“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Xətai rayonunda mərkəzi küçənin səkiləri zəbt olundu - VİDEO

Tarix 11.01.25, 10:47

Font ölçüsü : - / +
bitmap-img6


Bakının Afiyəddin Cəlilov küçəsində səkilər zəbt olunub.

AzFakt.com-un Baku TV-yə istinadən məlumatına görə, ərazidə yaşayan sakinlər deyirlər ki, əvvəllər burada ağaclar var idi. Amma indi səki ilə yanaşı, ağaclar da ləğv olunub.

Sakinlər məcburiyyətdən maşın yoluna çıxdıqlarını bildiriblər: “Səki yoxdur, məcburən maşın yoluna çıxırıq. Onda da təhlükə ilə üzləşirik”.

Ərazidə çalışan ustalar isə deyir ki, piyada səkisi yenidən bərpa olunacaq.

Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 10 yanvar 2025-ci il tarixində sözügedən əraziyə baxış keçirilib: “Ərazidə səkinin zəbt edilərək avtomobil dayanacağına çevrilməsi faktı aşkarlanıb. Parklanma yerinin yaradılması qanunvericiliklə müəyyən edilən qaydada razılaşdırılmayıb. Baş İdarə tərəfindən işlər dayandırılaraq səkinin bərpası və ictimai ərazinin vətəndaşların istifadəsinə qaytarılması ilə əlaqədar aidiyyəti orqanlara müraciət ünvanlanıb, müvafiq göstərişlər verilib”.

Daha ətrafı süjetdə:







Xəbərin oxunma sayı : 895




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap