Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI Xatirə qırmızıya büründü - Fotolar
Axtar
 
  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

  • / Maqazin / — 17 Fevral 2024

    “Həbsxanada yataram, üzr istəmərəm” - VİDEO

Yayda maskasız gəzəcəyik? - “Prezidentin Şuşadakı rəyi Operativ Qərargah üçün əsas olmalıdır”

Tarix 14.05.21, 20:05

Font ölçüsü : - / +
bitmap-img6


Son iki həftədə Azərbaycanda epidemioloji durum sabitləşib. Artıq koronavirusdan sağalanların sayı yoluxanları üstələyir. Statistik rəqəmlərdən belə məlum olur ki, virusdan ölüm sayında da azalma müşahidə olunur. Hazırda ölkədə 12 mindən çox aktiv xəstə sayı var. Peyvənd olunanların sayı isə 2 milyona çatmayıb. 

Qarşıdakı aylarda ölkənin epidemioloji durumunun sabitləşəcəyi ilə bağlı proqnozlar verilir. Bəzi mütəxəssislərin bildirdiyinə görə isə payız aylarında virusa yoluxma yenidən sürətlənəcək və epidemioloji vəziyyət gərginləşəcək.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Tibb elmləri doktoru, professor Adil Qeybulla birmənalı proqnoz verməyin çox çətin olduğunu deyib.

Həkimin sözlərinə görə bu günə qədər verilən proqnozların heç biri özünü doğrultmayıb:

"Hər halda səngimə baş verdikcə, karantin qaydaları da yumşaldılacaq. Şuşada prezidentin açıq havada maskasız gəzməklə bağlı rəyi Operativ Qərargah üçün də əsas olmalıdır.

Azərbaycanda çox paradoksal vəziyyət yaranıb. Restoran və iaşə müəssisələrində insanlar maskasız oturur.  Amma küçəyə çıxanda maska taxır. Tam absurd bir addımdır. Bu məsələyə də aydınlıq gətirilməlidir. Bundan əlavə toyların, yas və digər kütləvi tədbirlərin formatı müəyyənləşməli, karantin davranışlarına uyğun qaydalar formalaşmalıdır. Nə qədər ki, Ümumdünya Səhiyyə Təşkilatı pandemiyanın son zəngini vurmayıb, biz karantin davranışlarını bu və ya digər şərtlərlə gözləməyə məcburuq. İstənilən halda situasiyaya uyğun qərarlar veriləcək”. 

Professor virusun ikili mutasiyaya uğraması məsələsinə də toxunub. O, bildirib ki, mutasiya dünyada yayılmasa epidemiloji durum sabitləşəcək:

"Hindistan rəsmi şəkildə dördüncü dalğa ilə bağlı elan etsə də, ölkədən ziddiyyətli xəbərlər gəlir. Bəziləri deyir ki, oradakı məlumatlar şişirdilir, bəziləri isə baş verənlərin həqiqət olduğunu bildirir. Virusun ikili mutasiyaya uğraması faktoru var ki, bu barədə Hindistanın kifayət qədər nüfuzlu elmi tədqiqat müəssisəsi olan Genomika və İntoqrativ biologiya institutu elan edib.  Bu ştammların da konkret adları var - B167 və B168 İkili mutasiyadan virus xeyli dəyişilib. Əgər bu mutasiya dünyaya yayılmasa, proses lokallaşsa, hesab edirəm ki, bu dalğa ilə da pandemiya sönməyə doğru gedə bilər”.



Xəbərin oxunma sayı : 541




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap