“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Türkiyə ilə Azərbaycan arasında strateji əlaqələr sarsılmazdır - Hakan Fidan

Tarix 15.10.26, 21:44

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyənin XİN rəhbəri Bakıda keçirilən AQEM sammitindən sonra iki ölkə arasındakı fikir ayrılıqlarının münasibətlərə xələl gətirməməli olduğunu bildirib

AzFakt.com xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) sammitində iştirakının yekunlarına dair açıqlamasında Türkiyə ilə Azərbaycan arasındakı strateji münasibətlərin “bir millət, iki dövlət” prinsipinə əsaslandığını və sarsılmaz xarakter daşıdığını bildirib.
Fidanın sözlərinə görə, ayrı-ayrı məsələlər üzrə fikir ayrılıqları iki ölkə arasındakı münasibətləri zəiflətməməli, sosial şəbəkələrdə manipulyasiyalar üçün bəhanəyə çevrilməməlidir. O vurğulayıb ki, Türkiyə ilə Azərbaycanın strateji həmrəyliyi beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir və Ankara ilə Bakı arasında əməkdaşlıq gələcəkdə də mühüm əhəmiyyət daşıyacaq.

“Biz qədim xalqıq. Öz problemlərimizi tarixi irsimizə layiq şəkildə, sivil qaydada danışıqlar masası arxasında müzakirə edə bilərik”, deyə Türkiyənin xarici işlər naziri qeyd edib.

Fidan bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevlə görüşü zamanı da bu məsələ müzakirə olunub. Türkiyəli nazir iki ölkə arasında möhkəm münasibətlərin qorunmasının vacibliyini vurğulayaraq, fikir ayrılıqlarının Türkiyə-Azərbaycan qardaşlığına mane olmasına imkan verilməməsinə çağırıb.

Nazirin açıqlaması Ankara ilə Bakı arasında strateji tərəfdaşlığın və qarşılıqlı dəstəyin əhəmiyyətini bir daha önə çıxarıb. Fidanın fikrincə, mövcud məsələlər tərəflər arasında dialoq yolu ilə həll edilməli, ayrı-ayrı mübahisələr iki ölkənin münasibətlərinə və xalqlar arasındakı qardaşlıq əlaqələrinə təsir göstərməməlidir.



Xəbərin oxunma sayı : 178




Siyasət

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap