“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

15 milyona alınan qatarlarla bağlı - Açıqlama

Tarix 12.06.19, 0:26

Font ölçüsü : - / +
bitmap-img6


"1,7 milyon dollara satın alınan elektrik qatarı deyil, Belarus istehsalı olan adi sərnişin vaqonudur."

AzFakt.com  musavat.com-a istinadən xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin yaydığı açıqlamada bildirilir.
"Son günlər bəzi kütləvi informasiya vasitələrində belə bir məlumat yayılıb: “Bu ilin birinci rübündə Azərbaycan Belarus Respublikasından 2 sərnişin vaqonu alıb. Bu, dövlət dəmir yollarına 30.384.560 dollara başa gəlib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib. Ötən ilin yanvar-mart aylarında Belarusdan 8 sərnişin vaqonu gətirilib. Onların bəyan edilən gömrük dəyəri 28.264.440 dollar olub” - deyə açıqlamada qeyd olunur.

QSC-nin mətbuat xidmətindən verilən xəbərə görə, məlumatda bəzi yanlışlıqlar var. Yanlışlıq ondan ibarətdir ki, 2018-ci  ildə “Azərbaycan Dəmir Yolları” QSC İsveçrənin “Stadler Rail Group” şirkətinin Belarus Respublikasındakı zavodundan 2 ədəd sərnişin vaqonu deyil,  hər biri 4 vaqondan ibarət olan, hər birinin müqavilə dəyəri 14.986.000 isveçrə frankı olmaqla 2 (iki) ədəd  ikimərtəbəli “KİSS” markalı elektrik qatarı alıb. Beləliklə,  ƏDV, gömrük rüsumu və digər xərclər daxil olmaqla 1 (bir) ədəd  ikimərtəbəli “KİSS” markalı elektrik qatarının qiyməti  30.476.000 manat təşkil edib.

2019-cu ilin sonunda hər biri 4 vaqondan ibarət olan daha 2 (iki) ədəd  elektrik qatarının da Azərbaycana gətirilməsi gözlənilir.

Bəzi KİV-lərdə isə məsələ əsassız şəkildə qabardılır. Belə ki, guya Rusiya Federasiyasının Belarus Respublikasından 1,7 milyon dollara  aldığı sərnişin vaqonunu  Azərbaycan 15,2 milyon dollara alıb. Məsələyə aydınlıq gətirərək  bildiririk ki, 1,7 milyon dollara satın alınan elektrik qatarı deyil, Belarus istehsalı olan adi sərnişin vaqonudur. “Azərbaycan Dəmir Yolları” QSC-nin aldığı isə İsveçrənin “Stadler Rail Group” şirkətinin istehsalı olan, hər biri 4 vaqondan ibarət olan 2 (iki) ədəd ikimərtəbəli, “KİSS” markalı elektrik qatarıdır. İkimərtəbəli elektrik qatarının bir vaqonunun dəyərini bir ədəd adi sərnişin vaqonunun dəyəri ilə müqayisə etmək düzgün olmazdı.

KİV-lərdə qarşı tərəfin mövqeyini öyrənmədən, faktları tam araşdırmadan belə yazıları yaymaq oxucular arasında anlaşılmazlıq yaradır."



Xəbərin oxunma sayı : 241




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap