“Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

130 min nəfər işlə təmin olunacaq - Nazirlik

Tarix 19.10.19, 21:13

Font ölçüsü : - / +
bitmap-img6


Özünüməşğulluq proqramının genişləndirilməsi işlərində Dünya Bankı və BMT İnkişaf Proqramı ilə əməkdaşlıq öz töhfəsini verəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AzFakt.com-a verilən məlumata görə, bununla əlaqədar Dünya Bankı ilə danışıqlar artıq yekun mərhələdədir. Cari ilin sonunadək Hökumətə Dünya Bankı ilə kredit sazişinin layihəsi təqdim olunacaq. Növbəti il Dünya Bankı özünüməşğulluq proqramının genişləndirilməsində iştirak payı kimi 1000-2000 ailənin özünüməşğulluğuna dəstək verəcək. Sonrakı illər ərzində sabit olaraq hər il 5 min ailəninözünüməşğulluq proqramında iştirakı Dünya Bankı tərəfindən maliyyələşdiriləcək.

BMT-nin İnkişaf Proqramı ilə də özünüməşğulluq proqramı çərçivəsində birgə işlərin davam etdirilməsi nəzərdə tutulur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının (BMTİP) birgə icra etdiyi layihə üzrə 500 nəfər əlilliyi olan şəxsin özünüməşğulluq fəaliyyəti müstəvisində özlərinə dayanıqlı biznes qurmalarına dəstək veriləcək.

Ümumilikdə, aktiv məşğulluq tədbirləri bütün istiqamətlərdə davam etdirilməklə, onların miqyası da genişləndiriləcək. Nazirlik üçün cari ildə plan 100 min nəfərin işlə təminatıdırsa, gələn il bu rəqəm 130 minə çatdırılacaq. Həmçinin haqqı ödənilən ictimai işlərin təşkilinin, iri dövlət şirkətlərində yaradılan müvəqqəti ictimai işlərproqramının da davam etdirilməsi nəzərdə tutulur.



Xəbərin oxunma sayı : 559




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap