|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
2017-də işləməyən nazirliklər açıqlandı - Bu nazirliklır nəzərdə tutulan tədbirlərin 60 faizini icra etməyib
Tarix 21.07.18, 20:00 |
|
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsinin 2017-ci il üzrə icrasına dair monitorinq və qiymətləndirmə nəticələri ictimaiyyətə açıqlanıb.
“APA-Economics” xəbər verir ki, bu barədə “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsinin 2017-ci il üzrə icrasına dair monitorinq və qiymətləndirmə” hesabatında qeyd edilib.
Monitorinq və qiymətləndirmə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən hazırlanıb.
Sənəddə qeyd edilib ki, doqquz strateji hədəfdən ibarət olan bu Strateji Yol Xəritəsinin ümumi icra vəziyyəti 46 faizdir. Adıçəkilən strateji yol xəritəsi çərçivəsində 2017-ci il üzrə nəzərdə tutulan tədbirlərin 31 faizinin icrası tamamlanıb, 29 faizi qismən icra edilib və 40 faizi icra edilməyib.
Hesabatda vurğulanıb ki ərzaq təhlükəsizliyinin dayanıqlılığının təmin edilməsi üçün institusional potensialın gücləndirilməsi yuxarıda qeyd edilən yol xəritəsinin birinci strateji hədəfidir və müvafiq dövr ərzində bu hədəf çərçivəsində nəzərdə tutulmuş tədbirlərin 69 faizi icra edilib, 16 faizi qismət icra edilib və 15 faizi icra edilməyib.
“Bu strateji hədəf üzrə Ərzaq Təhlükəsizliyi Komissiyasının yaradılması ilə əlaqədar təkliflər hazırlanıb. Eyni zamanda, ərzaq məhsulları ilə təchizatın dayanıqlılığı baxımından risklərin qiymətləndirilməsi məqsədilə mütəmadi monitorinqlərin aparılması ilə bağlı beynəlxalq təcrübə öyrənilib və ərzaq təhlükəsizliyinin monitorinqinin aparılması qaydalarının layihəsi hazırlanıb. Ərzaq mənşəli kənd təsərrüfatı məhsullarının istehsalı potensialının qiymətləndirilməsi məqsədilə ölkədə ərzaq mənşəli kənd təsərrüfatı məhsullarının istehsal, idxal və ixrac göstəricilər təhlil edilib və gələcək üçün proqnozlar hesablanıb. Bunlarla yanaşı ölkədə qida təhlükəsizliyinin səmərəli şəkildə təmin edilməsi üçün Qida Təhlükəsizliyi Agentliyi yaradılıb”, deyə sənəddə qeyd edilir.
Sənədə əsasən, Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsinin ikinci strateji hədəfi olan kənd təsərrüfatı məhsullarının istehsal potensialının dəyər zənciri üzrə artırılması hədəfinin icra səviyyəsi belə olub: 35 faiz tam icra, 24 faiz qismən icra və 41 faiz icra edilməyib: “İnkişaf etmiş meyvəçilik və üzümçülük təsərrüfatlarının yaradılması üçün bu sahələr üzrə elmi əsaslandırılıb ixtisaslaşma tələb edildiyini nəzərə alaraq, respublika ərazisində üzümçülüyün və meyvəçiliyin inkişafı məqsədilə 10 təbii-iqtisadi zona, bu zonalarda becərilməsi üçün müvafiq rayonlaşdırılıb və perspektivli meyvə və üzüm sortları və istehsal olunan şərab məhsulunun növləri müəyyən edilib. İstehsalçılar tərəfindən emal müəssisələrinə təhvil verilən pambıq, barama və tütün məhsulunun həcminə görə subsidiya verilməsinə başlanılıb. Kənd təsərrüfatı kooperativlərinin yaradılması və qeydiyyatı prosedurlarının sadələşdirilməsi üzrə normativ hüquqi aktların təkmilləşdirilməsi baxımından müxtəlif ölkələrin təcrübələri araşdırlıb, habelə kənd təsərrüfatı kooperasiyası ilə bağlı mövcud qanunvericiliyin monitorinqi aparılıb”.
Adıçəkilən Strateji Yol Xəritəsində üçüncü strateji hədəf – Maliyyəyə çıxışın asanlaşdırılması üzrə tam icra 41 faiz, qismən icra 16 faiz olub. 43 faiz tədbir isə icra olunmayıb: “Bu hədəf çərçivəsində kənd təsərrüfatında yeni kredit məhsulları ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi üzrə təkliflər hazırlanıb və eyni zamanda ölkənin kənd təsərrüfatı sektorunda riskin qiymətləndirilməsi üzrə ilkin təhlillər aparılıb. Bununla yanaşı kənd təsərrüfatı sığortası üzrə qanun layihəsi hazırlanıb, sığorta hadisələri reyestrinin hazırlanması sahəsində beynəlxalq təcrübə öyrənilıb, ölkədə sığorta bazarının mövcud vəziyyəti beynəlxalq ekspertlərlə birlikdə təhlil edilıb. Aqrar sığorta sisteminin təkmilləşdirilməsi məqsədilə dünyada mövcud olan aqrar sığorta modelləri və ölkədə sığorta fondunun yaradılması imkanları araşdırılıb”.
Qeyd edilən yol xəritəsinin dördüncü hədəfi, kənd təsərrüfatı sahəsi üzrə istehsal vasitələri bazarının inkişafı və xidmətlərlə təminatın yaxşılaşdırılması istiqamətində nəzərdə tutulan tədbirləri özündə ehtiva edir. Bu hədəfin 2017-ci ilə aid hissəsinin 36 faizi icra edilib, 25 faizi qismən icra edilib və 39 faizi icra edilməyib. Hədəf üzrə nəzərdə tutulmuş tədbirlərdən kənd təsərrüfatı təyinatlı torpaqların alqı-satqı, icarə və istifadəyə verilməsi ilə bağlı prosedurların sadələşdirilməsi, habelə kənd təsərrüfatına yararlı torpaqların istifadəsiz saxlanılmasının qarşısını almaq üçün müvafiq mexanizmlərin tətbiqi sahəsində beynəlxalq təcrübə araşdırılıb və mövcud qanunvericiliyin monitorinqi aparılıb. Su ehtiyatları, suvarılan torpaq sahələrinin və suvarma suyuna tələbatın ödənilməsi vəziyyəti öyrənilib. Ölkənin kənd təsərrüfatı texnikası parkının davamlı olaraq yenilənməsinin təmin edilməsi məqsədilə texnika parkının mövcud vəziyyəti təhlil edilib. Bununla yanaşı kənd təsərrüfatı məhsullarının istehsalı və ilkin emalı üzrə kiçik və orta təsərrüfat subyektlərinin kiçikhəcmli texnikaya, maşın və avadanlıqlara olan ehtiyaclarını öyrənmək məqsədilə respublikanın rayonları üzrə yerlərdə sorğular keçirilib. Toxumçuluq haqqında yeni qanun layihəsi işlənib hazırlanıb.
Kənd təsərrüfatı sahəsində elm, təhsil və informasiya-məsləhət xidmətləri sisteminin inkişaf etdirilməsi adıçəkilən yol xəritəsinin beşinci hədəfi olmaqla 2017-ci il üzrə icra vəziyyəti belədir: 23 faiz icra edilib, 29 qismən icra edilib və 48 faiz icra edilməyib: “Aqrar sahədə ali təhsilin inkişaf etdirilməsi sahəsində bir sıra işlər görülüb, tədris prosesinin beynəlxalq standartlara uyğunlaşdırılması və Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) beynəlxalq proqramlarda iştirak səviyyəsinin artırılması hesabına xarici dillərdə tədris edilən ixtisasların sayı artıb. Kənd təsərrüfatı sahəsində elmi tədqiqatların prioritetlərinin müəyyən olunması və nəticəyönümlülüyünün artırılması məqsədilə Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin yanında Koordinasiya Şurası yaradılıb. Aqrar sahədə informasiya-məsləhət mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə bir sıra ölkələrin təcrübəsi təhlil olunaraq mövcud mərkəzlərin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı müvafiq təkliflər hazırlanıb.
Altınci strateji hədəf kimi, kənd təsərrüfatı məhsulları üzrə bazar infrastrukturunun inkişafı və istehsalçıların bazarlara çıxışının asanlaşdırılması hədəfi çərçivəsində nəzərdə tutulan tədbirlərin 24 faizi icra edilib, 49 faizi qismən icra edilib və 27 faizi icra edilməyib. Bu istiqamətdə görülən işlərə heyvandarlıq məhsulları, taxılçılıq məhsulları, texniki bitkilər, sənaye təyinatlı digər məhsullar və bəzi istehsal vasitələri üzrə topdan və pərakəndə satış qiymətlərinin, habelə kənd təsərrüfatı məhsullarının sahədən satış qiymətləri və tədarük müəssisələri tərəfindən satın alınan qiymətlərini də əhatə edən yeni Kənd Təsərrüfatı üzrə Elektron Qiymət İnformasiya Portalının hazırlanmasını qeyd etmək olar. İxracla bağlı sənədləşmə məsələlərinin effektiv həlli istiqamətində görülən işlərdən önəmlisi sahibkarlar üçün gömrük orqanına getmədən elektron şəkildə gömrük bəyannaməsini əldə etməsi imkanının yaradılmasıdır”.
Strateji yol xəritəsinin yeddinci hədəfi ətraf mühitin qorunması, təbii resurslardan dayanıqlı istifadə və təbii amillərin kənd təsərrüfatına təsirlərinin idarə olunmasıdır. Bu strateji hədəfin 22 faizi tam icra edilib, 27 faizi qismən icra edilib və 51 faizi icra edilməyib. Hədəf üzrə iqlim dəyişmələrinin kənd təsərrüfatına təsirlərinə dair statistik məlumatlar təhlil edilib və məlumat bazası təkmilləşdirilib, eyni zamanda müasir metodlara əsaslanan iqlim ssenariləri hazırlanıb. Respublikada kənd təsərrüfatı məhsullarının ekoloji normalara uyğun istehsalının qiymətləndirilməsi üçün indikatorlar müəyyənləşdirilib və ölkədə ekoloji təmiz məhsul istehsalının təşkili və qiymətləndirmənin aparılmasına dair ilkin təkliflər hazırlanib. Əkin sahələrində və digər kənd təsərrüfatına yararlı torpaqlarda aqrokimyəvi analizlərin aparılmasının təmin edilməsi məqsədilə 11 rayonda aqrokimyəvi laboratoriyalar müasir avadanlıqla və digər zəruri vasitələrlə təchiz edilib.
Aqrar sahə üzrə dövlət tənzimlənməsinin effektivliyinin yüksəldilməsi və biznes mühitinin təkmilləşdirilməsi səkkizinci hədəf kimi aşağıdakı icra göstəricilərinə malikdir: 30 faiz icra edilib, 30 faiz qismən icra edilib və 40 faiz icra edilməyib. 2017-ci ildə 13 rayon üzrə elektron kadastr uçotu işləri tamamilə yekunlaşıb. “Elektron Kənd Təsərrüfatı” İnformasiya Sistemi vasitəsilə kənd təsərrüfatı məhsulları istehsalçılarının təsərrüfat subyektləri kimi qeydiyyata alınması tədbirinin icrası məqsədilə beynəlxalq təcrübə öyrənilib, mövcud qanunvericiliyin monitorinqi həyata keçirilib, normativ hüquqi akt layihələri hazırlanıb. Aqrar siyasətin nəticələrinin monitorinqi və qiymətləndirilməsi məqsədilə istifadə oluna biləcək indikatorlar müəyyən olunub.
Strateji yol xəritəsinin sonuncu kənd yerlərində məşğulluğun artırılması və əhalinin rifahının yüksəldilməsi hədəfinin 2017-ci ildə yalnız 18 faizi tam icra edilib, 53 faizi qismən icra edilib və 29 faizi icra edilməyib. Bu hədəf çərçivəsində kənd yerlərinin sosial-iqtisadi inkişafı siyasəti üzrə potensialın gücləndirilməsi məqsədilə təhlillər aparılıb. Kənd yerlərinin sosial-iqtisadi vəziyyətini əks etdirən operativ məlumatların əldə edilməsi, hər bir yaşayış məntəqəsi üzrə sosial-iqtisadi inkişafın mövcud vəziyyətinin öyrənilməsi, mövcud resurslardan istifadə səviyyəsi və potensial investisiya imkanları barədə məlumat mənbəyinin yaradılması zəruriliyi nəzərə alınaraq “Kənd yerlərinin sosial-iqtisadi inkişafının monitorinq prosesinin metodologiyası” hazırlanıb. Eyni zamanda, kənd yerlərinin sosial-iqtisadi inkişafı üzrə dövlət proqramının layihəsi hazırlanıb.
Sənəddə vurğulanır ki, əsas icraçı qurumların performansına gəldikdə isə “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC, kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində 2017-ci ildə nəzərdə tutulan tədbirlərin 100 faizini yerinə yetirib. Fövqəladə Hallar Nazirliyi və Maliyyə Nazirliyinin icra göstəricisi isə 75 faizdir. Əmlak Məsələləri Dövlət Komitəsi və İqtisadiyyat Nazirliyi qeyd edilən dövr ərzində nəzərdə tutulan tədbirlərin müvafiq olaraq 61 və 52 faizini yerinə yetiriblər. Maliyyə Bazarlarına Nəzarət Palatası, Dövlət Statistika Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Vergilər Nazirliyi, hər biri, 50 faizlik icra göstəricisinə malikdirlər. Kənd Təsərrüfatı Nazirliyi, Meliorasiya və Su Təsərrüfatı ASC, “Aqrolizinq” ASC, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Ədliyyə Nazirliyi müvafiq olaraq 43 faiz, 41 faiz, 38 faiz, 37 faiz və 33 faiz icra göstəricilərinə malikdirlər.
Xəbərin oxunma sayı : 289
Sosial
Xəbərlər
-
Sosial sahəyə ayrılan vəsait artırılacaq? - AÇIQLAMA
-
“Həbsdə olmağımın səbəbini bilirəm” - Bəkir Orucovun məhkəməsi
-
Azərbaycanda 3 aya 51 milyon 36 min manatlıq narkotik ələ keçirib - HESABAT
-
NATO qoşunları Rusiya sərhədlərinə yaxınlaşır - Şoyqu
-
“COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək” - İlham Əliyev
-
Polisin “saxla“ əmrinə tabe olmadı, hadisə yerindən qaçdı - VİDEO
-
Hansı ölkə uşaq böyütmək üçün daha əlverişlidir? – Azərbaycan son onluqdadır
-
Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə öldü - Araşdırma aparılır
-
“Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var” - Prezident
-
Əhalinin nəzərinə! Tibbi arayışlarla bağlı yenilik, mayın 1-dən...
-
Bakıda 21 yaşlı model faciəli şəkildə öldü - FOTO
-
“COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir” - İlham Əliyev
-
Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi bağlandı - FOTO/VİDEO
-
Baydenin siyasətinə etiraz etdi – İstefa verdi
-
Tikilməkdə olan Laçın aeroportundan son görüntülər - VİDEO
-
NİİM əhaliyə müraciət etdi - VİDEO
-
“Fikirləşdim ki, ata-bala ikimizi də öldürəcək“ - “Cümü“yə 18 il həbs verildi
-
Hərbi gəmilər, kater və vertolyotlar Xəzərdə hərəkətə gətirildi: Möhtəşəm təlimlərdən FOTO/VİDEO
-
Xocavənddə partlayıcı vasitələr aşkar edilib: Saxlanılan var - FOTO
-
Qubada illərdir hökm sürən kanalizasiya problemi nə zaman həllini tapacaq? - VİDEO
-
Amerikalılar kütləvi şəkildə “iPhone” almaqdan imtina edirlər - SƏBƏB
-
Şəxs hansı halda orqanını başqasına verə bilər? - ARAŞDIRMA
-
Binəqədinin keçilməz yolları - VİDEO
-
Könül Kərimova estetik əməliyyat etdirib - FOTO
-
Xavi qərarını niyə dəyişdiyinin səbəbini dedi: “Üç dəqiqə söhbətləşdik və...“
-
Çörək və un məmulatlarına tələbatın azalması qiymətlərə təsir edəcək? - VİDEO
-
Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI
-
Şadlıq saraylarında hansı menyular daha çox bahalaşıb? - QİYMƏTLƏR
-
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
-
Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədir - FOTO/VİDEO
-
NATO baş katibi qırıcı təyyarədə ikinci pilot oldu - FOTO
-
Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO
-
Lukaşenko nüvə başlığını qucaqladığını bildirib - VİDEO
-
Milli Məclisdən Avropa Parlamentinin qətnaməsinə ETİRAZ
-
Türkiyədə İŞİD-ə qarşı əməliyyat - 23 bəfər saxlanıldı
-
İlham Əliyev Füzulidən Berlinə getdi - Tarixi uçuş
-
Hansı rayonda nə qədər özəl uşaq bağçası var? – Tam siyahı
-
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib - VİDEO
-
Keçmiş nazir müvininə 7 il iş kəsildi - 125 milyon mənimsəyib
-
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
-
Ətin qiyməti 25 manat olacaq? - AÇIQLAMA
-
Prezidentlər Ağdamda orta məktəbin təməlqoyma mərasimində - FOTOLAR
-
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
-
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO
-
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
-
Mənimsəmədə təqsirləndirilən vəkilin cinayət işinin bəzi detalları məlum olub - İTTİHAM AKTI
-
COP29 Azərbaycanın malik olduğu imkanlarıntəqdimatı olacaq
-
Xaricdən gətirilən kartof ölkə daxilində 2 dəfə baha satılır – Rəqəmlər
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
-
İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?
-
Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır - Zaxarova
-
“TikTok“la bağlı sorğu keçirilib - 74,9% məhdudiyyət tətbiqini istəyib
-
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
-
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - FOTOLAR
-
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
-
“Füzuli tam şəkildə yenidən qurulur” - Hikmət Hacıyev
-
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - FOTOLAR
-
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
-
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
-
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - FOTO
-
Deputatdan parlament seçkilərinin vaxtı ilə bağlı iddia
-
Bakının məşhur məktəbi təmirə bağlanır: Şagirdlər digər təhsil ocağına köçürülürlər
-
Avtomobili yay rejiminə necə keçirək? - AÇIQLAMA + VİDEO
-
Naxçıvanın yeni baş naziri vəzifəsindən azad olundu - Yerinə Cəlilov təyin edildi
-
“Zəngəzur dəhlizinin adını eşitdikcə sanki ağıllarını itirirlər...“ - “Bu, çox qəribədir“
-
Azərbaycandan dünyaya Yaşıl Baxış
-
Bakıda 6 istiqamət üzrə istirahət zonaları yaradılacaq - TƏFƏRRÜAT + VİDEO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - FOTOLAR
-
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
-
“Dövlət sərhədimizin 12 kilometri artıq delimitasiya olunmuş hesab edilir” - Prezident İlham Əliyev
-
Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi
-
Taliban İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradır: İşsizlərin siyahısı hazırlanır
-
Azərbaycanda balıq ovu qadağan edilir - Bu tarixdə
-
“NATO Polşada nüvə obyektləri yerləşdirərsə, hədəfimiz olacaq“ - Rusiya XİN
-
Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - ARAŞDIRMA + VİDEO
-
Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA
-
Bayden qanun imzaladı - Üç ölkəyə hərbi yardım haqqında
-
ADA Universitetində keçirilən forumdan mühüm məqamlar
-
İqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə böyük töhfə
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
TOP 10
ARXİV