sosial Müdafiə Fonduna sorğu verməklə məsələnin tam dəqiqliyi ilə mahiyyətinə vara bilərdi.

Görəsən, Vətən uğrunda gedən döyüşlərdə əlini, ayağını itirmiş bir şəxsin insanlar arasındakı etibarının da itirməsində kim, niyə maraqlı ola bilər ki?

Üstəlik, adətən sosial sferalı xəbərlər yazan və demək olar ki, heç vaxt araşdırma mövzulu yazıları ilə diqqət çəkməyən xəbərin müəllifinin birdən-birə, həm də həftənin şənbə günü hansısa həmkarının hazırladığı reportajı "araşdırması”, səhv çıxarmağa çalışması, həmkarını dəqiqləşdirilməmiş informasiya yaymaqda ittiham etməsi zərurəti nədən yaranıb? Bəlkə də bu, kiminsə sifarişidir? "

Qeyd edək ki,  Baku.Tv məsələ ilə bağlı araşdırma aparıb və dövlət portalında E.Əfəndiyevin Qarabağ Müharibəsi əlili kimi qeydiyyatda olduğu bəlli olub.

"Araşdırmalarımız onu göstərib ki, sözügedən şəxsin qazi olması haqqında heç bir şübhə yoxdur və müxtəlif şəxslər tərəfindən haqqında səsləndirilən iddialar tamamilə əsassızdır"- deyə cavab yazısında bildirilir.

Həmin araşdırma prosesi ilə bağlı videonu nəzərinizə çatdırırıq:

Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.
Açıklama yok.





Xəbərin oxunma sayı : 1249




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap