Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

10 min qutu siqaret, 48 şüşə içki - Bakıda saxta məhsullar aşkarlandı

Tarix 21.02.20, 15:13

Font ölçüsü : - / +
bitmap-img6


Aksiz markası olmayan malların satış məqsədilə saxlanması faktı aşkar edilib,

AzFakt.com-a daxil olan məlumata görə, Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 241E ünvanında yerləşən, fiziki şəxs Nizaməddinov Nizami Möhübbət oğluna məxsus mağazada aksiz markaları ilə markalanmamış 48 şüşə alkoqollu içki və 10.813 qutu tütün məmulatları aşkar olunaraq götürülüb.

Faktla bağlı cinayət işi qaldırılıb, N.Nizaməddinov barəsində Yasamal Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Vergilər Nazirliyi bildirir ki, vergi orqanları belə halların qarşısının alınması və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirləri davam etdirəcəkdir. Vətəndaşlardan bu cür saxta malların satışı faktlarına rast gəldikdə, dərhal əlaqədar dövlət orqanlarına müraciət etmələri xahiş olunur.

Aksiz markası ilə markalanmalı olan malların istehlakçıları bilməlidirlər ki, iqtisadi mahiyyətinə görə, belə məhsullara aksizlərin tətbiqinin əsas məqsədlərindən biri də sağlamlığa zərərli məhsulların qeyri-qanuni və keyfiyyətsiz istehsalının qarşısını almaq, istehsal mənşəyini müəyyən etməkdir.

Aksiz markası olmadan və ya saxta aksiz markası ilə markalanmış məhsulları almaqla istehlakçı keyfiyyəti, istehsal və saxlanma şəraiti bəlli olmayan və sağlamlıq üçün zərərli məhsullarla üzləşmə təhlükəsi ilə qarşılaşır, eyni zamanda aksizsiz məhsulların qaçaqmalçılığının və istehlak bazarında saxta məhsulların satışının genişlənməsinə və dövlət büdcəsinin gəlirlərdən məhrum olmasına şərait yaradır. ("Yeni Sabah")

10 min qutu siqaret, 48 şüşə içki - Bakıda saxta məhsullar aşkarlandı10 min qutu siqaret, 48 şüşə içki - Bakıda saxta məhsullar aşkarlandı10 min qutu siqaret, 48 şüşə içki - Bakıda saxta məhsullar aşkarlandı10 min qutu siqaret, 48 şüşə içki - Bakıda saxta məhsullar aşkarlandı








Xəbərin oxunma sayı : 787




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap