Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova
Axtar
 
  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

  • / Maqazin / — 01 Noyabr 2025

    “Heç kəs yaxşı əri başqa qadına verməz“ - Xuraman Şuşalı

  • / Maqazin / — 27 Oktyabr 2025

    Mənim həyat hekayəm onunkunu keçər - Günel Zeynalova

  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

Xətahim Cəfərov Firdovsi Əliyevlə “anlaşa“ biləcəkmi?

Tarix 05.12.23, 15:07

Font ölçüsü : - / +
bitmap-img6


Samux rayon Bələdiyyəsinin sədri Xətahim Cəfərovun vəziyyətinin gərgin olduğu deyilir.
 
Sabiq icra başçısı Alı Qocayevin Samuxa rəhbərlik etdiyi dönəmdə qılıncının dalı da, qabağı da kəsən bələdiyyə sədrinin yeni icra başçısı ilə isti münasibətlər yaratmağa çalışdığı bildirilir.
 
AzFakt.com saytının əldə etdiyi məlumata görə Alı Qocayevin dönəmində Samuxda obyektini təmir etdirmək, yeni obyekt tikmək istəyən hər bir sahibkarın Xətahim Cəfərovla anlaşmalıymış. Firdovsi Əliyev Samuxə icra başçısı təyin oldunduqdan sonra Xətahim Cəfərovun "bazarının" bağlandığı deyilir.
 
Məlumata görə Bələdiyyə sədri vəzifə səlahiyyətlərindən sui-istifadə edərək rayonda böyük yeyintilərə yol verib. Samuxun əvvəlki icra başçıları Vilyam Hacıyevin və Alı Qocayevin "sağ əli" olan Xətahim Cəfərov rayonda bir çox torpaq sahələrini, obyektləri öz qohum əqrabalarının adına keçirib.
 
Əldə etdiyimiz məlumata görə Xətahim Cəfərovun Kür çayının qırağında böyük torpaq sahələri, istixanaları var.
 
Onun Samuxun "İnstitut qəsəbə" tərəfdən olan girişində SSRİ dönəmindən qalmış böyük heyvandarlıq kompleksini də ələ keçirdiyi bildirilir.
 
Bakıda övladlarının adlarına bahalı mənzillər alan Xətahim Cəfərovun qohum-əqrabalarını vəzifələrə də yerləşdiridiyi vurğulanır.
 
Qeyd edək ki, Firdovsi Əliyev cari ilin oktyabr ayının 25-də Samux rayon İcra Hakimiyyətinə başçı təyin edilib.



Xəbərin oxunma sayı : 553




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap