“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

DTX-nin saxladığı şəxslərə hökm oxundu - Sui-qəsd etməyə hazırlaşmaqda təqsirləndirilirlər

Tarix 15.10.26, 17:50

Font ölçüsü : - / +
bitmap-img6


İstintaqı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan və din xadiminin həyatına sui-qəsd etməyə hazırlaşmaqda təqsirləndirilən Nərminə Şabanova, Elvin Əhmədov və Naib İsmiyevin cinayət işinin növbəti məhkəməsi yekunlaşıb.

AzFakt.com Oxu.az-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Vüqar Seyidovun sədrliyi ilə keçirilən iclasda hökm oxunaraq təqsirləndirilənlər - Nərminə Şabanova və Naib İsmiyevin hər biri ayrı-ayrılıqda 10 il, Elvin Əhmədov isə 3 il 6 ay azadlıqdan məhrum olunublar.

Xatırladaq ki, prokuror dövlət ittihamının müdafiəsi zamanı Nərminə Şabanova və Naib İsmiyevin hər birinin ayrı-ayrılıqda 10 il, Elvin Əhmədovun 4 il 6 ay müddətinə azadlıqdan məhrum olunmasını məhkəməyə təklif etmişdi.

Qeyd edək ki, təqsirləndirilən şəxslər DTX-nin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar. Nərminə Şabanova və Naib İsmiyev Cinayət Məcəlləsinin 28 (cinayətə hazırlıq), 277-ci (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə) maddələri ilə, Elvin Əhmədov isə 228.2.1-ci (qanunsuz olaraq silah gəzdirmə, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham olunublar.



Xəbərin oxunma sayı : 214




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap