“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

Yeni yaradılan ixtisasların məzunları iş tapa biləcək? - Açıqlama

Tarix 08.12.24, 13:34

Font ölçüsü : - / +
bitmap-img6


Xəbər verdiyimiz kimi Ali təhsilin bakalavriat səviyyəsi üzrə "Riyaziyyat və fizika müəllimliyi”, "Data analitikası”, "Kənd təsərrüfatı texnologiyaları”, "Heyvandarlıq”, "Qidalanma və diyetologiya”, "Proqram təminatı mühəndisliyi” və "Qida texnologiyaları” ixtisasları təsnifata əlavə olunub.

Bu ixtisaslardan gözləntilər nələrdir? İxtisaslar Azərbaycan əmək bazarı üçün nə qədər vacibdir?

Mövzu ilə bağlı Modern.az-a danışan təhsil eksperti Elnur Aydın bildirib ki, əmək bazarının dəyişən tələblərini nəzərə almaqla yeni ixtisasların yaranmasına ehtiyac duyulur:

"Müasir texnologiyalar, rəqəmsal iqtisadiyyat və süni intellektin və bu kimi sahələrə tələb artmaqdadır. İqtisadiyyatı gücləndirmək üçün qeyri-neft sektorunu inkişaf etdirmək zərurəti var.Məhz ali məktəblərdə yaradılan yeni ixtisaslar da bu məqsədə xidmət edir”.

Ekspert bildirib ki, texnoloji yönümlü ixtisaslara gələcək əmək bazarında ehtiyac günü-gündən yüksəlir:

"Bizim bugünkü tələbələr indidən gələcək əmək bazarında yaranacaq ehtiyaclara uyğun hazırlanmalıdır. Süni intellekt, robototexnika, kiber təhlükəsizlik və məlumat analitikası kimi sahələr üzrə ali məktəblərimiz kadr hazırlığına başlamalıdır. Ətraf mühit mühəndisliyi, bərpa olunan enerji texnologiyaları kimi sahələrdə də kadr hazırlığına ehtiyac var. Dizayn, proqramlaşdırma və rəqəmsal marketinq kimi ixtisaslar dövrün tələblərinə uyğun kadr hazırlığına diqqət yetirilməlidir”.

E.Aydın qeyd edib ki, yeni ixtisasların yaradılması bu baxımdan çox əhəmiyyətlidir:

"İxtisasların adını dəyişmək və yeni ixtisasların yaradılması mühüm addımlardır. Bu addımların effektivliyini artırmaq üçün yeni ixtisasları tədris edəcək müəllimlərin formalaşdırılması vacibdir. Burada sistemli yanaşma tətbiq olunmalıdır. Əgər yeni ixtisaslar üçün müasir standartlara cavab verən yeni məzmun və tədris proqramları yaradılmasa ixtisasın adının dəyişdirilməsinin və ya yeni ixtisasın yaradılmasının effektivliyi olmaz”.



Xəbərin oxunma sayı : 952




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap