“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Kəmaləddin Heydərov yeni qərar imzaladı - Kimlərə şamil olunacaq?

Tarix 22.10.26, 18:47

Font ölçüsü : - / +
bitmap-img6


Kəmaləddin Heydərov yeni qərar imzaladı - Kimlərə şamil olunacaq?
Azərbaycanda avtomobillərin dövlət qeydiyyatına alınması, qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanlarının verilməsi, eləcə də nəqliyyat vasitələrinə texniki baxış keçirilməsi zamanı yol hərəkəti qaydalarının pozulması ilə bağlı bəzi sənədlərin şəxslərə çatdırılması təmin ediləcək.

Bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq qərar imzalayıb.

Nazirlikdən sorğumuza cavab olaraq bildirilib ki, yeni qərara əsasən, yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar inzibati xəta işləri üzrə sənədlərin poçt göndərişi, vəzifəli şəxs tərəfindən şəxsən, sms vasitəsilə rəsmi çatdırılması mümkün olmadıqda həmin sənədlərin yuxarıda qeyd olunan prosedurlar zamanı çatdırılması təmin edilməlidir.

Elektron kabinetdə şəxsin mobil telefon nömrəsi olduqda, inzibati xəta haqqında elektron qərar həmin nömrəyə SMS bildiriş çatdırıldığı vaxt rəsmi təqdim edilmiş hesab olunacaq.

Mobil telefon nömrəsi olmadıqda isə şəxs elektron kabinetində yerləşdirilən sənədlərə və onların əlavələrinə baxdığı vaxt sənədlər rəsmi təqdim edilmiş sayılacaq.

Bu qayda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil edilməyəcək.

Qeyd edək ki, bu xüsusda avtomobil dedikdə texnoloji nəqliyyаt vаsitələri və siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilən digər mехаniki nəqliyyаt vаsitələri (qоşqulаrı) nəzərdə tutulur. /Trend



Xəbərin oxunma sayı : 220




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap