“Kişilər məndən qorxurlar” - Roza Zərgərli Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO Məni bikinidə görsən, başqasına baxmazsan - Roza Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO
Axtar
 
  • / Maqazin / — 14 May 2024

    “Kişilər məndən qorxurlar” - Roza Zərgərli

  • / Maqazin / — 29 Aprel 2024

    Günaydan sevgilisi ilə bağlı paylaşım - VİDEO

  • / Maqazin / — 28 Aprel 2024

    Məni bikinidə görsən, başqasına baxmazsan - Roza

  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

Qadının üzərinə benzin töküb yandırmaqda şübhəli bilinən şəxs həbs edildi - Tovuzda

Tarix 02.05.24, 10:21

Font ölçüsü : - / +
bitmap-img6


Tovuz rayon sakini Röyal Tağıyev həbs edilib. 

AzFakt.com rayon prokurorluğuna istinadən xəbər verir ki, aprelin 28-də Tovuz rayon sakini 1990-cı il təvəllüdlü Türkanə Məmmədovanın yanıq xəsarətlərindən müalicə aldığı xəstəxanada ölməsi barədə məlumat daxil olub.

Araşdırmalarla 2002-ci li təvəllüdlü Röyal Tağıyevin aprelin 18-də aralarında yaranmış mübahisə zamanı tanışı Türkanə Məmmədovanın üzərinə benzin töküb yandırmaqla ona yanıq xəsarətləri yetirməsinə və sonuncunun həmin xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb, Röyal Tağıyev qeyd olunan maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

İbtidai istintaq davam etdirilir.




Xəbərin oxunma sayı : 1000




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap