Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

100 minədək olan əmanətlər sığortalanacaq - Bu gün yeni qanun qüvvəyə minir

Tarix 06.04.21, 15:50

Font ölçüsü : - / +
bitmap-img6


"Əmanətlərin sığortalanması haqqında” qanun yeni dəyişikliklər ilə qüvvəyə minir. Bu gündən fiziki şəxslərin bankda olan 100 min manatadək olan əmanətləri sığortalanacaq.

AzFakt xəbər verir ki, bunu deputat Vüqar Bayramov bildirib. Deputat vurğulayıb ki, bu zaman milli valyutada olan əmanətlər üzrə qorunan dividend faiz dərəcəsi 12, xarici valyutada isə 2.5 faizdir:

bitmap-img6

"Bu o deməkdir ki, əmanətçinin bankda olan depozitinin məbləği 100 min manatdan azdırsa, o vəsait tam olaraq sığortalanmış sayılır. Bank müflis olan zaman isə həmin depozit tam olaraq ödənilir. Bu zaman sığortalanan faiz dərəcələri də nəzərə alınır. Bu baxımdan, əgər vətəndaşın pulu 100 min manatdan çoxdursa, o zaman depoziti bölərək ailə üzvlərinin adına yerləşdirməsi və ya bir neçə bankda yerləşdirməsi məqsədəuyğun olar. Digər tərəfdən isə yüksək dividend faizinə aldanıb depozit yerləşdirmək də riskli hesab olunur. Əgər məbləğ 100 min manatdan az olsa belə, dividend faizi 12 faizdən çoxdursa, məsələn, 13 faizdirsə, o zaman həmin əmanət qorunmayan hesab olunur. Bank müflis olan zaman həmin vəsait qorunan əmanət kimi geri qaytarılmır. Bu baxımdan əmanətçinin qorunan dividend faizini də nəzərə alması çox vacibdir”.

Vüqar Bayramov qeyd edib ki, ölkədə fəaliyyətdə olan banklarda əmanət sahiblərinin 99,8 faizinin depozitləri 100 min manata qədərdir.



Xəbərin oxunma sayı : 544




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap