“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

10 min dollara qədər olan əmanətlər qaytarılacaq - Açıqlama

Tarix 12.09.19, 17:14

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu banklarda 10 min ABŞ dollarına (17 min manata) qədər qorunmayan əmanəti olan fiziki şəxslərin pulunu ilk növbədə qaytaracaq.

AzFakt.com xəbər verir ki, bu barədə ləğv prosesində olan "Atra Bank" ASC-nin Kreditorlar Komitəsinin sədri Bayram Abbasov məlumat verib.

Onun sözlərinə görə, Fond bununla bağlı Bakı Apellyasiya Məhkəməsinə müraciət edib və ödənişə icazə verilməsini istəyib. Məhkəmə, qanunvericiliyə əsasən, ödəniş məsələsində 7-ci növbədə olan qorunmayan əmanət sahiblərinin 1-ci növbəyə keçirilməsinə icazə verib.

"Bizim dəfələrlə ölkə rəhbərliyinə, Milli Məclisə müraciətlərimiz olmuşdu. Bu müraciətlər Fonda çatdırıldı və qərara alındı ki, 10 min dollara qədər qorunmayan əmanəti olanların pulu ilk növbədə qaytarılsın. Təkcə "Atra Bank"da 882 belə əmanətçi var. Amma "Bank Standard"da onların sayı 16 mindir. Bu güzəşti dövlətin humanist addımı kimi qiymətləndiririk", - deyə sədr qeyd edib. (Report.Az)



Xəbərin oxunma sayı : 703




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap