“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Xətai rayonunda ağacların məhv edilməsi üçün “KREATİV ÜSUL” - FOTO

Tarix 25.05.23, 15:44

Font ölçüsü : - / +
bitmap-img6


Paytaxtın Xətai rayonunda ağacların kütləvi məhv edilməsi prosesi davam edir. Demək olar ki, rayon ərazisində hər gün bir ekoterror hadisəsinə şahidlik etmək məcburiyyətində qalırıq.

Bizim.media xəbər verir ki, yaşıllıqların və ağacların məhv edilməsində işbazlar son vaxtlar “innovativ” üsula əl atırlar. Bu innovasiyanın “özəlliyi” ondan ibarətdir ki, qocaman ağaclar bir gecədə məhv edilmir. Ağaclar “əzablı ölümə” məhkum olunur.

Belə ki, 30-40 illik ağaclar daş tikilinin altına salınır. Beləcə, ağacların suvarılmasının, aqrotexniki qulluğun göstərilməsinin və ən əsası havalanmasının qarşısı alınır. Nəticədə, qocaman ağaclar işbazlar tərəfindən yeni metodlarla məhv edilir.

Bu metoddan istifadə edən işbazlar bu dəfə Əhmədli massivində Məzahir Rüstəmov küçəsində, 7 saylı poliklinikanın yaxınlığında ticarət şəbəkəsini genişləndirərək ən azı 3 qocaman ağacın “ölüm hökmü”nü veriblər.
Faktla bağlı aidiyyəti qurumlara müraciət edilib.

Lakin Xətai rayonunda son zamanlar tendensiya halını alan durumla bağlı daha əvvəl də məsələ qaldırmışdıq. Buna rəğmən, hələ də lazımi tədbirlər görülməyib.





Xəbərin oxunma sayı : 505




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap