| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
XXI əsr türk dünyasının inkişaf əsri olacaq
Tarix 12.11.24, 14:00 |
|
Əsrlərə söykənən tarixi, qüdrəti, gücü, zəngin dövlətçilik ənənələri, sərkərdələri ilə seçilən türk dünyası daim sözünü haqqa, ədalətə söykənərək demiş, dünya sivilizasiyasına saysız-hesabsız töhfələr vermişdir. İkili standartların beynəlxalq hüquqa üstün gəldiyi, gücün söz sahibi olduğu, qütbləşmənin insanlara problemlər yaşatdığı müasir dövrümüzdə də türk birliyinin zəruriliyi özünü göstərir.
2009-cu ilin oktyabrında Naxçıvanda təməli qoyulan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının böyük inkişaf yolu keçərək Türk Dövlətləri Təşkilatının simasında geniş coğrafiyanı əhatə etməsi, dünya siyasətində mövqeyini möhkəmləndirməsi «Türkün türkdən başqa dostu yoxdur!» müdrik kəlamının ən çətin sınaqlarda özünü doğrultmasının təsdiqidir. Bu ilin iyul ayında Prezident İlham Əliyevin təşəbbüsü, təşkilata üzv dövlət başçılarının iştirakı ilə Şuşada keçirilən TDT-nin qeyri-rəsmi Zirvə görüşündə qeyd olundu ki, təşkilat artıq dünyanın gündəminə təsir göstərməyə qadir beynəlxalq güc mərkəzinə çevrilməkdədir. Avropa ölkəsi olan Macarıstandan başqa, Şimali Kipr Türk Respublikasının da Şuşada təşkil olunan Zəfər görüşündə təmsil olunması bunu deməyə tam əsas verir. Sammitdə qəbul olunan «Qarabağ Bəyannaməsi» göstərdi ki, TDT strateji tərəfdaşlığa sadiqlik prinispləri əsasında, yalnız yüksələn xətlə inkişaf edir. Türk dünyasının, bölgənin siyasi-iqtisadi mərkəzinə, aparıcı qüvvəsinə çevrilən təşkilatın mühüm tədbirlərinin ölkəmizdə, xüsusilə Qarabağda keçirilməsi göstərir ki, yaxın gələcəkdə Cənubi Qafqazın, türk dünyasının, İslam coğrafiyasının, Orta Dəhliz layihəsinin əsas tərəfdaşı olan Azərbaycan qardaşlıq bağlarının möhkəmlənməsinə daha mühüm töhfələr verəcək.
Danılmaz həqiqətdir ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, siyasi iradəsi sayəsində 44 günlük Vətən müharibəsində tarixi Zəfərimiz ölkəmizin bütün dünyada nüfuzunu artırıb, onu etibarlı tərəfdaşa, aparıcı regional və beynəlxalq aktora çevirib. Artıq Azərbaycanın bölgədə yaratdığı yeni reallıqlar dəstəklənir, ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin, beynəlxalq təşkilatların sayı durmadan artır. Vətən müharibəsində tarixi Zəfərimizdən sonra daha da möhkəmlənən türk dünyasına üzv dövlətlərin işğaldan azad edilmiş Azərbaycan torpaqlarında aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində fəallıq göstərməsi qardaşlıq münasibətlərinin ifadəsidir.
Azərbaycanın təşkilatın daha da güclənməsi naminə gördüyü işlər, irəli sürdüyü ideyalar və təşəbbüslər TDT-nin gələcək inkişaf trayektoriyasının əsasını təşkil edir. Türk coğrafiyasını əhatə edən Orta Dəhliz layihəsinə Azərbaycanın verdiyi töhfələr bütünlükdə türk dünyasının birlik və həmrəylik nümunəsidir. Statistika da bu reallığı təsdiqləyir. Dəhlizin trayektoriyası da onun 1 trilyon ABŞ dollarından çox ümumi daxili məhsula malik türk dövlətlərini birləşdirən bir layihə olduğunu deməyə tam əsas verir. Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb. Ölkəmiz Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona çatdırmaq vədinə sadiqdir. Ölkəmiz hazırda dəmir yolu daşımalarının həcminin ildə 15 milyon tona qədər artırılması üzərində işləyir, zərurət yaranarsa, bu rəqəm 30 milyon tona çatdırılacaq. Buradan da görünür ki, ölkəmiz Şərqdən Qərbə, yəni Mərkəzi Asiyadan Avropaya uzanan marşrutun səmərəliliyinin artırılması üzərində ciddi işləyir ki, bu da TDT-yə üzv dövlətlərin əksəriyyətinin yerləşdiyi coğrafiyadan onların yüklərinin Qərb istiqamətində daha qısa zamanda və daha ucuz çatdırılmasını təmin edir.
Noyabrın 6-da Qırğızıstanın Bişkek şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə qurumun qarşısında duran vəzifələr, dünya siyasətinin önəmli, aktual problemləri müzakirə edildi. Təşkilatın «Türk Dünyasını Gücləndirmək: İqtisadi İnteqrasiya, Davamlı İnkişaf, Rəqəmsal Gələcək və hamı üçün Təhlükəsizlikâ€Â» şüarı ilə keçirilən 11-ci Zirvə görüşü də beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Qırğızıstanın Bişkek şəhərində keçirilən Zirvə görüşündə təşkilatın qarşısında duran vəzifələr, dünya siyasətinin önəmli, aktual problemləri müzakirə edildi. Müxtəlif sahələri əhatə edən önəmli qərarlar qəbul edildi, sazişlər, təşkilata üzv və müşahidəçi dövlətlər arasında çoxtərəfli əməkdaşlığın əsas aspektləri nəzərdən keçirildi. Göründüyü kimi, dövlətlər arasında sıx əməkdaşlıq əlaqələrini və inteqrasiyanı daha da gücləndirməyi hədəfləyən Zirvə görüşü ən vacib məsələlərin müzakirəsi üçün növbəti platforma oldu. Bişkekdə Şuşa Sammitindən keçən dövrdə baş verən hadisələr geniş müzakirə olunmaqla perspektivlər müəyyənləşdirildi.
Qırğızıstanın paytaxtı Bişkekdəki görüşdəki çıxışında Azərbaycanın TDT-nin möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcəyini bildirən Prezident İlham Əliyev vurğuladı ki, hazırda dünyada artan riskləri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlıq böyük əhəmiyyət daşıyır. Bu baxımdan son dövrlərdə təşkilata üzv dövlətlərin hüquq-mühafizə və təhlükəsizlik orqanları arasında əməkdaşlığın daha da genişlənməsi, türk ölkələri silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlərin keçirilməsi, hərbi məktəblərdə qardaş ölkələrin müdavimlərinin təhsil alması üçün yaradılan şərait inamın, etimadın və dostluğun göstəricisidir.
Təşkilatın daha geniş mənada fəaliyyəti, önəmli problemlərin həlli üçün maliyyə yardımlarının əhəmiyyətini diqqətə çatdıran Prezident İlham Əliyevin «Türk Dövlətləri Təşkilatının mövcud büdcəsi qarşıya qoyduğumuz hədəflərin həyata keçirilməsi üçün yetərli deyildir. Ümid edirəm ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatının Katibliyinə 2 milyon və Ağsaqqallar Şurasına 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyi təşkilatın potensialının daha da güclənməsinə töhfə verəcək» sözləri böyük maraqla dinlənildi.
Qlobal enerji layihələrinin, türk coğrafiyası üçün önəmli olan Orta Dəhliz layihəsinin önəmini bir daha xatırladan Prezident İlham Əliyev «Şərq-Qərb nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisi üzrə daşımalar daha da artıb. Mərkəzi Asiya ölkələri ilə Türkiyəni Azərbaycan üzərindən bağlayan bu dəhlizin ötürmə qabiliyyətinin yüksəldilməsi üçün Azərbaycan öz sərmayələrini artırır» sözlərinə əlavə olaraq «Hazırda Orta Dəhlizin rəqəmsallaşdırılması və ticarətin asanlaşdırılması istiqamətində bir sıra layihələr icra olunur. Bu layihələr logistika səmərəliliyinin artırılmasına və xərclərin azaldılmasına təsir edəcək» söyləməsi təşkilatın qarşısında duran əsas məsələlərin mahiyyətini də açıqladı.
Bir neçə gündən sonra Azərbaycanda keçiriləcək COP29 iqlim konfransında TDT-yə üzv dövlətlərin iştirakı türk birliyinin sarsılmazlığının, beynəlxalq ictimaiyyətin ölkəmizə, türk dünyasına böyük hörmətin, inamın, etimadın ifadəsi olacaq.
Aysel Qurbanova
Xəbərin oxunma sayı : 550
Sosial
Xəbərlər
-
Tələbələrə 6 aylıq vaxt verildi - Bu halda ləğv ediləcək!
-
Azərbaycanda 100 məktəblə bağlı yeni qərar - Nələr nəzərdə tutulub?
-
Yeni Yasamalda narazılıq - Yaşıllıq və uşaq meydançasının yerində tikinti aparılır - VİDEO
-
Sabiq deputat işdən çıxarıldı - Milyonluq mülkləri ilə gündəm olmuşdu
-
“Azərbaycan tərəfi sözügedən sənədlərə qoşulmayıb” – Rəsmi Bakı
-
“Elə məsələlər var ki, açıqlaya bilmirəm” - Volodimir Zelenski
-
Təhsilə 5 milyard ayrılır: Hansı sahələrə yönəldiləcək?
-
Starlink-dən Ukraynaya yeni məhdudiyyət: İşğal olunmuş ərazilərdəki əməliyyatlar dayandı
-
Azərbaycanlıların qlobal gizli neft ticarəti şəbəkəsi: “Zulu Shipping” və İsmayıl Qasımov -VİDEO
-
Bağça müəllimlərinin sertifikasiya imtahanları başlayır - Tarix açıqlandı
-
Etibar Pirverdiyevin milyonları: 17 illik “AZƏRENERJİ” dövrünün qaranlıq sirləri açılır!
-
Nazirin icraçı direktor təyin etdiyi Nigar Kərimova kimdir? - Dosye
-
Deputatın oğlunun şirkəti eyni mənzilə görə iki ayrı ödəniş tələb edir? - FOTO
-
Vaxtı keçmiş mal satan mağazalar cərimələnəcək - 6 min manat
-
Mingəçevirdə parkda dava: Attraksion nəzarətçisi bıçaqlandı
-
Əhalinin nəzərinə: Bu şəxslərə pulsuz ərzaq veriləcək
-
“Britaniya-Azərbaycan münasibətləri daha da möhkəmlənib“ - Səfir
-
MİDA güzəştli mənzilləri satışa çıxarır - Qiymətlər açıqlandı
-
Kriminal şəbəkənin rəhbəri Azərbaycanda tutuldu - Türkiyə mediası
-
Bakıda dəmir yolu xəttinin bərpası üçün evlər və obyektlər sökülür - VİDEO
-
“TikTok“da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var
-
Avropanın iştirakı olmadan Ukrayna ilə bağlı razılığa gəlmək mümkün deyil - Kuşner
-
Prezident Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb - FOTOLAR
-
Bu gün instaqramda diqqət çəkənlər - FOTOLAR
-
“Millimizin futbolçuları hazırda...“ - Ayxan Abbasovdan oyun öncəsi açıqlaması
-
Xırdalanda sakinlərin istirahət yerində obyekt tikilir? - VİDEO
-
Bakıda avtobuslar üçün yeni mübadilə mərkəzi tikilir - VİDEO
-
Zelenski Avropaya xəbərdarlıq etdi: Rusiya və ABŞ nəyi müzakirə edir?
-
300 min manatlıq dələduzluq - Onlarla şikayətçi və həbs edilənlər var
-
Prezident Dublində onlarla görüşdü - FOTOLAR
-
Sükan arxasında ağıllı saat işlədənlər də cərimə olunsun - TƏKLİF
-
Ebola ilə mübarizə aparan 55 tibb işçisi həyatını itirib - Konqoda
-
Türkiyədə hərbi helikopter qəzaya uğradı - 4 nəfər həlak oldu
-
Dublində İlham Əliyevin Nikol Paşinyanla görüşü keçirildi - FOTO
-
Məşhur icra başçısının oğlu məhkəmədə DİNDİRİLDİ - Siqaret qaçaqmalçılarının İŞİ
-
Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək
-
Bakı təhsilinin şefinin rəfiqə və qohum şəbəkəsi - BŞTİ-dəa nə baş verir?!
-
“Nvidia” rəhbəri Yensen Huanq istefa verdi - Çin kəşfiyyatı qalmaqalına görə
-
Məhkəmə general qızı ilə bağlı qərar verdi - Ev dustaqlığına buraxıldı
-
Hakim ərini baltalayan qadını qəfəsdən çıxardı - BAKIDA
-
Azərbaycanda bu məhsullar bahalaşıb - Siyahı
-
Yüksək vəzifəyə təyin olunmuşdu - 23 gün sonra işsiz qaldı
-
Qarabağa görə KTMT-dən kömək istəməmişik! - İrəvan Moskvaya cavab verdi
-
ADSEA-da ikinci maaş iddiası: Zaur Mikayılov idarə rəislərinə əlavə 5000 manat paket verir?
-
“İranla razılaşmaya ehtiyacımız yoxdur” - Donald Tramp
-
Yükdaşıma sektorunda vergi qaydaları dəyişir - Yeni güzəşt təklif olunur
-
Bakıda Ağciyər İnstitutunun binası boşaldıldı - Personal çıxarıldı
-
ABŞ Ukrayna üçün “Starshield“in sürətini yenidən azaltdı - Zelenskidən etiraz
-
Sabiq komitə sədrinin otelini alan olmadı - Qiyməti 1,3 milyon endirildi
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Prezident İlham Əliyev Maya Sandu ilə görüşüb - FOTO
-
Teymur Musayevə yeni vəzifə verildi - Əsədov qərar imzaladı
-
Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirdi - Video
-
Prezident “Avropa Siyasi Birliyi”nin Zirvə Toplantısında iştirak edir - Fotolar
-
Bakının mərkəzində “yaşıl soyqırım“ - yenə Əsabil Qasımovun adı...
-
Matviyenko İrəvana xəbərdarlıq etdi: “KTMT-dən çıxarsa...“
-
İlham Əliyev Dublində Zelenski ilə görüşdü - FOTOLAR
-
Bu şəxslər üçün şad xəbər: Elektrik xərcinin yarısını dövlət ödəyəcək
-
Zabratda sənədsiz toyuq əti satan müəssisə bağlandı - Fotolar
-
İşlənmiş maşınlar ucuzlaşa bilər - yeni qaydalar gəlir
-
“Qaya” restoranı sahəsini qanunsuz artırdı - VİDEO
-
Son 76 ildə ömür uzunluğu hansı ölkədə nə qədər artıb? – Siyahı
-
Ardadan “Real”a rədd cavabı: 22 milyon maaşla bu kluba keçir
-
DİN və ETSN birgə əməliyyat keçirdi: 150 illik ağacları kəsən 6 nəfər tutuldu (VİDEO)
-
Keçmiş nazir aeroportda saxlanıldı – Korrupsiyada ittiham olunur
-
Mədəniyyət, idman və gənclər siyasətinə 643 milyon manat ayrılacaq - Xərclərin bölgüsü
-
Bakı Hərbi Məhkəməsində səs-küylü iş - 7 nəfər hakim qarşısında
-
“Putin NATO”su belə güclənməyə qərar verdi - yeni hərbi plan
-
Tanışının övladını həbsdən azad edəcəyi vədi verdi, özü həbsdə qaldı - TƏFƏRRÜAT
-
Məmməd Musayevin qardaşı oğlu şirkətinin əmlakını satır - DETALLAR
-
Sankt-Peterburqda avtomobil partladıldı - Hərbçi həlak oldu
-
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - FOTO
-
Kartof sahələrində xəstəliklərin əsas səbəbi dərmanların təsirsiz olmasıdır? - VİDEO
-
Azərbaycanda ən çox və ən az maaş verilən sahələr - Statistika
-
Bakıda vətəndaşların mənzilləri bir neçə dəfə satışa necə çıxarılıb? - VİDEO
-
İran ayda 50 ballistik raket istehsal edə bilər - “Bloomberg“
-
Pekindən Vaşinqtona mühüm zəng: Çin ABŞ-la nələri müzakirə etmək istəyir?
-
Millətlər Liqasında V tur başlayır: Türkiyə Belçika, İtaliya Fransaya qarşı
-
General Natiq Əliyevin qızı saxlanıldı - Dələduzluğa görə
-
Sabiq vəzifəli şəxs restoranda dava saldı: Xəsarət alan var
-
Avtomobil icarəsi ilə məşğul olan şəxslərə xəbərdarlıq - VİDEO
-
“Rusiya ilə ilin sonunadək razılaşma əldə etmək mümkündür“ - Zelenski
-
Mehriban Əliyevadan Konstitusiya Günü paylaşımı - FOTO
-
12 noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günüdür
-
Tehran şərtlərini irəli sürüb, indi növbə Vaşinqtondadır - Qalibaf
-
Bakıda yeni söküntüyə görə 4000 manatdan kompensasiya verilir - VİDEO
-
“İrəvandakı Göy məsciddə şou düzənlədilər“ - QMİ-dən sərt etiraz
-
Prezidentin sosial şəbəkə hesablarında COP31-lə bağlı paylaşım edildi - VİDEO
-
Azərbaycan bank sektorunu silkələyən sensasion faktlar - Rauf Kazımovun offşor izi
-
KTMT-də Ermənistan bağlı qərar verildi - Bu hüquqdan məhrum edildi
-
Bakıda istilik mövsümü başlayır - Bu halda ödəniş etməyə bilərsiz!
-
“AzParking”dən sürücülərə xəbərdarlıq: “Digərləri etibarsızdır”
-
Mehriban Əliyeva ilə Əminə Ərdoğan bir arada - FOTOLAR
-
Prezident və xanımının Türkiyəyə səfəri başa çatdı - FOTOLAR
-
Azərbaycanda əməkhaqqı 30 qəpik azalıb - Rəsmi məlumat
-
Prezident xanımı ilə Liderlər Sammitində - FOTOLAR
-
Törətdiyi qəzada dostunun nişanlısı həlak olmuşdu - Həbs edildi
-
Dövlət Yol Polisinin adından fişinq hücumları var - XƏBƏRDARLIQ
-
Fərhad Qaraşov yenidən sədr seçildi - İdarə Heyətinin üzvləri onlar oldu
-
“Vətəndaşın haqqı ödənilməlidir“ - Nazirdən bələdiyyələrə irad
-
Hərraca çıxarılan villaların sahibi kimdir? - Bakıda partlayış, Moskvada ermənilərlə ortaqlıq…
-
“Xəstəxanada üç dəfə qıcolma tutdu, əlillik təyin edilmir” - Rəsmi açıqlama
-
İlham Əliyevi Ərdoğan və Quterreş qarşılayıb - VİDEO
-
Şəxsi təsərrüfatdan əldə edilən süd və yumurtadan da vergi alınacaq? - Video
-
Müğənni Dənizin qazinin haqqına göz dikən əlillik alveri – MƏHKƏMƏ İŞİ
-
Saatlıq əməkhaqqı aylıq maaşdakı tarifdən - Yüksək müəyyən ediləcək
-
Ulu Öndər Heydər Əliyevin xalq qarşısında tarixi xidmətlərindən biri - Azərbaycan Respublikasının Konstitusiyası
-
Bayrağımız Azərbaycan dövlətinin suverenliyinin rəmzidir
-
Üçrəngli bayrağımız milli qürur hissimizin ən uca zirvəsidir
-
Konstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqindən qürur duyuruq!
-
Prezident və birinci xanım Türkiyəyə səfərə yollandı - FOTOLAR
-
Mesut Özil Ukraynanın “qara siyahı”sına düşdü - SƏBƏB
-
Sabiq Baş nazirin qardaşı saxlanılıb - İnsan alverinə görə
-
Azərbaycanlı biznesmenə hökm oxundu: 141 milyonluq mülkünə həbs qoyuldu
-
Konqoda vəba epidemiyası: Yoluxanların sayı 60 mini ötdü
-
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib
-
Nazirliyinin tabeliyindəki Mərkəzdə yeni rəhbər təyinatı - FOTO
-
Aşağı Gövhərağa məscidinin minarəsində hansı sirr var? - VİDEO
-
Türkiyə ilə Azərbaycan arasında ayrılıq salmaq cəhdləri nəticəsiz qalacaq - Ərdoğan
-
Rubio İranın şərtlərini “cəfəngiyyat“ adlandırdı - ABŞ-Tehran münasibətləri dalana dirənib
TOP 10
ARXİV






