“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Yüksək səviyyəli siyasi təmaslarımız bizim yaxın siyasi tərəfdaş olduğumuzu nümayiş etdirir

Tarix 09.09.24, 15:00

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Prezidenti Cənab İlham Əliyevin çox aktiv xarici siyasəti və həyata keçirdiyi xarici səfərlər var, bu səfərlər ölkəmiz üçün vacib və əhəmiyyət kəsb edən ölkələrə edilir, bu səfərlərdə Azərbaycanın maraq dairəsində olan ölkələrlə iqtisadi və ticari əlaqələr nəzərdən keçirilir və ölkəmizə siyasi dəstək bir daha nümayiş olunur.
      
Ümumiyyətlə bu səfərlərin çox böyük əhəmiyyəti vardır, məhz bu səfərlər nəticəsində Azərbaycana rəğbət və maraq getdikcə artır, Azərbaycan hazırda xarici ölkələrdən investitsiyaların təşviq edilməsi istiqamətində çalışır: "Bu səfərlər nəticəsində ölkəmizə inam və etibar daha da artır, xarici və inkişaf etmiş və ölkəmizlə yaxın əlaqələrə malik ölkələrin iş adamları Azərbaycana sərmayə yatırmaqda qərarlı olur, dövlət başçısı bu məsələlərdə qarant rolunu oynayır.
      
Digər bir məqam siyasi əlaqələrlə bağlıdır, indi dünyada çox mürəkkəb geosiyasi vəziyyət hökm sürür, ölkələr yeni siyasi və iqtisadi ittifaqlara qoşulur, bu gün Azərbaycanın əksər qitələrarası qurulan bu geosiyasi mərkəz və dövlətlərlə hörmətə və qarşılıqlı maraqlara əsaslanan münasibətləri mövcuddur. Bu da təbii ki, ölkə başçısı İlham Əliyevin bu dövlətlərin başçıları ilə qurduğu xoş və mehriban münasibətlərlə bağlıdır. Ölkələr arasında qurulan məhz bu uğurlu münasibətlərə görə Azərbaycanda keçirilən və keçiriləcək mötəbər tədbirlərə də dövlət başçıları və yüksək səviyyəli xarici qonaqlar təşrif buyurur.
      
Ümumilikdə nəzər salsaq, görərik Azərbaycan Prezidenti həm ikitərəfli qaydada, eyni zamanda müxtəlif platformalar çərçivəsində istər Türkdilli dövlətlərlə, istər İslam və Asiya ölkələri, istərsə Qərb və Avropa, Qoşulmama hərəkəti çərçivəsində Afrika və kiçik ada dövlətləri ilə uğurlu əməkdaşlıq qurmuşdur və bu bir dövlət kimi bizə imkan verir ki, aktiv xarici siyasət yürüdərək xarici ölkələrdə, beynəlxalq təşkilatlar və platformalarda öz maraqlarımızı həyata keçirək, eyni zamanda özümüzə etibarlı tərəfdaş qazanaq. Əlbəttə ki, bütün bunlar eyni zamanda xaricdən Azərbaycana gələ biləcək və gələ bilən təhdidlərin də neytrallaşmasına əsas verir. Məhz bu amilə görə dünyanın ən iri dövlətləri və supergücləri Azərbaycanı etibarlı dost və tərəfdaş adlandırır, Azərbaycana tərəfdaş və müttəfiq olan dövlətlər strateji məsələlərdə hər zaman Azərbaycanın yanında olduğunu bəyan edir. Bu məhz Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasi strategiya ilə bağlıdır və bu şübhəsiz ki, Azərbaycan vətəndaşının da həyatında öz müsbət izini buraxır.

Eyvaz Fərzəliyev
    



Xəbərin oxunma sayı : 430




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap