|
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
Tarix 24.04.24, 15:42 |
|
Bakıda mənzilləri fırıldaqlıqla ələ keçirən dələduz şəbəkə fəaliyyətdədir. Şəbəkə üzvləri sırasında əvvəllər məhkum olunmuş şəxslər, ev alqı-satıqı ilə məşğul olan maklerlər var. Dələduz şəbəkənin ələ keçirdiyi əmlakların siyahısı genişdir və həmin əmlakların dəyəri milyonlarla manatı aşır. Hətta Bakının mərkəzində, Nizami küçəsində yerləşən, dəyəri 2 milyon manata yaxın olan əmlakın dələduz şəbəkənin ələ keçirməsi haqda məlumatlar var.
Bu haqda Musavat.com-a dələduz şəbəkənin əməllərindən zərər çəkən Azərbaycan vətəndaşları məlumat veriblər. Belə məlum olur ki, dəstə üzvləri mənzilləri, obyektləri rəsmi müqavilə ilə kirayəyə götürür və sonradan Rusiyanın Tümen şəhərində yerləşən notariat kontorunun adından verilmiş baş etibarnamə əsasında satırlar. Maraqlısı odur ki, saxta olsa da, həmin baş etibarnamə Rusiya Federasiyasının Notariat Xidmətinin elektron qeydiyyat sistemində də hansısa şəkildə yerləşdirilib! Bakıda notariuslara təqdim olunan həmin saxta baş etibarnamələr yoxlanılarkən Rusiya Federasiyasının Notariat Xidmətinin elektron qeydiyyat sistemində göründüyündən, notariuslar sənədin saxta olduğunu aydınlaşdıra bilməyiblər!
Bu yolla mənzili satılanlardan biri də Bakı şəhəri, Fətəli Xan Xoyski prospekti ev 83, mənzil 1-də qeydiyyatda olan Leyla Nəbiyevadır.
O bildirib ki, 19 iyun 2023-cü ildə Rauf Cəfər oğlu Kazımovla kirayə müqaviləsi bağlayaraq Xətai rayonu, Süleyman Vəzirov küçəsi 1157-ci məhəllə, ev – 17 C-də yerləşən 13 saylı mənzilini ona kirayəyə verib: “Rauf Kazımov mənzili kirayə götürəndə orada ailəsi ilə birlikdə yaşayacağını bildirmişdi. Lakin bir müddət sonra bizə aydın oldu ki, Rauf Kazımov mənim adımdan Rusiya Federasiyasının Tümen şəhərində verilməsi göstərilən saxta etibarnamə düzəldərək mənzilimi 10 avqust 2023-cü ildə Bakı şəhərindəki 48 saylı notariat ofisində alqı-satqı müqaviləsi əsasında əvvəldən tanıdığı, cinayət əlaqəsində olduğu Anar Hacıyevə satıb. Bununla da mənim daşınmaz əmlakıma olan mülkiyyət hüququma xitam verməklə evimi əlimdən çıxardıblar”.
Leyla Nəbiyeva bildirib ki, ümumiyyətlə, həyatı boyu Rusiya Federasiyasında olmayıb: “Mən heç zaman Rusiyada olmamışam və müvafiq olaraq Tümen şəhərinə gedib kiməsə baş etibarnamə də verməmişəm. Aldığımız məlumatlara əsasən Rauf Kazımov eyni qaydada Bakı şəhərində çoxsaylı mənzilləri kirayə adı ilə götürüb, sonradan guya Anar Maarif oğlu Hacıyevə satıb. Mən duyuq düşməyim deyə, mənzilimi satdıqdan sonra bir neçə ay kirayə haqlarının ödənilməsi dayanmayıb. Digər kirayəyə götürdükləri mənzillərlə bağlı da eyni ssenari üzrə fəaliyyət göstərib. O vaxta qədər ki, mənilim bir neçə nəfərə alqı-satqı olunub, vicdanlı alıcı görüntüsü yaradılıb, əldə edilmiş külli miqdarda vəsaiti mənimsəyiblər!
Leyla Nəbiyevanın sözlərinə görə Rauf Kazımov mənzilini kirayə götürdüyü gündən hər ay aylıq kirayə haqqını müqavilə üzrə ödəyib. 2023-cü ilin dekabrına qədər ödənişlər vaxtı-vaxtında olduğundan mənzilin saxta sənədlər əsasında satılmasından xəbəri olmayıb: “2023-cü ilin dekabr ayından 2024-cü ilin fevralınadək Rauf Kazımov kirayə haqqını ödəmədi. Bununla bağlı aramızda narazılıq yarandı. Bu zəmində təsadüfən bizə məlum oldu ki, mənzili başqa bir şəxsə satıblar. Sonradan bizə məlum oldu ki, Rauf Kazımov ümumiyyətlə, mənzildə kirayədə yaşamayıb. Ən vacib məqam ondan ibarətdir ki, mənim mənzilim saxta etibarnamə əsasında keçən ilin 10 avqustunda satılsa da, 2023-cü ilin dekabrına qədər kirayə haqqını gecikdirmədən mənə ödəyiblər ki, mənim baş verən hadisədən xəbərim olmasın. Eyni zamanda mənzili rahat şəkildə digər şəxsin adına keçirə bilsinlər. 30 dekabr 2023-cü ildə mənzilimi saxta sənədlər əsasında digər şəxsin adına keçiriblər. Bundan sonra da mənzilə görə kirayə haqqının da ödənilməsini dayandırıblar. Bunu bilən kimi təcili olaraq notariat ofisinə müraciət etdim. Oradan məlumat verildi ki, mənzilimi 2023-cü ilin avqust ayının 10-da, yəni mənzilimi kirayə götürdükdən cəmi 1 ay 20 gün sonra Rauf Kazımov tərəfindən guya Anar Maarif oğlu Hacıyevə satıb. Anar Hacıyev də öz növbəsində digər bir şəxsə, o da bir başqa şəxsə satıb”.
Leyla Nəbiyeva hesab edir ki, mənzilini sonradan alıb-satan şəxslər də dələduz şəbəkənin üzvləri ola bilərlər. Deyir ki, mənzilinin alqı-satqısında adı keçən şəxslər bir-birini çox yaxşı tanıyırlar, bir-biriləri ilə münasibətləri var: “Mənə ötən müddət ərzində məlum olub ki, mənzilimin saxta sənədlər düzəltməklə, dələduzluqla ələ keçirilməsində iştirak edən şəxslərin hər biri əvvəllər məhkum olunmuş şəxslərdir və onları 1-2 il əvvələ qədər həbsdə olublar. Həbsdən çıxandan sonra isə mütəşəkkil cinayətkar qrup şəkilində Bakıda saxta sənədlər düzəltməklə mənzillərin ələ keçirilməsinə başlayıblar. Bu işin içində digərləri ilə yanaşı peşəkar maklerlər də var”.
Leyla Nəbiyeva bildirib ki, Rauf Kazımov və Anar Hacıyev hər ikisi türmədən çıxandan sonra bu işlərlə məşğul olmağa başlayıblar. Onlar mütəşəkkil cinayətkar qrupun rəhbərliyinin tələbi ilə Bakıda çoxsaylı mənzillər ələ keçiriblər: “Rauf Kazımovla Anar Hacıyev hazırda ölkədə deyillər, onları ölkədən qaçırıblar. Buna səbəb isə 15 noyabr 2023-cü ildə Anar Hacıyevin Bakı şəhərindəki 50 saylı Notariat Ofisində ifşa edilməsi olub. Anar Hacıyev mənim mənzilim kimi müqavilə əsasında kirayəyə götürdüyü digər vətəndaşa məxsus mənzili saxta baş etibarnamə əsasında alqı-satqı edərkən notarius sənədlərin saxta olmasından şübhələnib. Şübhələnməsinin səbəbi isə Anar Hacıyevin dünən aldığı mənzili bu gün satmaq istəməsi olub. Notarius mənzilin mülkiyyətçisinə zəng vurub ondan mənzilini satıb-satmadığını soruşub. Mənzil sahibi mənzilini satmadığını dedikdə Anar Hacıyevlə Rauf Kazımov oradan qaçıblar. Elə həmin gün onlar üçün Sankt Peterburqa təyyarə bileti alınıb və onlar Azərbaycandan çıxıblar. Bu gün də Rusiyadadırlar, ölkəyə gəlmirlər. Bizimlə vatsap üzərində danışarkən deyirlər ki, biz bu işdə heç kimik, bu işlərin arxasında böyük adamlar dayanıb”.
Xəbərin oxunma sayı : 1186
Hadisə
Xəbərlər
-
Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO
-
“Bu insanlar Gestapo administrasiyasını idarə edirlər” - Tramp
-
Türkiyə qaz anbarlarının tutumunu ikiqat artırır - SƏBƏB
-
İsrail girovların azad edilməsi müqabilində atəşkəsə hazırdır - Netanyahu
-
Bakı investisiyalar üçün cəlbedici mərkəzə çevrilir - Azərbaycan daha nə təklif etməyə hazırdır?
-
Azərbaycana 22 ton fındıq gətirilib – Haradan gətirildiyi bilinmir
-
Vladimir Putinin yeni avtomobili nümayiş olundu - VİDEO
-
Bakıda kilosu 99 manata gilas satılır - FOTO
-
Qvardiola növbəti çempionluq üçün əsas şərti AÇIQLADI
-
Atasının evinə buraxılmadı, qapısında yatdı - Milyonçu qızının faciəsi
-
Mədəniyyətlərarası dialoq Azərbaycanda güclü şəkildə təşviq edilir
-
Paşinyanla Koçaryan yenidən üz-üzə - TƏHLİL
-
Kredit götürənlərin NƏZƏRİNƏ: çıxılmaz vəziyyətdə qalmamaq üçün...
-
Azərbaycanda toyuq əti bahalaşacaq? - ARAŞDIRMA
-
Ötən il məcburi köçkünlərə 26 rayonda ev verilib – Siyahı
-
Bakıda keçirilən Beynəlxalq Forumun ciddi tarixi əhəmiyyəti vardır
-
Çin rəhbərinin Avropa turnesi başlandı: İlk dayanacaq Parisdir
-
Bakıda qadın boğularaq öldürülüb: Əri saxlanılıb
-
Daha bir erməni yalanı ifşa edildi - VİDEO
-
Azərbaycan hər zaman tolerant ölkə kimi tanınıb
-
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO
-
Bakıda və rayonlarda külək güclənəcək, yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Yılmaz Okuklu iş adamlarına dərs keçdi - Video
-
Alban-Udi dini icmasının sədri: “Pasxanı Qarabağda atalarımızdan miras qalmış kilsələrdə qeyd edəcəyik”
-
“Rusiya Avropada təxribat hazırlayır“ - KİV
-
Turizm sektorunda canlanma: “Viza tələbi ləğv olunmalıdır”
-
Ölkəmiz növbəti mötəbər toplantıya ev sahibliyi etdi
-
“Makronu sarsıdıcı məğlubiyyət gözləyir” - “Financial Times”
-
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
Günəş əleyhinə kremlər dəri xərçəngi yaradır - XƏBƏRDARLIQ
-
Yeni inşa olunan yol Bakıda tıxacı aradan qaldıracaqmı? - VİDEO
-
Bakıda həkimə 14 bıçaq zərbəsi vuran şəxs saxlanıldı - TƏFƏRRÜAT
-
“Qarabağ“ bu futbolçularla müqavilə imzaladı - FOTO
-
Bakıya yağış, dağlıq rayonlara qar yağacaq - Sabahın havası
-
Mehriban Əliyeva Azərbaycanın pravoslav xristian icmasını təbrik etdi - FOTO
-
ABŞ Ukrayna müharibəsinin uzanacağını açıqladı - Ukraynanı 25-ci ildə əks -hücuma hazırlayırlar...
-
“Zərifə“ və “Eldar“ illər sonra göründü - VİDEO
-
Bakıda qəza törədən şəxslər jurnalistlərə hücum etdilər - FOTO/VİDEO
-
MKİ Gürcüstanda çevriliş etmək istəyir - ŞOK İDDİA
-
“Ukrayna defolt təhlükəsi ilə üzləşə bilər“ - KİV
-
Bakıda bu körpü sökülür? - AÇIQLAMA/VİDEO
-
1 274 namizəd rezidenturaya imtahan verəcək - Bu gün
-
“Avropanın Çinə ehtiyacı var“ - Makron
-
Bazarda kütüm, berj və kefalın qıtlığı yaşanır - VİDEO
-
Psixikamıza ən yaxşı təsir edən QİDALANMA NÖVÜ
-
“Səriştəsi, ustalığı olmayan adamlar film çəkirlər” - Rasim Balayev
-
Bakıda özəl klinikanın həkiminə 14 bıçaq zərbəsi VURDULAR
-
Qırmızı diplomun hansı üstünlüyü var? - VİDEO
-
Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - FOTOLAR
-
“Kiyev Qərbdən qoşun göndərilməsini istəyə bilər” - Ukraynalı deputat
-
Çiyələyin bəzi sortlarının üzünə həsrət qala bilərik… - VİDEO
-
Azərbaycanda şirkət və müəssisələrə məşhur sistemlə bağlı xəbərdarlıq - FOTO
-
Meteohəssas insanlara xəbərdarlıq: Maqnit qasırğası olacaq
-
“Qərb və ABŞ ölkəmizdə çevriliş niyyətindədir“ - Gürcü ekspert
-
Azərbaycan və Türkiyə XİN başçıları görüşdü - Nələr müzakirə olunub?
-
59 yaşlı kişi iki nəfəri güllələdi -Şəkidə şok olay
-
Misir Mərdanov nazir olanda vəzifəyə təyin etdiyi qohumlarından danışdı - VİDEO
-
Qrant qaçaqmalçılığında mənimsənilən milyonlar – Anar Məmmədli və İmran Əliyev işində yeni detallar
-
Bakıda bıçaqlanma - Yaralı xəstəxanada öldü
-
Ermənilərin 30 ildə darmadağın etdiyi kənddəki bərpa işlərindən görüntülər - VİDEO
-
Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO
-
Bir sıra ərazilərə yağış, Şahdağa sulu qar yağıb - FAKTİKİ HAVA
-
Müsavat partiyasında qurultay - İsa Qəmbər yenidən başqanı seçildi
-
Əmlak bazarında “tilov effekti“ - Yanvardan tətbiq olunan bu qərar insanları qorxuya salıb
-
Bakıda kişi keçmiş arvadının yerləşdirildiyi sığınacağı partlatmaqla hədələdi: Polis hərəkətə keçdi
-
“İsrail ilə danışıqlarda irəliləyiş əldə etdik” - HƏMAS
-
Masazırda obyekt sahibi ağacları “soyqırımına” məruz qoyub - VİDEO
-
Rusiya Zelenskini axtarışa verdi - FOTO
-
Bazarları söküb yerində binalar, biznes mərkəzləri tikirlər - ARAŞDIRMA
-
Tərkibində təhlükəli qatqılar olan süfrəmizin “bəzəyi” - ARAŞDIRMAS
-
“Əməkdar artist almağıma əngəl olanlar var“ - Nəfəs
-
Gürcüstanda sular durulmur - prezidentdən sərt ittiham
-
Arxektura komitəsində Ramin Abdullayev PROBLEMİ
-
Sabah Bakıda bəzi küçələr bağlı olacaq - SİYAHI
-
Cahangir Hacıyev aclıq elan edib - Beynəlxalq Bankı talamış keçmiş bankir nə istəyir?
-
Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - FOTO/VİDEO
-
Blinken Ukraynaya ayrılmış milyardlarla dollar barədə: “Yaxşı iş yerlərinin yaranmasına imkan verəcək”
-
Xankəndi Şəhər Prokurorluğu yaradılıb - SƏRƏNCAM
-
Neftçilərə yeni mənzillər təqdim edilib - FOTO
-
Külək əsəcək, yağış yağacaq - Sabahın havası
-
Polisdən Abşeronda əməliyyat: Dəstə üzvləri saxlanıldılar - FOTO/VİDEO
-
Məşhur aparıcı millət vəkili ilə evlənir – Toy tarixi açıqlandı
-
Bölgələr köhnə avtobuslardan nə vaxt qurtulacaq? - VİDEO
-
İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - FOTO
-
Arvadını döyüb öldürən qazaxıstanlı nazirin işində yeni detallar - VİDEO
-
Müsavat Partiyasının qurultayı keçirilir - İsa Qəmbər başqanlığa yeganə namizəddir
-
“Bayden Trampdan 10 faiz bəndi geri qalır“ - Seçkiqabağı sorğu
-
Türkiyədə artan inflyasiya Azərbaycanda hansı sahələrə təsir edir? - ARAŞDIRMA
-
Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - SƏBƏB + VİDEO
-
İşğaldan azad olunan ərazilərdə bəzi güzəştlər olacaq - AÇIQLAMA + VİDEO
-
Bəzi “WhatsApp” istifadəçiləri bloklanacaqlar - SƏBƏB
-
“Ukrayna müharibənin yeni mərhələsi ilə üz-üzədir“ - ABŞ institutu
-
Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO
-
Borreldən etiraf: “ABŞ hegemon statusunu itirib”
-
Tarif Şurasının elektrik və qazla bağlı yeni qərarı qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Günəşdə güclü partlayışlar: Bəzi ölkələrdə radio rabitələri kəsildi
-
“Sponsoru belə məndən istəyirlər...” - Pərvin Abıyeva
-
“Nyukasl“ iki oyunçusuna fantastik qiymət qoydu - MƏBLƏĞ
-
“Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm” - Ərdoğan
-
Xocəsən sakinlərinin kanalizasiya problemi: “İydən çölə çıxa bilirik” - VİDEO
-
Evinə qaz və işıq çəkmək istəyənlərin nəzərinə! - Tarif Şurasından QƏRAR
-
Deputatlar toplanır: Gündəlikdə 18 məsələ var (SİYAHI)
-
“Fransa Milli Assambleyasının qərarı Türkiyənin layiq olmadığı ciddi ittihamdır“ - Numan Kurtulmuş
-
Məhkəmə MTN generalı ilə bağlı qərar verdi - FOTO
-
Səfəvilərdən bu günə kimi: Çayxanaların maraqlı tarixi - VİDEO
-
Xaricdə oxuyan daha 62 nəfərin diplomu tanınmayıb - SİYAHI
-
“Nazirliyə 8-10 faiz “otkat“ qaytarılır...“ - 143 milyonluq mənimsəmə işi
-
Altı gündür axtarışda olan Nigar tapıldı: “Anamın telefonunu qırıb, suya atdım” - VİDEO
-
Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi
-
Bu şəxslər pensiyaya tez çıxacaq - SƏRƏNCAM
-
Məmurun təzyiqinin qalxmasına səbəb olan şəxs həbs edildi - Gədəbəydə
-
Zaxarova Danimarkanı hədələdi: Sərt addımlar atılacaq...
-
Yasamalın sabiq bələdiyyə sədrinə hökm oxundu - Milyonluq mülkləri geri qaytarıldı
-
Gürcüstan XİN Parisi ittiham etdi: “Sizdə obyektivlik yoxdur”
-
Rusiya ilə Azərbaycan arasında əlaqələr genişlənir - Baş nazirin müavinləri görüşüblər
-
Azərbaycana idxalda Çin liderlik edir – Deputat səbəbini açıqladı
-
Baş nazirdən QƏRAR - Nazirliyin kollegiya üzvlərinin sayı azaldıldı
-
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Mayda niyə toy etməzlər? - VİDEO
-
İlham Əliyevdən ortamüddətli xərclərlə bağlı FƏRMAN
TOP 10
ARXİV