Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

2020-2022-ci illərdə regionda ən aşağı xarici dövlət borcu Azərbaycanda olacaq – Dünya Bankı

Tarix 06.11.20, 15:29

Font ölçüsü : - / +
bitmap-img6


Dünya Bankının son proqnozlarına görə, bu il Azərbaycanın xarici dövlət borcunun ÜDM-ə nisbəti 19,6% təşkil edəcək ki, bu da ölkənin aid edildiyi Mərkəzi Asiya və Qafqaz regionunda ən yaxşı göstərici olacaq.

Bu barədə Dünya Bankının hesabatında deyilir.

Bu göstəricinin 2021-ci ildə artaraq 20%-ə, 2022-ci ildə isə 20,6%-ə çatacağı gözlənilsə də, Azərbaycan ən az borc yükü olan ölkə kimi regionda lider qalacaq.

Azərbaycandan sonra ikinci olan Qazaxıstanın xarici dövlət borcunun bu il ÜDM-in 26,6%-ni, 2021-ci ildə 29,2%-ni, 2022-ci ildə isə 29,5%-ni təşkil edəcəyi gözlənilir.

Banka görə, xarici dövlət borcunun ÜDM-ə nisbətinin ən yüksək olacağı region ölkələri Ermənistan və Qırğızıstan olacaq. Ermənistanda bu il dövlət borcunun ÜDM-in 63,8%-ni, 2021-ci ildə 63,6%-ni, 2022-ci ildə isə 61,6%-ni təşkil edəcəyi gözlənilir. Qırğızıstanda isə bu göstəricinin müvafiq olaraq 64,2%, 64,6% və 63,6% təşkil edəcək.

Qeyd edək ki, Mərkəzi Asiya və Qafqaz regionuna Azərbaycanla yanaşı, Gürcüstan, Ermənistan, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan və Tacikistan daxildir.

Xatırladaq ki, 2020-ci ilin yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcu 9,091 mlrd. ABŞ dolları və ya ÜDM-in 18,9% təşkil edib. (apa)



Xəbərin oxunma sayı : 430




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap